Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   8   9   10   11   12   13   14   15   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 32 -
Mərkəzi Asiya, Şimali Qafqaz xalça ornamentlərinin təhlilinə əsasən, damğa 
təsnifatlarında oğuz işarələri kimi tanınan nişanların müəyyən tarixi dövrlərdə 
qıpçaq  tayfalarının  da  arasında  yayılması  və  ya  əksinə,  oğuz  nəsillərinin  öz 
ənənəvi rəmzlərindən imtina edərək qıpçaq işarələrini götürmələri etnomədəni 
inteqrasiya  və  ya  hərbi-siyasi  situasiya  ilə  də  əlaqəli  ola  bilər.  Məsələn, 
Azərbaycan (Qafqaz Albaniyası) mənşəli  işarələrin, o cümlədən «alban» və ya 
«alpan» adlanan damğanın ilkin orta əsrlərdən etibarən Qazaxıstandakı alpan-
suan (alban-suvar) tayfasının tanınma-fərqləndirmə nişanına çevrilməsi xüsusi 
araşdırma tələb edən  mövzulardandır. 
Xalça üzrə ekspertlərə belə vəziyyət yaxşı tanışdır. Bəzən bir xalçanın han-
sı məktəbə aid olduğunu müəyyənləşdirmək problemli məsələyə çevrilir. Mi-
sal üçün, xalça üzərindəki naxışlar onun Quba məktəbinə aid olduğuna işarə 
vursa da, rəng çalarları, göl və haşiyə elementləri burada Bakı üslubunun da 
qabarıq şəkildə yer aldığını göstərir. Qocaman sənətkarların deduksiya me-
todu  bu  üslub  rəngarəngliyinin  səbəblərini  belə  izah  edir:  Xalçanı  toxuyan 
xanım əslən qubalıdır və Bakıya gəlin köçmüşdür. Buna görə də ata evində 
görüb–öyrəndiyi naxışları qoruyub saxlasa da, ər evinin qayda-qanunlarına, 
o cümlədən xalçatoxuma üslubuna da ciddi əməl edir. Əgər onun qız övladı, 
məsələn, Şamaxıya gəlin gedərsə, təbii ki, toxuduğu xalçalara anasının Bakı-
Quba naxışları ilə yanaşı Şirvan ornamentlərini də əlavə edəcəkdir. 
Azərbaycanın müxtəlif damğa və rəmzlərinin bir xalça naxışları içərisində 
toplanmasına  başqa  bir  misal.  Bu  gün  Türkiyədəki  Harmandalı  obasında 
(İzmir,  Sivas,  Amasiya  ərazilərində)  toxunan  xalçaların  üzərində  müxtəlif 
oğuz  tayfalarına  və  onların  qollarına  aid  damğa  işarələrinin  təsvirlərinə 
 
       
   
        və s.
25
 rast gəlirik. Bu işarələr, eləcə də 
Quba xalçaçılıq məktəbinə məxsus əlavə ornamentlər Azərbaycanda (Biləsuvar, 
Masallı)  və  İranda  (Ərdəbil,  Qəzvin,  Zəncan)  yerləşən  Xarmandalı  (yanlış 
olaraq «Xırmandalı» kimi yazılır) kəndlərində hazırlanan Muğan xalçalarında 
da vardır. Bu tayfanın, əslinə qalsa, tayfa birliyinin tarixi, XI əsrdən etibarən 
Mərkəzi Asiyanın, Azərbaycanın, Türkiyənin ayrı-ayrı bölgələrini əhatə edən 
məskunlaşma  coğrafiyası,  eləcə  də  salnamələrdə  onun  oğuz  elinin  dögər, 
bayat,  əfşar  boylarına  aid  olunması  xalçalarındakı  ornament  müxtəlifliyinin 
səbəblərini aydın izah edir. Xırmandalı tayfa birliyi XI-XII əsrlərdə Qəzvində 
bəyliklərini  qurmuş,  sonralar  onların  bir  hissəsi  Türkiyə  ərazisinə  köçmüş, 
25  A.Yalqın. «Cenupta Türkmen oymakları», II, Ankara, 1977


Damğalar, rəmzlər… mənimsəmələr
- 33 -
burada artuqoğlular (artuklular) tayfası ilə birləşmiş, Diyarbəkirdə Artuqoğlular 
dövlətinin  qurulmasında  iştirak  etmişlər.  Ərdəbil  ətrafında  məskunlaşan 
xarmandalılar  qızılbaş  hərəkatına  qoşularaq  Səfəvi  dövlətinin  təşəkkülündə 
mühüm rol oynamış, I Şah İsmayılın və I Şah Abbasın taxta çıxmasında və 
hakimiyyətin möhkəmləndirilməsində xidmətlərinə görə onlar da «şahsevənlər» 
adını qazanmışdılar. Qubalı Fətəli xanın dəvətilə Muğan düzündə məskunlaşan 
tayfanın böyük bir hissəsi Artuqoğlu Alınazar bəyin başçılığı ilə Azərbaycanın 
Şimal bölgəsinə köçmüş, hərbi əməliyyatlarda ad qazanmış və Quba yaxınlığında 
Xarmandalı obasını salmışdır. Təsadüfi deyildir ki, İspaniya kralının yanında 
Səfəvi dövlətinin elçisi  Oruc bəy Bayat (1560-1604) xanədanda xarmandalu 
tayfasının  rolunu  qeyd  edərkən  onları  Qərb  tərzi  ilə  «markizlər»  (Avropada 
zadəgan titulu) adlandırmışdır.
26
 
Tarixi Azərbaycan ərazilərində - Qobustan, Gəmiqaya, Kəlbəcər, Göyçə, 
Dəvəboynu,  Geğam,  Abşeron,  Qarabağ,  Türkiyənin  Batman,  Bayburt, 
Bilecik,  Bingöl,  Bitlis,  Diyarbəkir,  Ədirnə,  Elazığ,  Ərzincan,  Ərzurum, 
Əskişehir,  Qaziantep,  Girəsun,  Gümüşhane,  Hakkari,  İğdır,  İzmir,  Qars, 
Kırşehir, Konya, Mardin, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Urfa və 
Van  bölgələrindəki  qayaüstü  təsvirlərdə,  Qafqazın  Dərbənd,  Xumara  daş-
larında və s. aşkar olunan rəsm və ortaq etnik damğa işarələri bir tərəfdən 
həmin ərazilərin Turan etnomədəni məkanına daxil oduğunu göstərməklə, 
digər tərəfdən isə onların xronologiyası qədim türklərin hələ eramızdan xey-
li əvvəl bu torpaqlarda məskunlaşdıqlarını, zəngin və spesifik maddi-mədəni 
irsə malik olduqlarını  sübuta yetirir. Bu regionlar, o cümlədən Azərbaycanın 
zəngin etnomədəni irsə  - Manna, Midiya, Hun, Avar, Xəzər, Atabəylər, Şir-
vanşahlar,  Teymurilər,  Qaraqoyunlular, Ağqoyunlular,  Səfəvilər,  Əfşarlar, 
Qacarlar dövlətlərinə, saka-skif, massaget, sarmat, bulqar, oğuz, qıpçaq və 
s. aid maddi-mədəniyyət nümunələrinə malikdir. Lakin təəssüflər olsun ki, 
ölkənin aparıcı tarix və diyarşünaslıq muzeylərində saxlanılan və xarici qo-
naqlara nümayiş etdirilən bu eksponatların əsas hissəsi uzun illər boyu etnik 
mənsubiyyət müstəvisindən araşdırılmamış, onların hansı xalqa, hansı tayfa 
birliyinə, hətta hansı nəslə və ya sülaləyə aid edildiyini müəyyənləşdirmək, 
düzgün  təbliğatını  aparmaq  vəzifəsi  diqqətdən  kənarda  qalmışdır.  Etnik 
identiklik daşıyıcıları olan nadir eksponatların təsnifatı əsas etibarilə xro-
noloji  prinsip  üzrə,  məsələn,  «Tunc  dövrü»,  «Dəmir  dövrü»,  «Eramızdan 
26  «Россия и Европа глазами Орудж-бека Баята - Дон Жуана Персидского». СПб. СПбГУ. 2007


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə