Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   7   8   9   10   11   12   13   14   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 29 -
üçün bəzən onu üzüaşağı şəkildə   təqdim etməkdən də çəkinmirlər. Lakin 
belə olan təqdirdə də işarə yenə də ortaq türk damğası olaraq qalır və Göy-
türk əlifbasında və damğa təsnifatında «ev» anlamını verən işarəyə çevrilir. 
Bu işarənin Azərbaycanla bilavasitə əlaqəsini sübut edən amillərdən biri də 
onun Abxaziyada  hökmranlıq  etmiş  məşhur  Şervaşidze  knyaz  sülaləsinin 
damğası   olmasıdır. Təqribən 700 il yaşı olan bu sülalənin nümayəndələri 
bu  gün  də  özlərini  Şirvanşahlar  dövləti  hökmdarları  nəslinin  davamçıları 
hesab edirlər.
19
  
Bakı xalçaçılıq  məktəbi nümunəsi üzərində bəzi ortaq türk damğa 
işarələri            
   və qoç rəmzləri     
Qədim türk damğa işarələri sırasında Humay Ananın rəmzlərindən sayı-
lan «tumar», «tumarça», «bitik» (pitik – qədim türkcə «yazı») anlamını verən 
digər işarə   və onun çoxsaylı variantlarının, məsələn, 
     
 
 
 qədim adları dəyişərək müasir xalçaçılıq sənətində «tilsim», «nəzərlik» 
kimi qalmışdır. Bu işarə   və onun çoxsaylı bədii variantları Mərkəzi Asiyada 
«kos tumarşa» (qoşa tumar), Anadoluda isə həm damğa, həm də xalça or-
19  «
Род князей Шервашидзе (историко-генеалогическое исследование)»,  http://www.nplg.gov.ge/
dlibrary/collect/0001/000263/KNIGA-SHERVASHIDZE-1.pdf


Damğalar, rəmzlər… mənimsəmələr
- 30 -
namenti kimi «saçbağı», müasir anlamda desək, «qız-gəlinlərin hörüklərinin 
ucuna  vurulan  bant»  adlanır.  Azərbaycan  və  Anadolu  xalçaçılıq  sənətində 
bu rəmz Cənnət bağını simvolizə edir. Vaxtilə əski türk inanclarında Tenqri 
xanı və Humay Ananı simvolizə edən, sonralar Hun dövlətinin bayraqlarını 
bəzəyən bərabərtərəfli «aça» və ya «haça» işarəsi də         islam dini-
nin yayılmasından sonra ilkin semantikasını itirmiş, Azərbaycan xalçaçılığın-
da «nəzərlik», «göl» elementinə, Qazaxıstanda isə hətta «dördqulaq» adlandı-
rılan ornamentə çevrilmişdir. «Əli belində» kimi tanınan tərtibat elementi   
 və onun stilizə edilmiş variantlarının kökündə, əslinə qalsa, həm damğa, 
həm də Göytürk əlifasında «ər» qrafemi kimi tanınan işarə   dayanır. Bun-
dan başqa, «Ay-Günəş» (Ay-ulduz) rəmzi       
   Mərkəzi Asiyada 
«balalı Ay» naxışına, bəzi oğuz və qıpçaq tayfalarının tanınma-fərqləndirmə 
nişanı olan   işarəsi milli xalçaçılıqda «bərəkəti, bolluğu və gücü ifadə edən 
heyvan motivinə»   transformasiya olunmuş «ikibaşlı qartal» (dünyəvi və 
dini hakimiyyətin birliyi) mifologeminin təcəssümü olan işarəsi isə 
 damğa 
nişanı kimi «qazan» və «qumquma» (döyüşçünün kəmərindən və ya çiyindən 
asılan dəri su qabı) adlarını qazanmışdır.
Başqa  bir  misal.  Qarabağ  xalçaçılıq  məktəbinin  Cəbrayıl  qrupuna  aid 
edilən xovlu xalçaların «hərsin» adlanan ornamentinin   müxtəlif variantla-
rına, məsələn,         işarələrinə Ön və Mərkəzi Asiyada, Şimali Qafqaz-
da, Sibirdə, Krımda və Şərqi Avropada aşkar olunmuş qədim və orta əsr türk 
damğaları arasında, xalça, keçə və zərgərlik məmulatında geniş rast gəlinir. 
Bu  işarə  eyni  zamanda  Krımda  məskunlaşmış  onqurların 
    tanınma-
fərqləndirmə nişanları
20
 və Kuşan hökmdarı I Kadfizin damğası ilə   yaxın 
təsvirə və eyni semantikaya malikdir.
21
 Bir sıra nüfuzlu türkoloq və qafqaz-
şünaslar,  o cümlədən Vitali Butba onqurları mənşə baxımından türk 
- «uy-
ğur tayfaları və ya onlarla eyni etnik kökə malik tayfalar» adlandırır.
22
 
Bu damğa iki seqmentdən  – «Kitabi-Dədə Qorqud» eposunda «Qaba Ağac», 
Altaylarda «Töz Ağac», Mərkəzi Asiyada «Bayterek» (Baş Ağac, Baş Dirək 
və s.) adlanan Dirilik Ağacı rəmzindən   və əski Şumer simvolizmində 
 
«gəmi», «qayıq», türk rəmzləri içərisində 
  «ikibaşlı qartal» işarəsindən 
20  3.Мифтахов. «Первые булгарские государственные образования,
  Курс лекций по истории 
татарского народа», Государственный Педагогический Университет, Казань, 2002.
21 
 А.Akishev. «Art and mythology of sakas», Kazakh SSR, Alma-Ata, 1984
22  В.Бутба.  «Труды», Академия Наук Абхазии,  Абхазский Институт Гуманитарных Исследований 
им. Д .И . Гулиа, Сухуми, 2005


Damğalar, rəmzlər… mənimsəmələr
- 31 -
və  «Ay»,  «yay»,  «açılmış  qartal  qanadları»  anlamlarını  verən  Tanrı  nişa-
nından 
  ibarətdir.  Bütövlükdə  həmin  işarə  nəslin  və  ya  tayfanın  Tanrı 
mühafizəsində, Dirilik Ağacının nəzərində olması yozumunu verir.   
Qarabağ xalçalarında (Cəbrayıl qrupu) «hərsin» adlanan ornament; Duz torbası (yun, 
xovsuz. Ordubad rayonu, Gənzə kəndi 1910-cu il) üzərində «baltavar», «xan damğası», iki-
başlı qartal» işarəsi
23
Qeyd olunduğu kimi,
 damğa işarələrinin aparıcı funksiyalarından biri on-
ların paralel olaraq qədim dövlətçilik rəmzlərini
 ifadə etməsidir. Rusiyalı alim 
Valeri  Olxovskinin də fikrincə, tarixi dövrlərin və bu dövrlərdə cərəyan et-
miş  ictimai-siyasi  və  etnik  proseslərin  müəyyən  olunmasında,  dövlətlərin 
və  tayfa  birliklərinin  (konfederasiyaların)  yaranması  və  süqutu  səbəblərinin 
öyrənilməsində damğaların əhəmiyyətli rolu vardır. V.Olxovski yazır ki, 
«hətta 
qədim sənədlərə, daş kitabələrə, metal pullara və s. möhür kimi vurulan bu 
işarələr vasitəsilə ayrı-ayrı tarixi şəxsiyyətlərin (hökmdarların, sülalələrin) 
hakimiyyət  illərinin  də  olduğu  müddəti  dəqiqləşdirmək  mümkündür».
24
 
Onu da əlavə edə bilərik ki, araşdırma obyekti olan damğa işarələri tayfalar 
və nəsillər arasında dominant-vassal münasibətlərinin, miqrasiya prseslərinin, 
hərbi-siyasi ittifaqların tədqiqində, aparıcı etnosun, inancın, etnomədəniyyətin 
və dilin müəyyənləşdirilməsində mühüm vasitələrdəndir. Belə ki, bəzən kon-
ket tayfanın, nəslin müxtəlif dövrlərdə istifadə etdiyi damğalar ayrı-ayrı tarixi 
dövrlərdə baş verən hərbi, ictimai-siyasi və mədəni hadisələrdən asılı olaraq 
dəyişir, ilkin tanınma-fərqləndirmə nişanlarında seçilən işarələrlə əvəzlənir, ya 
da yeni məzmun kəsb edən seqmentlərlə zənginləşir. Digər tərəfdən, Azərbaycan, 
23 
 http://ordubad.ucoz.com/news/ordubad_xalcalari/2013-11-05-71
24  В. Ольховский «Тамга  (к функции знака)»,  Историко-археологический альманах, No 7, Армавир, 2001


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə