Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   12   13   14   15   16   17   18   19   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 43 -
lığında, 
Araz (Ər-As) çayının kənarında asların məskunlaşmaları və burada 
böyük nüfuz sahibi olmaları barədə də məlumat vardır. Vaxtilə professor Mah-
mud İsmayıl «Azərbaycan tarixi» əsərində 
«Azərbaycan» kəlməsinin etimo-
logiyası ilə bağlı yozumlardan biri kimi bu adın 
as tayfası ilə bağlanmasını və 
«As(az)ların ölkəsi» şəklində izahını da nəzərdən keçirirdi.
35
 
As xalqının etnik mənşəyi barədə ilk məlumata ərəb coğrafiyaşünası əl-
Məqribinin  (1214-1286)  əsərlərində  rast  gəlirik.  O  yazır: 
«Gürcüstandan 
Şərqdə alanların ölkəsi vardır. Onlar xristianlaşan türklərdir… Alanlar-
dan sonra türklərdən «as» adlanan bir türk qövmü də (qövm min əl-turk) 
vardır».
36
 Yəhudi salnaməçisi İosif Flavi (37-100) «Yəhudi müharibələri ta-
rixi» əsərində açıq şəkildə qeyd edir ki, 
«yasların (asların) dili peçeneqlərin 
dilinin törəməsidir».
37
 Əbu Reyhan Biruni (873-1048) isə Xarəzmdə yaşayan 
asların və alanların türk mənşəli olduqlarını və yerli Xarəzm-peçeneq ləhcəsi 
ilə danışdıqlarını bildirir.
38
 Tanınmış qafqazşünas və etnoqraf İsmayıl Mizi-
yev asları və ya yasları türk mənşəli «skif-sarmat tayfalarının etnik varisi» 
hesab edir. Onun fkrincə, qədim türk dillərində «köçəri» anlamını verən «as» 
termini 
«Asiya» qitəsinin adında və skiflərə aid edilən «as-kişi» (as adamı, 
aşquz, işquz) ifadələrində Krım və Mərkəzi Asiyadakı etnonimlərdə bu gün 
də qalmaqdadır.
39
 
Damğa  işarələrinə  qayıdaq.
  Qeyd  edildiyi  kimi,  bir  çox  qədim  yazı 
sistemlərində (Şumer, Akkad, Vinçi, Bibl, Göytürk və s.) işarələrin prototipi Ne-
olit, Mezolit və Paleolit dövrlərinə aid olan və köçəri tayfalar vasitəsilə geniş 
ərazilərə yayılan rəmzlər, damğalardır. Yəni əlifba işarələri onlardan daha qədim 
olan  fərqləndirmə-tanınma  rəmzlərinin  –  damğaların  törəmələridir.  Məsələn, 
görkəmli türk alimi Əhməd Cavad Əmrə tarixin dərin qatlarına aid yazı qrafika-
sı nümunələrini araşdıraraq, qədim türk (Göytürk/Orxon-Yenisey) əlifbasındakı 
bəzi işarələrin Şumer «hərfləri» ilə oxşar təsvirə və semantikaya malik olması 
qənaətinə gəlmişdir. Belə ki, onun fikrincə, türk əlifbasındakı      işarələri (eləcə 
də          damğaları – 
A.Q.) və şumer yazısındakı   təsviri «ox» (yay-
ox) anlamını verir. Müvafiq olaraq, türklərin 
 şumerlərin isə     rəmzləri 
35 
 М.Исмаил. «История Азербайджана (Краткий обзор с древнейших времен до 1920 г.)». - Б.: 
Азернешр,1995.
36 
 «İslam cografiyaçılarına gore Türkler  ve Türk ülkeleri». Hazarlayan Dr. Ramazan Sesen. Anka-
Hazarlayan Dr. Ramazan Sesen. Anka-
ra,1985. 
37 
  Н.Мещерский. «История иудейской войны» в древнерусском переводе. М.-Л. 1958. 
38 
 С.Кляшторный. «Древнетюркские рунические памятники». Москва, 1964.
39 
 И.Мизиев. «Аланы и асы - предки балкарце и карачаевцев», http://passion-don.org/kazak.html.


Damğalar, rəmzlər… mənimsəmələr
- 44 -
- «göz»,     və   «ayaq»,    və    «yay»,   
  və     «qapı», 
  və   isə 
«alt», «aşağı», «bədənin aşağı hissələri» anlamlarında işlədilirdi.
40
 Əlavə olaraq 
onu da bildirək ki, şumer yazılarında «
1» rəqəmi ilə yanaşı «insan», «döyüşçü» 
bildirən    işarəsi  ilə  Orxon-Yenisey  əlifbasında,  türk  damğaları  təsnifatında 
eyni semantik mənanı verən   (ər, döyüşçü) nişanı arasında həm sxematik, həm 
də semantik bənzərlik vardır. Türk damğaları ilə Göytürk əlifbası arasında ya-
xınlıq rusiyalı alim Pavel Nazarovu da ciddi maraqlandırmışdır. Qazax dilinə və 
Mərkəzi Asiya xalqlarının etnik mədəniyyətinə yaxşı bələd olan müəllif bölgə 
haqqında yazdığı kitabında bildirir: 
«Orxon yazıları və qazaxların nəsil-tayfa 
damğaları  eynidir.  Onlar  İsa  Məsih  dönəmindəki  Fələstində  səslənən  və 
sonralar ivritlə əvəzlənən aramey dilinin əlifba işarələrini xatırladır. Dam-
ğaların aramey işarələrindən mənimsənildiyini və ya onlardan daha qədim 
dövrlərə aid olduğunu söyləmək çətindir. Türklər dünyanın ən əski sivili-
zasiyasına malik xalqdırlar. Dünyanın Assuriya-Babil mədəniyyətindən də 
qədim olan şumer sivilizasiyası da türk mənşəlidir».
41
 
Tanınmış tarixçi, ortaq damğa işarələrinin yorulmaz tədqiqatçısı olmuş 
Sərvət  Somuncuoğlunun  (Türkiyə)  təbirincə  desək, 
«Dərs  kitablarımı-
za  görə,  bizim  tariximiz  Orxon  yazıları  ilə  başlayır.  Halbuki,  Orxon 
kitabələri  türklərin  daşlar  üzərinə  həkk  olunmuş  son  sözləridir.  Bu, 
əsla türk tarixinin ön sözü deyildir». Türk xalqları öz tarixlərinin obyek-
tiv öyrənilməsi və təbliği üçün bu fikirlə razılaşmağa məhkumdurlar. Rəsmi 
tarixşünaslıq, şərti olaraq, «Orxon-Yenisey işarələri» adlandırdığı Göytürk 
əlifbasının eramızın VIII-X əsrlərində yarandığını təkidlə iddia edir. Bu id-
dianın yaranmasına əsas isə guya VIII əsrdən əvvəlki dövrlərə aid türk yazı 
nümunələrinin aşkar olunmamasıdır.
42
 Halbuki, tanınmış arxeoloq, Daş və 
Tunc  dövrləri  üzrə  mütəxəssis Aleksandr  Formozovun  hələ  1953-cü  ildə 
Volqaboyu və Qazaxıstan ərazilərində aşkar etdiyi və eramızdan əvvəl II-I 
minilliklərə  aid  olunan  maddi-mədəniyyət  nümunələri  üzərindəki  qədim 
türk yazı işarələri bu iddiaları əsaslı şəkildə iflasa uğradır. Lakin ənənəvi 
tarixşünaslıq bu barədə susmağı, tarix qatlarında türk layını gizlətməyi üs-
tün saymışdır. Bundan başqa, qədim Xarəzmin «Beştübə», «Çilik» adlanan 
ərazilərində arxeoloji qazıntılar zamanı tapılan saxsı qablar üzərində də ana-
40 
 A.C.Emre. «Eski Türk Yazısının Menşeği», İstanbul, 1938.
41 
 P. Nazaroff, «Hunted Through Central Asia», Oxford University Press, 1993.
42  
В.Лившиц. «О происхождении древнетюркской рунической письменности.// Археологические 
исследования древнего и средневекового Казахстана». Алма-Ата, 1980


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə