Damğalar, rəmzlər… mənimsəmələr
- 249 -
«barxan» adı ilə də tanınır;
- Oğuzun
bəydili
boyunun damğasıdır. Türk tayfalarının rəmzləri ara-
sında onun müxtəlif variantları vardır. E.Triarskinin damğa təsnifatında sırf
türk tanınma-fərqləndirmə nişanı
kimi təqdim edilir;
99
- Oğuzların əfşar
boyuna daxil olan nəslin damğası, həm də
Göytürk əlifbasında «d»
səsini ifadə edir;
- Xristianlıqdan öncəki rəmzdir. Qədim türk mifik təfəkküründə
bərabərtərəfli xaç Tenqri xan və Humay Ana obrazları ilə bağlıdır. Qədim ad-
ları «aça»
(haça, xaç), «açamay»
(aça Umay), «elşən», «sarkay», «koçkar»,
«qoşqar» və s.-dir. Azərbaycan xalça ornamentləri arasında «göz» adlanır və
nəzərlik xarakteri daşıyır. Krım xalq tətbiqi sənətində «qabaq tumu» kimi də
tanınır;
- Tanrı-Günəş rəmzinin
stilizə olunmuş variantlarındandır. Xal-
çaçılıqda «gül» ornamenti kimi tanınsa da, ilkin semantikası səkkizguşəli ul-
duz
(Günəş) işarəsi ilə bağlıdır. İslam simvolizmində müsəlmanın səkkiz
əməlinin, cənnətin səkkiz qapısının və Əhli-Beytin təcəssümüdür.
Beləliklə, qeyd olunduğu kimi,
Azərbaycan, Anadolu, Dağıstan, turkmən,
özbək, qaşqay, kumık, qazax, qırğız, uyğur xalçaçılıq məktəblərinin fonunda
erməni xalça sənəti, təbii olaraq, öz yerini və etnik simasını tapa bilmirdi. Əsas
səbəb isə sənətşünaslıqda «erməni xalçaçılığı» adlanan müstəqil cərəyanın və
ya üslubun olmaması, dini mövzularda toxunmuş təsvirlər istisna edilərsə,
erməni ustalarının əl işi olan xalçaların süjet, rəng seçimi və ornament baxı-
mından Azərbaycan, Anadolu və Qafqaz xalçalarını birə-bir təkrarlamasıdır.
Belə olan təqdirdə etnik natamamlıq kompleksindən əziyyət çəkən Ermənistan
sənətşünasları və tarixçiləri erməni xalçaçılığının əhəmiyyətini qaldırmaq və
əlahiddə məktəb, «xalçaçılıq sənətinin tarixi vətəni» kimi tanıtmaq məqsədilə
strategiya hazırlamış və onun mərhələli tətbiqinə başlamışlar. Ötən əsrin 80-
ci illərinin əvvəllərinədək bu mövzuda dərc olunan materialların təhlilinə
əsasən, bu strategiya ikili xarakter daşıyırdı. Yəni bütün səylər bir tərəfdən
region xalqlarının xalçaçılıq ənənələrinin simasızlaşdırılmasına, bu sənətin
etnik mənsubiyyət, milli mədəniyyət üzrə bölünməsinə yol verilməməsinə,
digər tərəfdən isə yaranmış boşluqdan bəhrələnərək «Ermənistanın ən qədim
xalçaçılıq mərkəzi olmasına» dair iddiaların, saxtalaşdırılmış materialların
99
И.Баски. «Тамги и этнические названия. Вклад тамга-знаков в этногенез татар». // Татарская
археология, 1997, №1.