Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   16   17   18   19   20   21   22   23   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 52 -
damğası)  kimi  təsvirlərinə  Qafqazda,  Volqaboyunda,  Krımda  və  Mərkəzi 
Asiyada, Şərqi Sibirdə yaşayan türkdilli xalqların damğaları arasında geniş 
rast gəlinir. Digər iki işarənin -   və   müxtəlif kombinasiyaları da     
 və       türk damğaları arasında geniş yayılmışdır. Yeri gəlmişkən,   
işarəsinə «Xınalıq kitabələri»ndə də təsadüf olunur. 
Cəlilabad rayonunda aşkar edilmiş qədim iyin saxsı hissəsində işarələr
 
Naxçıvan  Muxtar  Respublikasının  Sədərək  rayonunda  yerləşən,  xalq 
arasında «Fərhad evi» adlanan mağaranın arxa divarındakı üç sətirdən ibarət 
mətn  də  ortaq  türk  əlifbasının  qədim  dövrlərdə  yaranmasına  dair  yuxarıda 
deyilən  fikirləri  təsdiq  edir.  Buradakı  Göytürk  işarələri               
 
  «Cəlilabad  yazıları»nın  eyni  olmaqla,  əski  türk  əlifbasının  regional 
mənsubiyyəti  və  yayılma  arealı  haqqında  yeni  mühakimələr  irəli  sürməyə 
imkan verir.
52
 
Ötən əsrin 80-ci illərinin əvvəllərində əslən Ermənistan Respublikasının 
Nüvədi  kəndindən  (Mehri  rayonu)  olan  müəllim  Həmzə  Vəli  «Qarqadaşı» 
adlanan dağın ərazisində üzərində naməlum yazılar həkk edilmiş qaya parçaları 
aşkar etmişdi. Ən böyüyünün uzunluğu 1 metr, eni isə 70 santimetr olan daşlar 
üzərindəki yazılar haqqında 80-ci illərin sonunda «Elm və həyat» jurnalında 
dərc  olunmuş  məqalədə  həmin  işarələrin  qədim  qarqar  tayfasına  məxsus 
olması barədə fikir irəli sürülmüşdü. Əski türk əlifbası və qədim yazılı mətnlər 
üzrə mütəxəssis, professor Əbülfəz Rəcəbli həmin işarələri öyrənərək, onların 
«şübhəsiz, göytürk hərfləri ilə yazılmış kitabə» olduğunu təsdiqləmişdir.
53
 
52 
 M.Rəhbəri.  «Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi», qafqazalbaniyasi.az/?p=4698
53 
 «Xalq qəzeti», 04. 09. 1996.


Damğalar, rəmzlər… mənimsəmələr
- 53 -
Daş parçaları üzərində qədim türk əlifba işarələri ilə                       
   
  yanaşı, damğa nişanları da yer almışdır. Bu işarələrin bir çoxu həm 
Göytürk, həm də Qafqaz Albaniyası əlifbaları (Mingəçevir yazıları) işarələri 
ilə eynidir. Lakin Həmzə Vəlinin bütün səylərinə baxmayaraq, Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  yeni-yeni  baş  qaldırdığı  bir 
dövrdə bu abidələrin, həqiqətən də, sensasiya doğura biləcək dəyərinə, siyasi 
əhəmiyyətinə ciddi fikir verilməmiş, böyük əziyyətlə Bakıya gətirilmiş qaya 
parçası «itirilmişdir» (bəzi ehtimallara görə, Ermənistana qaytarılmışdır).
54
 
Ermənilər  isə  Azərbaycan  SSR  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinə 
etiraz məktubu ünvanlayaraq, «Ermənistan ərazisində türk yazılı kitabələrinin 
tapılmasının» həqiqətdən uzaq olduğunu və belə «iddiaların» sovet xalqları 
arasındakı  mehriban  qonşuluq  və  qardaşlıq  münasibətlərinə  ciddi  xələl 
gətirdiyini bildirmişlər. Beləliklə, həmin mövzu o dövrün «beynəlmiləlçilik 
prinsiplərinə» görə qapadılmışdır. 
Mütəxəssislərin ümumi qənaətinə görə, qədim və müasir əlifba işarələrinin 
hər  biri  ibtidai  tanınma-fərqləndirmə  nişanlarının  –  damğa  və  rəmzlərin 
sadələşdirilmiş variantlarıdır. Belə ki, qrafemlərdən (səs bildirən hərflərdən) 
ibarət yazı sisteminin formalaşması prosesi daha qədim dövrlərə aid piktoqrafik 
rəsmlərdən - hər hansı bir hadisəni özündə əks etdirən təsvirlər və ideoqrafik 
simvollardan  (fikrin  rəmzlər  vasitəsilə  ifadəsindən)  qaynaqlanmışdır.  Bu 
baxımdan,  Orxon-Yenisey  əlifba  işarələrinin  bir  çoxu  ayrı-ayrı  predmet  və 
anlayışların lakonik təsvirləri olmaqla yanaşı, həm də müxtəlif türk tayfa və 
qəbilələrinə məxsus damğaların, mülkiyyət, müəlliflik hüququ nişanlarının, 
dini simvolikanın stilizə olunmuş formalarıdır. Türkiyəli araşdırmaçı, professor 
Tuncər Gülənsoy əski türk əlifbasının ən qədim nümunələrinin hələ müəyyən 
edilmədiyi üçün hələlik ilk tarixi mənbə qismində Orxon-Yenisey yazılarının 
götürüldüyünü  bildirir: 
«Gələcəkdə  aparılacaq  arxeoloji  qazıntılar 
nəticəsində bu yazının daha qədim mənbələrinin aşkar olunması ehtimalı 
gündəmdədir. Orxon yazılarının tapıldığı daşlar üzərində eyni zamanda 
damğa  işarələrinin  də  həkk  olunması  bu  ehtimalın  reallaşacağına 
ümidləri  artırır».
55
  Vaxtilə  danimarkalı  linqvist  Vilhelm  Tomsen  (1842-
1927) və alman tarixçisi Frans Althaym (1898-1976) türk damğa işarələrinin, 
eləcə də Orxon-Yenisey əlifbasının «sami kökənli» olduğunu iddia etməklə, 
onları arami yazı qrafikası və pəhləvi əlifbası ilə bağlamağa səy göstərmiş, 
54 
 H.Vəli. «Nüvədi kitabələri». Bakı, 1998.
55 
 T. Gülensoy. «Orhundan Anadoluya Türk Damqaları», İstanbul, 1989.


Damğalar, rəmzlər… mənimsəmələr
- 54 -
bununla da sonrakı tədqiqatları yanlış istiqamətə yönəltmişlər. Halbuki, hələ 
XX əsrin ilk illərində rusiyalı şərqşünas və etnoqraf Nikolay Aristov (1847-
1910) Orxon runlarının müstəqil və bənzərsiz əlifba olduğu, 38 işarədən 29-
nun daha qədim köklərə malik olan türk damğa işarələrinin əsasında yaranması 
qənaətinə  gəlmişdir.  Rusiya  alimlərinin  «turançı»  damğası  vurduqları 
tanınmış qazax türkoloqu, qədim türk dillərinin qramatikası üzrə mütəxəssis 
Altay Amanjolov (1934-2012) türk tayfalarının IV-VI əsrlərdə Şərqi Sibirdən 
Qərbə doğru miqrasiyası haqqında
 stereotip nəzəriyyəni qismən müdafiə etsə 
də, Orxon-Yenisey əlifbasının tarixini eramızdan əvvəlki dövrlərə bağlamış, 
onun  Finikiya,  arami  xətt  qrafikası  ilə  paralel  yaranması  qənaətinə  gəlmiş, 
prototürk işarələri ilə qədim yunan, sami-finikiya əlifbası arasında oxşarlığı 
isə  üstüörtülü  olaraq  «genetik  qohumluq  əlaməti»  adlandırmışdır.  Yaxın 
Şərqdə,  Ön Asiyada  prototürk  izlərini  gizlətməyə  çalışan,  «etnik  əlifbanın 
daşıyıcısının  etnosdan  əvvəl  yarana  bilmədiyini»  və  «türklərin  digər 
xalqlardan  əlifba  mənimsədiklərini»  iddia  edən  opponentlərə A.Amanjolov 
belə cavab verir: 
«Bütün bunlar (əlifba bənzərliyi – A.Q.) eramızdan min 
il  əvvəl  Cənubi  Sibirdə  yaşamış  köçəri  tayfaların  Ön Asiya  əhalisi  ilə 
mədəni əlaqələrinin daha dərin köklərə malik olmasından xəbər verir».
56
 
«Altay nəzəriyyəsi»ni qətiyyətlə inkar edən görkəmli tatar alimi, akademik 
Mirfatıx  Zəkiyev  isə  öz  mövqeyini  belə  əsaslandırır: 
«Bəzi  türkoloqlar 
hələ  də  avrosentrizmin  yaratdığı  ənənəvi  miflərin  təsiri  altındadırlar. 
Belə  miflərin  birinə  görə,  türklərin  tarixi  vətəni  guya Altay  dağlarıdır 
və guya onlar məhz oradan ətrafa yayılmağa başlamışlar. Əslinə qalsa, 
ilk  obyektiv  tədqiqatların  nəticələri  hələ  eramızdan  əvvəl Avrasiyanın 
müxtəlif regionlarında türk faktorunun mövcudluğu, onların qədim və 
zəngin mədəniyyət yaratmaları barədə material verir».
57
 
      Xatırladaq ki, qədim Assuriya yazılı mənbələrində, Herodot, Strabon, 
Plutarx, Plini Sekund, Pomponi Melanın və başqa salnaməçilərin əsərlərində, 
Tövratda,  yəhudi  peyğəmbəri  Yeremiyanın  kitabında,  ərəb  tarixçiləri  əl-
Əzrakın,  əl-Kufinin,  ət-Təbərinin,  əl-Həməvinin,  Nasəvinin,  alban  tarixçisi 
Musa Qağankatlının, fransız marifçisi Şarl Lui Monteskyönün, şərqşünaslar 
Ejen Formanten və Elize Reklünün, isveç bibliyaşünası Erix Nüstremin və 
başqalarının əsərlərində türk tayfalarının hələ eramızdan əvvəl Ön Asiyada, 
o  cümlədən  tarixi  Azərbaycan  ərazilərində  yaşadıqları  barədə  məlumatlar 
56 
 А.Аманжолов. «Генезис тюркского рунического алфавита». Алматы, 2003.
57 
 М.Закиев. «Происхождение тюрков и татар». Москва, Изд.  «Инсан», 2002


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə