Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   90   91   92   93   94   95   96   97   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 241 -
edən qəhrəmanlar haqqında nağıllar Ön və Mərkəzi Asiyanın bütün xalqların-
da mövcuddur və hətta xristian dinində əzabkeş Georgi (Qalibiyyətli Georgi, 
Kappadokiyalı Georgi, islam dinində - Cərcis peyğəmbər) barədə rəvayətin 
süjetinə çevrilmişdir. Lakin Yerevan alimlərinin səyləri nəticəsində «vişap» 
«qədim erməni brendi» kimi tanıdılsa da, sübutları olduqca kövrəkdir. On-
larla  əlaqəli  bəzi  erməni  rəvayətlərinə  əsasən,  bu  monumental  abidələrin 
«Ermənistana yürüşlər etmiş midiyalılar və iranlılarla əlaqəli olduğu» ötəri 
bildirilsə də, bu obrazın mənşəyi barədə susmağı üstün tutur, «vişap» sözü-
nü isə «qədim erməni dilində «əjdəha» anlamı verdiyini bildirirlər. Bircə o 
məlumdur ki, vaxtilə xeyirxah «su tanrısı» olan bu obraz ermənilərin xris-
tian dinini qəbul etməsindən sonra nəcib mahiyyətini tamamilə itirmiş, xa-
otik təbiət qüvvələrinə hakim olan şər varlığa, qorxunc əjdəhaya çevrilmiş-
dir.
85
 Bununla belə, «vişap» sözünün eramızdan 2-3 min il əvvəllə aid erməni 
kəlməsi olması və ya «qədim farslardan ermənilərə keçməsi» (vəhş/vəhşi + 
ab/su)  barədə  leksik  iddialar  da  heç  bir  sübuta  söykənmir.  Onun  linqvistik 
təhlili də bu fikri təsdiqləyir. Əvvəla, «vəşh» sözü fars deyil, ərəb mənşəlidir 
və «vəhşi», «qorxunc varlıq», «bədheybət canlı» kimi tərcümə olunur. Onun 
fars  dilindəki  «ab»  kəlməsi  ilə  birləşməsindən  yaranan  ifadə  isə  həqiqətən 
də bütövlükdə «su əjdəhası» anlamı verir. Lakin ərəb dilinin regiona Xilafət 
ordusunun  yürüşləri  zamanı  nüfuz  etdiyini  nəzərə  alsaq,  «vişap»  sözünün 
heç də eramızdan əvvəlki dövrlərə deyil, çox-çox gənc olduğunu, ilkin orta 
əsrlərdə yarandığını görərik. Azərbaycanlı alim Mübariz Xəlilovun «vişap» 
kəlməsi  haqqında  fikirləri  də  erməni  iddialarının  qarşısına  məhz  erməni 
mənbələri  vasitəsilə  sədd  çəkir:  «Bu  söz  (vişap) 
arxeologiya  terminləri 
sırasına  daxil  olsa  da,  ermənilər,  gürcülər,  yunanlar,  adətən,  həmin 
abidələri  Azərbaycan  dilində  «tikmədaş»,  «tikildaş»  adlandırırdılar»
M.Xəlilov buna misal olaraq erməni alimi Levon Melikset-Bekovun 1947-
ci ildə Moskvada nəşr olunmuş  məqaləsini
86
 oxumağı tövsiyə edir.
87
 Qeyd 
edək ki, əski türklər bu sütunları «balbal» adlandırardılar. Cənubi Qafqazda 
(Qərbi Azərbaycanda, Naxçıvanda) və Anadoluda  isə «çobandaşı», «hörük-
daş», «başara» (əzəli, ilkin), «daşbalıq», «daşmaral», «qoşun daşı», «daşba-
ba» və s. adlarla da tanınırdı. Ermənilər Qərbi Azərbaycanda və Naxçıvanda 
olan bu qədim abidələrin bir hissəsini dağıtmış, qalanlarını isə gizli şəkildə 
85 
 «Армянские  ковры», http://hayodz.blogspot.com/2012/05/100-110.html
86  
Л.Меликсет-Беков. «Вишапы и вишапоиды Грузии». - КСИИМК, вып. XV. Москва, 1947.
87  
М.Халилов. «Древние каменные изваяния Южного Кавказа», http://www.az.ee/tkrea/rus/irs-
200416.shtml


Damğalar, rəmzlər… mənimsəmələr
- 242 -
Ermənistana aparmışlar. Məsələn, Naxçıvanın Batabat yaylağındakı abidənin 
taleyi də belə acınacaqlı olmuşdur. 
Ermənistan Respublikası ərazisində aşkar olunmuş vişapların bir hissəsi 
sal daşlardan yonulmuş balıq (naqqa balığı) təsvirləridir. Bunun da öz izahı 
vardır.  Uzunluğu  bəzən  5  metrə,  çəkisi  isə  400  kiloqrama  çatan  naqqa  ba-
lığı şirin su hövzələrinin ən qorxulu yırtıcı canlısı sayılır. Günü bu gün də 
nəhəng naqqa balıqlarının ev heyvanlarını, hətta insanları yaxalayıb su altına 
çəkmələri barədə qorxunc faktlar vardır. Baykal gölünün sahillərində yaşayan 
bəzi xalqlarda bu balıq əcdad, totem varlıq hesab olunmaqdadır.
88
 
Ermənilərin  «vişap»  adı  altında  təqdim  etdikləri  digər  abidələr  isə  əsas 
etibarilə öküz, at və qoç heykəlləridir. Bu isə regionda türk etnosunun mövcud-
luğunun izlərini gizlətmək, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinə 
aid qədim məzar daşlarını erməniləşdirmək məqsədilə edilən növbəti saxta-
karlıq səyidir. Təsadüfi deyildir ki, tanınmış şərqşünas və arxeoloq Nikoloy 
Marr  1910-cu  ildə Alagöz  dağındakı  «Əjdəha  yurdu»  deyilən  ərazidə  yerli 
əhalinin  (etnik  azərbaycanlıların)  vişapları  «oğuz  qəbrləri»  adlandırdığını 
qeyd etmişdir.
89
 
Hündürlüyü  (əslində,  uzunluğu)  bəzən  üç-dörd  metrə  çatan,  uzunsov  sal 
qaya daşlarından müxtəlif canlılar, o cümlədən balıq şəklində yonulan həmin 
sütunlar eramızdan əvvəl II minilliyə - Kür-Araz mədəniyyətinə aid edilsə də, 
zənnimizcə, onların bir hissəsi bilavasitə saka-skif, digərləri isə türk tayfala-
rının  mədəniyyəti və mifik təsəvvürləri ilə əlaqəlidir. Antik müəlliflər saka-
skiflərin  yer  altında  yaşayan,  torpağı  bellərində  saxlayan  nəhəng  əjdahalara 
(əjdaha-balıqlara) sitayiş etdiklərini, sancaq və bayraqlarını onun təsvirləri ilə 
bəzədiklərini bildirmişlər. Saka-skiflərin inanclarına əsasən, onların ilkin anaları 
torpaq ilahəsi, ilan quyruqlu Api (əski türk dillərində: api, ama – ana) olmuşdur. 
Heredot da skiflərin əjdaha-ilahə Ari və Herakl arasında izdivacdan törəndiyini 
yazırdı. Su əjdahası obrazı türk xalqlarının, o cümlədən azərbaycanlıların xalça 
motivlərində və folklorunda özünə möhkəm yer tutmuşdur. 
Qaraçay-Çərkəz Dövlət Texnoloji İnstitutunun professoru Qazi Laypanov və 
tanınmış balkar alimi İsmayıl Miziyevin birgə qənaətinə görə, «nəhəng balıqlar 
haqqında rəvayətləri eramızdan əvvəl VII əsrdə regiona – Ön Asiyaya, Cənubi 
Qafqaza, o cümlədən onlaradək ayrı-ayrı türk tayfalarının yaşadıqları Qafqaz 
Albaniyasına yürüşlər etmiş saka-skiflər gətirmişdir. XII əsrdə yaşamış yunan 
filoloqu  İoan  Setses  yazır  ki,  skiflər Azov  dənizini  (digər  ehtimallara  görə, 
88  
А.Бисенбаев. «Мифы древних тюрков»,  http://libbabr.com/?book=4872
89  
http://ru.wikipedia.org/wiki/Вишапы  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə