Damğalar, rəmzlər… mənimsəmələr
- 45 -
loji işarələr müəyyən edilmişdir. Onların ən qədimlərinin eramızdan əvvəl
IX əsrə aid olduğu müəyyən edilmişdir.
43
Həmin işarələri «VIII-X əsrlərdə
yaranmış» Göytürk hərfləri və ortaq türk damğa nişanları ilə müqayisə edək:
-
(nq); - (s); - (ç); - (l); - (z); - (d); - (iç);
- (l); - (r); - və ya
(o, u); - (ik, ki); - Tenqi
açası/xaçı, açamay, elşən; - Tenqri, Günəş, qartal, ikibaşlı qartal rəmzi
və s. Bu eyniliyi isə «zahiri oxşarlıq» və ya «təsadüf» adlandırmaq ən azı
insafsızlıqdır. Ukraynalı dilçi, run yazıları üzrə mütəxəssis Aleksandr Kob-
rinski isə bir sıra qədim əlifbaların, o cümlədən Skandinav run işarələrinin
(Futrak) şərti olaraq «İssık yazıları» adlanan qrafemlərdən qaynaqlanması
qənaətindədir.
44
Xatırladaq ki, Pamir və Tyan-Şan dağlarında aşkar edilmiş
qayaüstü təsvirlərdə, xüsusilə Qazaxıstandakı İssık kurqanından – saklara
aid «Altın ər»
(Qızıl döyüşçü) məzarlığından
(e.ə. V əsr) aşkar olunmuş gü-
müş qab üzərindəki 26 işarə, o cümlədən -
qrafemləri zaman etibarilə Göytürk hərflərindən təqribən 1300
il qədimdir. O da maraqlıdır ki, həmin işarələrin daha erkən variantlarına
Qərbi Azərbaycan da daxil olmaqla tarixi Azərbaycan ərazilərindəki qaya-
üstü təsvirlərdə, sonrakı dövrlərdə isə Qafqaz Albaniyasının damğaların-
da və əlifbasında da rast gəlinir. Digər bir sual. Əgər türk əlifba işarələri
həqiqətən də eramızın VIII əsrində yaranmışsa, bu zaman Macarıstanda,
Yanoxşida kəndi yaxınlığında aparılan qazıntılar
nəticəsində aşkar olunmuş
və VII əsrə aid qədim avar
(türk) məzarlıqlarından çıxarılan sümük məişət
əşyaları üzərindəki analoji run işarələri necə izah edilə bilər?
45
Qeyd edək ki, görkəmli qazax alimi, professor Altay Amanjolov Göy-
türk işarələrini digər xalqların qədim əlifba nümunələri ilə müqayisəli şəkildə
təhlil etdikdən sonra belə bir qənaətə gəlmişdir ki,
«Türk run işarələri ilə
ilkin sami, qədim yunan, etrusk, pisen, messap, venet, ret, likiya, sidet
və s. əlifba nişanları arasında olan sıx genetik bağlılıq türk işarələrinin
uzun inkişaf yolu keçdiyinin və görünür, hansısa ən qədim ortaq əlifba
yazısından qaynaqlandığının göstəricisidir». A.Amanjolov bu mənbənin
ənənəvi olaraq Altaylarda deyil, eramızdan əvvəl III-II minilliklərdə Yaxın
43
Ж.Войников. «Древнеболгарское письмо», http://www.bulgari-istoria-2010.com/booksRu/
ALANO_DREVNEBOLGARSKOE_PISJMO.pdf
44
А. Кобринский. «Руническая письменность: истоки и распространение», http://amkob113.narod.
ru/kobra/runis/rez.htm
45
Иштван Эрдели. «Исчезнувшие народы. Авары»,
Природа, 1980, № 11.