Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   13   14   15   16   17   18   19   20   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 45 -
loji işarələr müəyyən edilmişdir. Onların ən qədimlərinin eramızdan əvvəl 
IX əsrə aid olduğu müəyyən edilmişdir.
43
 Həmin işarələri «VIII-X əsrlərdə 
yaranmış» Göytürk hərfləri və ortaq türk damğa nişanları ilə müqayisə edək: 
 -   (nq);   -   (s);   -   (ç);    -   (l);   -    (z);  -    (d);  -  (iç);
 -  (l);    -   (r);  -    və ya 
  (o, u);   -    (ik, ki);    - Tenqi 
açası/xaçı, açamay, elşən;   - Tenqri, Günəş, qartal, ikibaşlı qartal rəmzi 
və s. Bu eyniliyi isə «zahiri oxşarlıq» və ya «təsadüf» adlandırmaq ən azı 
insafsızlıqdır. Ukraynalı dilçi, run yazıları üzrə mütəxəssis Aleksandr Kob-
rinski isə bir sıra qədim əlifbaların, o cümlədən Skandinav run işarələrinin 
(Futrak) şərti olaraq «İssık yazıları» adlanan qrafemlərdən qaynaqlanması 
qənaətindədir.
44
 Xatırladaq ki, Pamir və Tyan-Şan dağlarında aşkar edilmiş 
qayaüstü təsvirlərdə, xüsusilə Qazaxıstandakı İssık kurqanından – saklara 
aid «Altın ər» (Qızıl döyüşçü) məzarlığından (e.ə. V əsr) aşkar olunmuş gü-
müş qab üzərindəki 26 işarə, o cümlədən -                              
    
   qrafemləri zaman etibarilə Göytürk hərflərindən təqribən 1300 
il qədimdir. O da maraqlıdır ki, həmin işarələrin daha erkən variantlarına 
Qərbi Azərbaycan da daxil olmaqla tarixi Azərbaycan ərazilərindəki qaya-
üstü təsvirlərdə, sonrakı dövrlərdə isə  Qafqaz Albaniyasının damğaların-
da və əlifbasında da rast gəlinir. Digər bir sual. Əgər türk əlifba işarələri 
həqiqətən  də  eramızın  VIII  əsrində  yaranmışsa,  bu  zaman  Macarıstanda, 
Yanoxşida kəndi yaxınlığında aparılan qazıntılar nəticəsində aşkar olunmuş 
və VII əsrə aid  qədim avar (türk) məzarlıqlarından çıxarılan sümük məişət 
əşyaları üzərindəki analoji run işarələri             necə izah edilə bilər? 
45
  Qeyd edək ki, görkəmli qazax alimi, professor Altay Amanjolov Göy-
türk işarələrini digər xalqların qədim əlifba nümunələri ilə müqayisəli şəkildə 
təhlil etdikdən sonra belə bir qənaətə gəlmişdir ki, 
«Türk run işarələri ilə 
ilkin sami, qədim yunan, etrusk, pisen, messap, venet, ret, likiya, sidet 
və s. əlifba nişanları arasında olan sıx genetik bağlılıq türk işarələrinin 
uzun inkişaf yolu keçdiyinin və görünür, hansısa ən qədim ortaq əlifba 
yazısından  qaynaqlandığının  göstəricisidir». A.Amanjolov  bu  mənbənin 
ənənəvi  olaraq Altaylarda  deyil,  eramızdan  əvvəl  III-II  minilliklərdə Yaxın 
43 
 Ж.Войников. «Древнеболгарское письмо», http://www.bulgari-istoria-2010.com/booksRu/
ALANO_DREVNEBOLGARSKOE_PISJMO.pdf
44 
 А. Кобринский. «Руническая письменность: истоки и распространение», http://amkob113.narod.
ru/kobra/runis/rez.htm
45 
 Иштван Эрдели. «Исчезнувшие народы. Авары»,  Природа, 1980, № 11.


Damğalar, rəmzlər… mənimsəmələr
- 46 -
və Orta Şərq, Şərqi Avropa ərazilərində mövcud olduğunu bildirir.
46
 Vaxtilə 
tanınmış  rus  şərqşünası  Platon  Melioranski  də  (1868-1906)  bir  sıra  qədim 
əlifbaların məhz türk run işarələri əsasında yaranması fikrini irəli sürmüşdür.
47
 
Əski türk əlifbasının qədimliyini Çin yazılı mənbələri də təsdiq edir. Eramızın 
ilk əsrlərinə aid salnamələrdə 
«kanqyu (kanqlı) xalqının üfüqi yazıya malik 
olduğu» bildirilir. V-VI əsrlərdə yaşamış kilsə tarixçisi, yepiskop Zaxari Ri-
tor (Zəkəriyyə Ritor) isə hunların da öz əlifbaları olduğunu qeyd edir. Kumık 
alimi, professor Kamil Əliyev isə ortaq türk əlifbasının qədimliyinə dair digər 
tarixi məlumatları önə çəkir: 
«Hələ eramızın 544-cü ilinə aid olan mate-
riallarda Qafqazda məskunlaşmış hunların əlifba işarələrindən istifadə 
etdikləri  bildirilir.  568-ci  ildə  Bizans  imperatoruna  göndərilən  xan 
fərmanı da məhz əski türk əlifba işarələri ilə yazılmışdır. Yunanlar onu 
«skif yazısı» adlandırırdılar».
48
 Qaraçay alimi Soslan Bayçorov Qaraçay-
Çərkəz Respublikasındakı Xumara, Dağıstandakı Ullu-Boynak şəhər xaraba-
lıqlarında apardığı tədqiqatlar zamanı burada türk əlifba işarələri ilə yazılmış 
və VII-X  əsrlərə  aid  edilən  30-dan  çox  daş  kitabə  müəyyən  etmiş,  onların 
mətnlərini qədim türk leksikası əsasında oxumağa nail olmuşdur.
49
«Altay nəzəriyyəsinin» siyasi mif olduğunu bildirən və onun doğruluğunu 
ciddi şəkildə şübhə altına alan bir sıra tanınmış alimlər (Cəfər Cəfərov, F.Cəlilov, 
A.Amanjolov, A.Mühəmmədiyev və s.) şərti olaraq «Göytürk əlifbası» kimi ta-
nınan türk yazı sisteminin tarixinə və genezisinə nəzər salsaq, analoji əlifba 
işarələrinin  daha  qədim  dövrlərdə  tarixi  Azərbaycan  ərazisində  (Abşeron, 
Naxçıvan, Kəlbəcər, Göyçə və s.), Şimali Qafqaz, Yaxın Şərq regionlarında da 
yayılmasını tutarlı dəlil kimi ortaya qoymuşlar. Göytürk əlifbası işarələrinin 
qrafem  bənzərliyi  baxımından  Yaxın  Şərq  regionunun  qədim  fonetik  yazı 
sistemləri (bir işarə – bir səs) ilə yaxınlığını diqqətə çatdıran mütəxəssislər 
bununla da türklərin ən azından Ön Asiya mənşəli olması qənaətindədirlər. 
Bu əlahiddə materialın mövzusu olsa da,  əski türk əlifbasının və bu işarələrlə 
bağlı olan ortaq türk damğalarının ilkin sami – Finikiya yazısı ilə bağlılığı 
təkcə türk runlarının deyil, türklərin tarixi vətənləri barədə nəzəriyyələri də 
46 
 Ш.Куанганов. «Уч кудук - три колодца!», http://ddp-main.narod.ru/2002/nomer_47/popularnaa_istoria.htm
47 
 П.Мелиоранский. «Памятник в честь Куль тегина» ЗВО, вып. II, III, т. XII, СПб, 1899. 
48 
 К.Алиев. «Дорогой тысячелетий. От руники - к кириллице», http://kumukia.ru/article-9084.html
49 
 С.Байчоров. «Древнетюркские рунические памятники Европы: Отношение севе рокавказского 
ареала древнетюркской рунической письменности к волго -донскому и дунайскому ареалам». 
Ставрополь, 1989.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə