Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   9   10   11   12   13   14   15   16   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 34 -
əvvəl»,  «Orta  əsrlər»  kimi  zaman  kəsikləri  çərçivəsində  təsnif  olunmuş-
dur.  Bu  isə  öz  növbəsində  Azərbaycanın  maddi-mənəvi  irsinin  başqaları 
tərəfindən  mənimsənilməsi,  etnik  tarixin  saxtalaşdırılması  üçün  əlverişli 
imkanlar yaratmaqdadır.
Qədim, orta əsrlər və müasir türk dövlətlərinin bayraqlarında rəmz və damğa işarələri
1. Böyük Hun dövləti (e.ə.204-cü ildən eramızın 216-cı ilinə kimi);  2. Ağ Hun dövləti 
(420-562). Hazırda bu işarə Moldovadakı Qaqauz Yeri (Qaqauziya) muxtar ərazisinin 
gerbində də əks olunmuşdur; 3. Qaraxanlılar dövləti (840-1212); 4. Tarixi Azərbaycan 


Damğalar, rəmzlər… mənimsəmələr
- 35 -
ərazisindəki Qaraqoyunlu dövləti (1410-1468); 5-6. Ağqoyunlu dövləti (1378-1503); 7. Qaş-
qay türklərinin milli bayrağı; 8. Osmanlı dövlətinin təməlini qoymuş Kayı xanlığının bayrağı 
(XIV əsr); 9. Cəlairlər dövləti (XIV əsr);  10-12. I Şah İsmayıl  və I Təhmasib  zamanında 
istifadə olunan Səfəvi bayraqları; 13. İstanbulun fəhtinə kimi Osmanlı dövlətinin bayrağı;  14. 
Osmanlı imperatorluğunun bayrağı (1383-1453); 15. Katalon xəritəsindəki (1375) təsvirə 
görə, Qızıl Orda dövlətinin (Ulus-ı Cuci, 1242-1502) bayrağı; 16. Katalon xəritəsinə əsasən, 
Əmir Teymurun bayrağı; 17. Misir Məmlük sultanlığı; 18-19. Krım xanlığı; 20. XVI əsr 
Polşa-Litva tatarlarının döyüş bayrağı; 21. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı;  
22. Azərbaycan Respublikasının dövlət bayrağı; 23. Türkiyə Cümhuriyyətinin bayrağı; 24. 
1918-ci il İdel-Ural dövlətinin (ştatının) bayrağı; 25. Qazaxıstan Respublikasının bayrağında 
«Ay-Günəş» rəmzinin variantı; 26-28. Qırğızıstan, Çuvaşıstan, Saxa (Yakut) respublikalarının 
bayraqlarındakı qədim rəmzlər.
      
Yuxarıda  təqdim  olunan  türk  bayraqları  üzərindəki  rəmz  nümunələrinin 
qısa semantikası ilə tanış olaq:
 
    -  Böyük  Hun  dövlətinin  bayrağını  bəzəyən  bu  işarə  ortaq  türk 
damğaları  təsnifatında  «Baytərək»  (Törə/nəsil  dirəyi)  adlanır  və  ilkin  ola-
raq, Aşağı Dünyanı (Ruhlar Aləmini), Orta Dünyanı və Göyü – Tenqri xan 
məkanını  birləşdirən Müqəddəs Ağac anlamını vermişdir. Qazax və qırğız-
larda alaçıq (yurt) tavanını saxlayan mərkəzi dirək də belə adlanır. Hazırda 
Qazaxıstan Respublikasının milli rəmzi, Çuvaş Respublikasının (Rusiya) isə 
rəsmi simvoludur. Qeyd edək ki, Böyük Hun dövlətinin rəmzi sayılan həmin 
işarə forma etibarilə 1969-cu ildə Qazaxıstanın İssık çayı sahilindəki saka-
skif məzarlığında aşkar olunmuş döyüşçünün (qaz. «Altun adam», eramızdan 
əvvəl V-VI əsrlər) qızıl mərasim tuğulğasının (dəbilqəsinin) üzərindəki simvo-
lun   təkrarıdır. Tədqiqatçılar bu başlığın sakların tiqrahauda (şişpapaqlılar) 
qrupuna aid tayfalara məxsus olduğunu bildirirlər.
    -  Oğuz  və  qıpçaq  tayfalarının  mifoloji  təfəkküründə  «Qaba Ağac», 
«Dirilik Ağacı», «Həyat Ağacı» mifologeminin qrafik təzahürüdür. Ortaq türk 
damğaları sırasında onun         və s. kimi variantları da vardır. Xristian 
dini  ilə  əlaqəsi  yoxdur.  Qədim  türk  inanclarına  görə,  Dirilik Ağacının  yar-
paqları qam-şaman, hökmdar və ya sərkərdələrin ruhlarıdır. Mərkəzi Kaşğar 
şəhəri olan Qaraxanlılar dövlətinin bayrağındakı Dirilik Ağacının budaqların-
dan asılan on yarpaq, bu siyasi birliyə daxil olan on uyğur tayfasının birliyini 
simvolizə edirdi. Əbülqazi Bahadur xan Xivəli (XVII əsr) «Şəcəreyi-Tərakimə» 


Damğalar, rəmzlər… mənimsəmələr
- 36 -
əsərində yazırdı ki, qaraxanlılar özlərini Turan hökmdarı Əfrasiyabın (Alp Ər 
Tonqa) varisi hesab edirlər. 
  və    -  Birinci  damğanın  seqmentlərindən  olan    təsviri  vassallıq 
bildirən «baltavar», «eltəbər» işarəsinin variantlarındandır. «Vassallıq» rəmzinin 
önündə gələn   işarəsi isə həm «Ay», həm də dominantlığı təcəssüm etdirən 
«yay» anlamlarını verir. Bu baxımdan, damğanın semantikası «vassal bəylikləri 
olan dövlət» kimi yozula bilər. Qızıl Orda dövlətində, Krım xanlığında və Şi-
mali Qafqazın Krımdan asılı olan knyazlıq və bəyliklərində geniş yayılmışdır. 
Krım  xanlığının  bayrağındakı  işarələr   
    və  İdel-Ural  dövlətinin  rəmzi 
  eyni  semantikaya  malikdir.  Səfəvi  dövlətinin  (I  Şah  İsmayıl  dönəmində), 
Osmanlı  hökmdarı  Sultan  Mehmet  Fatehin,  Məmlük  sultanlığının  bayraqları 
üzərindəki «Aypara» təsvirləri də mahiyyət etibarilə «yay» -   «müstəqillik» 
və «dominantlıq» anlayışlarını bildirir. Qeyd edək ki, Ayparanın üfiqi varinantı 
 həm də qartal qanadlarının qrafik təzahürü olmuşdur.
 
 - Əmir TEymürun həm damğası, həm də dövlət rəmzi olan bu işarə 
qədim saka-skiflərin, şun və xəzərlərin, oğuz və qıpçaqların hərbi-siyasi birlik 
yaratmaq ənənəsinin qrafik təzahürü kimi «and» adlanır və «qana and içmək», 
«qardaşlaşmaq», «sarsılmaz müttəfiqlik» anlamlarını verir. Damğanın     
kimi variantları da vardır. 
 
 - Təqribən üç min il yaşı olan və dünyanın bir çox qədim xalq-
larında  sakral  təhlükəsizlik,  nəzərlik,  mühafizə  rəmzi  olan  beşguşəli  ulduz 
–  pentaqramma  türk  tayfaları  arasında  «Günəş»,  «Tenri/Göy  Adamı»  an-
lamını  verən    damğa  işarəsi  kimi  mövcud  olsa  da,  indiki  formasını 
 
əsas etibarilə xristian və islam dinlərinin yayılmasından sonra almışdır. İslam 
dininə əsasən, bu nişanın vahid mərkəzdən çıxan beş şüası və ya guşəsi dinin 
beş əsas şərtini – Şəhadət kəlməsini, namazı, orucu, Həcc ziyarətini və zəkatı 
özündə ehtiva edir. Ağ hunların bayrağı üzərində təsvir olunan üç ulduzun  
«And» damğa işarəsi 
  şəklində düzülüşü həmin dövlətin müxtəlif tayfa-
lardan ibarət konfederasiya olmasından  xəbər verir.
 
 - Səfəvi hökmdarı I Təhmasibin və Saxa Respublikasının bayraqları-
na həkk olunmuş bu işarənin ortaq türk damğa təsnifatında «döngələk», «do-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə