Damğalar, rəmzlər… mənimsəmələr
- 47 -
yenidən təftiş etmək zərurətini yaradır.
50
Damğa işarələrinin genezisi ilə yana-
şı, əski türk yazı sistemlərinin digər əlifba nümunələri ilə yaxınlığı da qədim
türk mədəniyyətinin Ön Asiya mənşəli olmamasını, coğrafi mənbəyinə, ya-
ranmasına, formalaşmasına və yayılmasına dair etnosiyasi iddiaların yanlışlı-
ğını sübuta yetirməkdədir.
Qeyd edək ki, Finikiya əlifbası bəşəriyyətin ilk fonetik yazı sistemlərindən
biri sayılır. Dünyanın bir çox fonetik əlifbalarının əcdadı hesab edilən bu
sistem eramızdan əvvəl XV əsrdə Finikiyada - müasir Livanı və Aralıq
dənizinin şərq sahillərini əhatə etmiş qədim dövlətdə yaranmış və yayılmış-
dır. Finikiyalıların dili sami qrupuna aid edilir. Genetik tədqiqatlar isə onla-
rın təkcə Yaxın Şərqin deyil, Qafqaz regionunun da mezolitik dövr əhalisi
ilə qohum olduğunu təsdiqləyir. Bununla belə, əlifba işarələrinin təsviri ba-
xımından latın, yunan, Göytürk qrafemləri arasında yaxınlıq olsa da, əsas
fərq burada mətnlərin konsonant prinsipi ilə yazılması – sözlərdə yalnız
samitlərin qeyd olunmasıdır. Finikiya və Göytürk
(Orxon, Yenisey, Talas) yazı
sistemlərinin daha bir oxşar cəhəti mətnlərdə əlifba işarələrinin sağdan-sola
doğru istiqamətlənməsidir. Aşağıdakı cədvəldə Finikiya qrafemlərinin Talas,
Yenisey, Orxon və uyğur yazı sistemləri hərfləri və ortaq türk damğa işarələri
ilə oxşar cəhətləri göstərilir.
Cədvəl 1. Finikiya və qədim türk əlifba işarələrinin, ortaq türk damğalarının identikliyi
№
Finikiya
hərfləri
Qədim türk əlifbalarında
və damğa işarələrində
analoqları
№
Finikiya
hərfləri
Qədim türk əlifbalarında və
damğa işarələrində analoqları
1.
(a)
Orta əsrlərdə Qızıl Orda
dövlətini təşkil edən türk
tayfalarında, Volqaboyu
bulqarlarında «ayı başı»
və oğuzlarda «qurd
ağzı» kimi tanınan
damğa işarələri.
12
(l)
Göytürk hərfləri sırasında «o»,
«u» səslərini ifadə edən və
qrafemlərinə bənzsə də, Orxon
əlifbasında «l» səsini bildirən
işarəsi ilə qrafik və
fonetik oxşarlığı vardır. Ortaq
türk damğa işarələri təsnifatında
əsasən «bucaq» kimi tanınır,
variantı isə «qapı» (alaçıq,
çadır qapısı) adlanır.
50
E.Hebibbeyli, «Uyqarlıqların Kavşağında Türk Dünyası», İstanbul, 2013.