Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   93   94   95   96   97   98   99   100   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 249 -
«barxan» adı ilə də tanınır; 
 - Oğuzun
 bəydili boyunun damğasıdır. Türk tayfalarının rəmzləri ara-
sında onun müxtəlif variantları vardır. E.Triarskinin damğa təsnifatında sırf 
türk tanınma-fərqləndirmə nişanı kimi təqdim edilir;
99
 - Oğuzların əfşar
 boyuna daxil olan nəslin damğası,    həm də 
Göytürk əlifbasında «d» səsini ifadə edir;
  -  Xristianlıqdan  öncəki  rəmzdir.  Qədim  türk  mifik  təfəkküründə 
bərabərtərəfli xaç Tenqri xan və Humay Ana obrazları ilə bağlıdır. Qədim ad-
ları «aça» (haça, xaç), «açamay» (aça Umay), «elşən», «sarkay», «koçkar», 
«qoşqar» və s.-dir. Azərbaycan xalça ornamentləri arasında «göz» adlanır və 
nəzərlik xarakteri daşıyır. Krım xalq tətbiqi sənətində «qabaq tumu» kimi də 
tanınır;
 - Tanrı-Günəş rəmzinin 
 stilizə olunmuş variantlarındandır. Xal-
çaçılıqda «gül» ornamenti kimi tanınsa da, ilkin semantikası səkkizguşəli ul-
duz (Günəş) işarəsi   ilə bağlıdır. İslam simvolizmində müsəlmanın səkkiz 
əməlinin, cənnətin səkkiz qapısının və Əhli-Beytin təcəssümüdür.  
Beləliklə, qeyd olunduğu kimi,
 Azərbaycan, Anadolu, Dağıstan, turkmən, 
özbək, qaşqay, kumık, qazax, qırğız, uyğur xalçaçılıq məktəblərinin fonunda 
erməni xalça sənəti, təbii olaraq, öz yerini və etnik simasını tapa bilmirdi. Əsas 
səbəb isə sənətşünaslıqda «erməni xalçaçılığı» adlanan müstəqil cərəyanın və 
ya  üslubun  olmaması,  dini  mövzularda  toxunmuş  təsvirlər  istisna  edilərsə, 
erməni ustalarının əl işi olan xalçaların süjet, rəng seçimi və ornament baxı-
mından Azərbaycan, Anadolu və Qafqaz xalçalarını birə-bir təkrarlamasıdır. 
Belə olan təqdirdə etnik natamamlıq kompleksindən əziyyət çəkən Ermənistan 
sənətşünasları və tarixçiləri erməni xalçaçılığının əhəmiyyətini qaldırmaq və 
əlahiddə məktəb, «xalçaçılıq sənətinin tarixi vətəni» kimi tanıtmaq məqsədilə 
strategiya hazırlamış və onun mərhələli tətbiqinə başlamışlar. Ötən əsrin 80-
ci  illərinin  əvvəllərinədək  bu  mövzuda  dərc  olunan  materialların  təhlilinə 
əsasən, bu strategiya ikili xarakter daşıyırdı. Yəni bütün səylər bir tərəfdən 
region  xalqlarının  xalçaçılıq  ənənələrinin  simasızlaşdırılmasına,  bu  sənətin
 
etnik  mənsubiyyət,  milli  mədəniyyət  üzrə  bölünməsinə  yol  verilməməsinə, 
digər tərəfdən isə yaranmış boşluqdan bəhrələnərək «Ermənistanın ən qədim 
xalçaçılıq  mərkəzi  olmasına»  dair  iddiaların,  saxtalaşdırılmış  materialların 
99 
 И.Баски. «Тамги и этнические названия. Вклад тамга-знаков в этногенез татар». // Татарская 
археология, 1997, №1.


Damğalar, rəmzlər… mənimsəmələr
- 250 -
ictimai  rəyə  nüfuz  edilməsinə  yönəldilmişdir.  Məsələn,  sənətşünas  Manya 
Kazaryan təkidlə bildirirdi ki, xalçaçılıq sənəti ümumbəşəri dəyərdir və ay-
rı-ayrı  xalqların  etnik  mədəniyyət  nümunəsi  kimi  öyrənilməməli,  müxtəlif 
millətlərin, o cümlədən ermənilərin də daxil olduğu «subetnik tarixi-mədəni 
rayonların»  maddi-mədəni  irsi  çərçivəsində  tədqiq  olunmalıdır.  Xalçaçılı-
ğın bəşər mədəniyyətinin bir parçası olmasına heç kəsin etirazı yoxdur. La-
kin nədənsə M.Kazaryanın təkidlə tövsiyə etdiyi regional «subetnik rayon-
lar» əsas etibarilə Azərbaycan və Türkiyə ərazilərini, ermənilərin iddia irəli 
sürdükləri torpaqları əhatə edirdi. Ötən illərin təcrübəsi göstərdi ki, belə psev-
dokosmopolit yanaşma taktikası təkcə ayrı-ayrı xalqların xalçaçılıq sənətini 
milli köklərdən ayırmaq cəhdləri ilə kifayətlənməmişdir. Paralel olaraq, mil-
li  mədəni  irs  nümunələrinin  kütləvi  erməniləşdirilməsi  son  nəticədə  qonşu 
dövlətlərə ərazi iddialarının ödənilməsinə yönəldilən separatçı fəaliyyət, işğal 
aktları  üçün  bəraətverici  «tarixi  sübutların»  uydurulmasına  şərait  yaratmış-
dır. Eyni zamanda, akademik səviyyələrdə xalçaçılıq sənətinin yalnız oturaq 
əkinçiliklə  məşğul  olan    xalqlara  aid  olan  məşğuliyyət  olduğu  bildirilir  və 
mənimsəmələr üçün zəmin hazırlanır: 
«Çünki köçəri xalqların həyat tərzi 
onlara bir yerdə çox qalmağa, beləliklə, xalça toxumaq üçün vaxt ayır-
mağa imkan vermir. Bundan başqaağır dəzgahı (hana) bir yerdən başqa 
yerə daşımaq da çətindir. Ən qədim erməni xalçalarından biri 1202-ci 
ildə Qanzak (Gəncə) vilayətində toxunmuşdur».
100
M.Kazaryan  «subetnik  rayonların»  vacibliyi  və  xalçaçılıq  sənətinin  et-
nik  köklərdən  ayrılmasının  əhəmiyyəti  haqqında  1983-cü  ildə  dərc  etdiyi 
məqalədə bunları etiraf edirdi: 
«Problemin (xalçaçılıq sənətinin milli qrup-
lara bölünməsinin – A.Q.) 
mürəkkəbliyinə baxmayaraq, «erməni xalçası» 
və «ermənilərin toxuduqları xalçalar» anlayışları arasında olan fərqlər 
mütləq nəzərə alınmalıdır. Ermənilər Quba, Nuxa, İkoniya (Konya), Trab-
zon, İstanbul, Ankara və İspartada, Kappadokiyanın şəhərlərində, İra-
nın müxtəlif mərkəzlərində həmişə xalçaçılıqla məşğul olmuşlar. Amma 
bu əl işlərini «erməni xalçaları» adlandırmaq olmaz. Çünki onların kom-
pozisiyası  fərqli  tipologiya  üzərində  qurulmuşdur».
101
  Lakin  cəmi  iki  il 
sonra – Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının gerçəkləşdirilməsi 
istiqamətində fəaliyyət ərəfəsində Manya Kazaryan taktikanı dəyişmiş, Yere-
van sənətşünaslarının əsl məqsədlərini göstərərək, Türkiyəni, Cənubi Qafqazı 
100
  «Ковры (армянские)», http://www.khachkar.ru/encyclopedia/?id=148
101  
«Культура, жизнеобеспечения и этнос. Опыт этнокультурного исследования (на матариалах 
армянской сельской культуры)». Отв. ред. С.Арютунов, Э.Маркарян. Ер., 1983


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə