Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   6   7   8   9   10   11   12   13   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 26 -
məskunlaşma  dövrünün,  dövlətçilik  ənənələrinin,  hərb  sənətinin,  ibtidai 
mülkiyyət  və  müəlliflik  hüququnun  və  s.  öyrənilməsi  üçün  də  müstəsna 
əhəmiyyətə malikdir.
Şəki xan sarayının (XVIII əsr) divar rəsmlərində döyüş səhnəsi. Bayraqlar  üzərindəki  aypara 
və qılınc təsvirləri qədim türk hərb sənətində populyar tanınma-fərqləndirmə  nişanları olan    
(Ay, Aypara, yay) və 
  (qılınc) işarələri  etnik damğalar arasında da yer almışdır.
Yer  üzündəki  etnik  mədəniyyətlərin  hər  biri  bənzərsizdir.  Məhz  bu 
rəngarənglik  bütövlükdə  ümumbəşəri  sivilizasiyanın,  ortaq  mədəni  və 
mənəvi dəyərlərin formalaşdırılmasında, zənginləşməsində, mədəniyyətlərin 
mübadiləsində müstəsna rol oynayır.  Eyni zamanda, hər bir etnik mədəniyyət 
məxsus olduğu xalqın etnogenezinin, tarixinin, yaşam tərzinin, inanclarının, 
adət və ənənələrinin aynasıdır. Bu baxımdan, qədim və müasir türk xalqlarının 
ortaq  etnik  mədəniyyətinin  «nəzərə  çarpmayan»  fraqmenti  olan  və  kökləri 
minilliklərə  uzanan  damğa  işarələrinin  tədqiqi  bir  tərəfdən  ümumtürk 
etnomədəni və etnocoğrafi məkanının öyrənilməsində, digər tərəfdən isə bu 
məkana  daxil  olan  çoxsaylı  xalq  və  millətlərin  tarixinin,  mədəniyyətinin, 
inteqrasiyasının tədqiqində böyük əhəmiyyətə malikdir. Qeyd edildiyi kimi, 
qədim damğa işarələri və onların əsasında yaranan rəmzlər də ilk dövrlərdə 
məlumatın mnemonik tərzdə işarələnməsi, ötürülməsi və saxlanılması vasitəsi 
kimi  yaransalar  da,  indiki  halda  saxtalaşdırılmalara  və  mənimsəmələrə 
dayanıqlı olan qiymətli etnik şəhadətnamələrdir. Damğaların bu xüsusiyyətinə 
söykənən  qazax,  tatar,  başqırd,  noqay,  kumık,  qaraçay  və  qırğız  alimləri 


Damğalar, rəmzlər… mənimsəmələr
- 27 -
XX  əsrin  əvvəllərindən  etibarən  həmin  işarələr  vasitəsilə  «kodlaşdırılmış» 
etnotarixi  məlumatların  «deşifrəsi»  ilə  ciddi  məşğul  olmuş,  öz  xalqlarının 
tarix  və  mədəniyyətinin,  etnogenezinin,  qədim  dini  təsəvvürlərinin,  təbii 
miqrasiya  və  inteqrasiya  proseslərinin  araşdırılması  istiqamətində  böyük 
uğurlar qazanmışlar. 
Digər xalqların analoji işarələri kimi qədim türk damğaları da ilk dövrlərdə 
sakral inanc rəmzləri və ibtidai mülkiyyət nişanları kimi yaranmışdır. Lakin 
zaman  keçdikcə  onlardan  fərqli  olaraq,  daha  geniş  tanınma-fərqləndirmə 
funksiyaları ilə zənginləşmişlər. Orta əsrlərdə yaşamış dövlət xadimi, ensiklo-
pedist alim Fəzlullah Rəşidəddin (1247-1318) «Cami ət-Təvarix» əsərində ya-
zırdı ki, Oğuz xanın vəsiyyətinə əsasən, onun ölümündən sonra oğlu Gün xan 
taxta əyləşmiş və yetmiş il hökmdarlıq emişdir. Salnaməçi damğa işarələrinin 
qədim oğuzların dövlətçilik atributları və mülkiyyət hüququ ilə bağlılığına to-
xunaraq bunları bildirir: 
«Günlərin birində xanın müşaviri İrkil Xoca üzü-
nü Gün xana tutub bunları dedi: Oğuz xan böyük hökmdar idi, dünyanı 
fəth  etmişdi,  saysız-hesabsız  sərvətini,  mülkünü,  mal-qarasını  sizə  -  öz 
oğlanlarına miras qoymuşdu. Tanrının köməyi ilə hər birinizin də dörd 
ləyaqətli  oğlu  dünyaya  gəlmişdir.  Onlara  rütbə,  ad  və  ləqəbdən  başqa 
DAMĞA da verilmişdir ki, öz əmrlərini, xəzinələrini, ilxı və sürülərini bir-
birindən ayıra bilsinlər, mal-mülk üstündə aralarında heç vaxt mübahisə 
düşməsin».
18
  Bu  gün  türk  xalqları  arasında  ciddi  mal-mülk  mübahisələri 
yoxdur. Çünki hər birinin başı daha mürəkkəb problemlərlə qarışıb. Onların 
sərvətlərinin, rütbələrinin, adlarının, ümumiyyətlə, tarix və mədəniyyətlərinin 
bölüşdürülməsi uğrunda isterik çəkişmələr isə başqaları arasında gedir. Odur 
ki, mənimsənilməyə iddialı qədim maddi-mədəniyyət nümunələri, məsələn, 
qayaüstü təsvirlər, xalçalar, silah və məişət qabları, tikililər, məzar daşları və 
s. üzərində həkk olunan, ilk baxışda əhəmiyyətsiz, lüzumsuz görünən kiçi-
cik bir damğa nişanı əslinə qalsa, təhriflərə qarşı böyük maneəyə çevrilə, bu 
dəyərlərin həqiqi sahiblərinin etnik kimliyini sübuta yetirə bilər. Və o da sirr 
deyildir ki, bu gün iştahlı tərəflər müqavimətədavamlı həmin səddləri də ara-
dan qaldırmaq üçün etnomədəni qəsbin yeni mərhələsinə - ortaq türk damğa-
ları və rəmzlərinin özünküləşdirilməsi prosesinə başlamışlar.
İlk vaxtlar tanınma-fərqləndirmə, mülkiyyət nişanı, nəzərlik (gözqaytar-
ma) xarakteri daşıyan, böyük hissəsi isə Göytürk əlifbası qrafemlərinin pro-
18 
 F.Rəşidəddin. «Oğuznamə». Bakı, 1992.


Damğalar, rəmzlər… mənimsəmələr
- 28 -
totipi sayılan bu nişanlar zaman keçdikcə ilkin semantikasını itirmiş, türk 
xalqlarının tətbiqi sənətində «xalı-keçə kriptoqramları» ənənəsinin əsasını 
qoymuşdur. Çünki üzərinə damğa işarələri toxunan qədim xalçalar, kilimlər, 
palazlar  və  s.  sənət  əsərləri  məişət  avadanlığı  olmaqdan  savayı  təkcə  ay-
rı-ayrı sosial qrupların – ailənin, nəslin, tayfanın deyil, bütöv xalqın etnik 
tarixinin daşıyıcılarıdır. Bir zamanlar hər bir tayfa, nəsil toxuduqları xalça 
məmulatında yaşanan tarixi sonsuz qayğı və ehtiramla ilmələrə köçürmüş, 
həmin  informasiyaları  gələcək  nəsillərə  çatdırmışlar.  Demək  olar  ki,  türk 
xalqlarına məxsus çoxsaylı damğa işarələrinə və onların yüzlərlə variantı-
na qədim və müasir tətbiqi sənət nümunələrində rast gəlmək mümkündür. 
Üzərində inanc rəmzinin, nəzərliyin, tayfanın və ya nəslin damğasının təsviri 
olan xalçalar yerə sərilmirdi, evin, alaçığın divarlarından asılırdı. Bu baxım-
dan,  Göytürk  əlifbasını,  ortaq  damğa  işarələrinin  semantikasını  bilmədən 
qədim tayfa və tayfa birliklərinin yaranma tarixini, onların əski inanclarını 
və yaşam tərzlərini, mifoloji təsəvvürlərini «deşifrə etmək» olduqca çətindir. 
Qədim Azərbaycan nağıllarından birinin süjetini yada salaq. Folklorumuzun 
müsbət qəhrəmanlarından sayılan Şah Abbas Cənnətməkan quldurlara əsir 
düşərkən  xalça  toxumuş,  nağılda  deyildiyi  kimi  «gizli  işarələr»  vasitəsilə 
məhbəsin yerini ömür-gün yoldaşına çatdıra bilmişdir. Odur ki, bu gün bir 
çox hallarda yozumu təhrif edilən etnik xalça  naxışlarının arxasında qədim 
sakral rəmzlərin, damğa işarələrinin dayanması şəksizdir. Məsələn, qədim 
türk ənənələrinə uyğun olaraq, totem canlının – qoçun (əslinə qalsa, dağ qo-
çunun, arxarın) stilizə edilmiş təsviri olan, «qoşqar», «koçkar», «kaçkar», 
koçmüyüz, «sınık müyüz», «qoç buynuzu» və ya «koçkorok», qədim erməni 
mənbələrində isə «kaçkar» kimi tanınan və sonralar «xaçkar» şəklində təhrif 
edilən damğanın 
 
 və digər variantlarının Azərbaycan, Anado-
lu, türkmən, qazax, qırğız, uyğur, tatar, özbək, qaraçay, kumık, balkar xalq 
tətbiqi sənətində bərabərtərəfli xaç 
     işarəsində əks olunması nəsil 
və tayfanın vahid inanc, vahid kök ətrafında birliyini bildirirdi. Azərbaycan 
və Anadolu  xalçaçılıq  sənətində  «qoç»  ornamenti  kimi  tanınan,  Mərkəzi 
Asiyada  «koçmüyüz»  (qoç  buynuzu),  Şimali  Qafqazda  «qoçqar»,  Krımda 
isə  «öküz  gözü», Azərbaycan  və Anadoluda  «qoç  başı»,  «əlibelində»  və 
«bərəkət»  adlanan bu sakral türk rəmzinin 
 ən qədim təsvirinə Qərbi 
Azərbaycan  qayaüstü  rəsmlərində 
,  «Kül  tigin»  abidələrində    rast 
gəlirik.  Erməni  tarixçiləri  rəmzin  semantikasını  və  mənşəyini  dəyişmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə