Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   88   89   90   91   92   93   94   95   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 237 -
əsrlərdə  Qarabağda  toxunmuş  xalçalardan  biri  qondarma  «Vişapqork»  adı 
altında «erməni mərasim xalçası» kimi təqdim olunur. Bu azmış kimi qeyd 
olunur ki, «ermənilər Qars, Sürməli, Gümrü, Tiflis, Borçalı, Naxçıvan, Gəncə, 
Bərdə, Quba və Şuşada xalçaçılıq ənənələrinin təməlini qoymuşlar».
70
 Onu da 
xüsusi vurğulayaq ki, bu yaxınlarda Ermənistan Tarixi Muzeyində «erməni 
xalçalarından» ibarət ilk daimi ekspozisiya açılmış, onun fonduna müxtəlif 
yollarla (eləcə də qarət yolu ilə) əldə edilmiş 1400-ədək xalça toplanmışdır.
71
Ermənistan alimləri Avropada «karpet» kimi yayılan və «xalça» anlamını 
verən  sözün  də  məhz  erməni  kökənli  olduğunu  iddia  etsələr  də,  indiyədək 
nə onun etimologiyasını və etnik mənşəyini, nə düzgün yazılışını («karpet», 
yoxsa «kapet»), nə də təyinatını, yəni bu kəlmənin konkret olaraq xovlu və 
ya xovsuz (kilim, palaz və s.) xalçalara aid edilməsini hələ də dəqiqləşdirə 
biliblər.  Eyni  zamanda,  elmi  və  təbliğat  xarakteri  daşıyan  materiallarda  da 
«erməni xalçaçılıq sənətinin» tarixi ilə bağlı ortaq mövqeləri yoxdur. Nəticədə, 
sosial şəbəkələrdə erməni xalçalarından bəhs edən məqalələr, bir qayda ola-
raq, bu tipli yayğın girişlərlə başlanır: «
Xalça erməni xalqının məişətində 
ən zəruri əşyadır. Xalçaçılıq ermənilərin qədim tətbiqi sənəti sayılır. Ar-
xeoloji qazıntılar zamanı (nə vaxt, harada və kimlər tərəfindən aparıldığı 
göstərilmir) 
aşkar edilmiş ən qədim erməni xalçaları eramızdan əvvəl II-I 
minilliklərə aid olunur (Mingəçevirdə tapılmış xalça-palaz qalıqları və saka-
skiflərə məxsus Pazırıq/Altay xalçası nəzərdə tutulur - A.Q.). 
Qədim yunan, 
roma, fars, ərəb, Bizans yazılı mənbələrində (buraya Nizami Gəncəvinin, 
Əfzələddin Xaqaninin və Qətran Təbrizinin əsərləri də daxil edilir) 
qədim və 
orta əsr erməni xalçalarından və karpetlərindən (!) geniş bəhs olunur».
72
 
Qərb  dillərində  olan  sözlərin  izahlı  lüğətlərinə  görə,  orta  əsrlərdə  ya-
yılan  «karpet»  sözü  latın  mənşəlidir  və  «qalın  yun  parça»  anlamını  verən 
«carpita»  kəlməsinin  törəməsidir.
73
  Erməni  alimi  Aleksey  Sukiasyan  Qərb 
alimlərinin qənaəti ilə razılaşmır. Onun fikrincə, 
«XIII əsrdə Avropa xalqla-
rı bu sözü erməni dilindən mənimsəmişlər».
74
 Akademik Suren Ayvazyan 
isə erməni xalqının mədəni hüquqlarını «mənimsəmələrdən» qorumaq iddiası 
ilə Avropa linqvistlərinə qarşı daha radikal mövqe nümayiş etdirir. O, Mosk-
70   http://www.armsite.com/rugs/rshow.phtml?slide=2
71 
«Достояние республики», http://www.express.am/article/8_1007/view/dostojanie-respubliki.html
72 
 «А р м я н с к и е  к о в р ы»
, http://hayodz.blogspot.com/2012/05/100-110.html
73  Etymology: Middle English, from Middle French carpite, from Old Italian carpita, from carpire 
to pluck, modification of Latin carpere to pluck — more at harvest; Date: 15th century,  http://www.
merriam-webster.com/dictionary/carpet
74  А. Сукиасян. «История Киликийского армянского государства и права (XI—XIV вв.)». Митк, 1969. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 238 -
vada nəşr etdirdiyi «Rusiya tarixində erməni izləri» kitabında bildirir ki, orta 
əsrlərdə Ermənistan xalçalarını ilk dəfə dünya bazarına çıxaran və tanıdan, 
mədəni inkişaf sarıdan geridə qalmış Avropanı Ararat vadisinin xalça sənəti 
ilə tanış edən şəxs Karapet adlı erməni taciri olmuşdur. Və bu gün Qərb dün-
yasında «xalça» anlamında işlədilən «karpet» sözü bu nəcib insanın tarixin 
yaddaşında  qalan  adı  ilə  bağlıdır.
75
  Sənətşünas  Manya  Kazaryan  da  «bəşər 
sivilizasiyasının  təməlini  qoymuş  ermənilərin»  geridə  qalmış  xalqlardan 
nəsə götürə biləcəyini qəti inkar edir. Əlbəttə, indiyədək baş vermiş «mədəni 
oğurluq» və mənimsəmə» faktları nəzərə alınmazsa! Odur ki, «Erməni xal-
çaları»  kitab-albomunda  o,  karpet  və  ya  kapeti  xristian  dini  ilə  bağlamağa 
çalışaraq, bunları yazır: 
«Qədim erməni sözü olan «kapet» kəlməsi nə vaxt-
sa xovlu erməni xalçalarına aid edilmişdir. Bu sözə hələ V əsrə aid İncil 
tərcümələrində də rast gəlinir».
76
 Gəlin, əlavə polemika açmamaq üçün İn-
cilin erməni dilinə V əsrdə deyil, VII-VIII əsrlərdə yunan dilindən çevrilməsi 
faktını da onların üzünə vurmayaq. Ermənilər ənənəvi olaraq «karpet» və ya 
«kapet» deyəndə yalnız xovsuz xalçaları nəzərdə tuturdular. Bu məsələyə ay-
dınlıq gətirən görkəmli Azərbaycan alimi, dünya şöhrətli xalçaçı-ekspert Lətif 
Kərimov həmin sözün etnik mənşəyi və etimoloji yozumu haqqında yazırdı ki, 
Azərbaycanda köçəri həyat sürən oğuz tayfalarının – tərəkəmələrin deyimində 
palaz və kilimin qarışığına «karvud» deyirdilər. Bu söz Ağcabədi xalça us-
talarının  dilində  «karpud»  kimi  qalmışdır.  Mürəkkəb  tərkibli  sözün  birinci 
hissəsinə  -  «kar»  kəlməsinə  XI-XII  əsrlərdə  yaşamış  Mahmud  Kaşğarinin 
«Divanü-lüğət-it Türk» əsərində də rast gəlinir.
77
 Bu söz qədim türk dillərində 
«qarışdırmaq», «birləşdirmək» anlamını verirdi. Tanınmış rus türkoloqu və et-
noqrafı Vasili Radlovun (1837-1918) «Türk ləhcələri lüğətinin təcrübəsi» adlı 
kitabında isə qədim türklərin «put» və ya «pot» kəlməsinin «üçqat və dördqat 
əyrilmiş iplik» mənasında işlədildiyi göstərilir. Mədəni əlaqələr nəticəsində 
erməni dilinə keçən «karpet» sözü də ilkin dövrlərdə məhz bu anlamı verirdi. 
Başqa  bir  yozuma görə,  «karpet» sözü  fars-türk  mənşəlidir.  Belə ki,  «kar» 
sözü fars dilində «iş», «sənət» deməkdir, «peş» və ya «bet» kəlməsi isə türk 
tayfalarında keçi tükündən palaz üsulu ilə toxunan iri şallara deyilirdi.
78
O da maraqlıdır ki, «karpet» haqqında iddialara baxmayaraq, ermənilərin 
özləri xovlu xalçalara «qork»  deyir və onun da yozumunu açmaqda ciddi 
75 
 С.Айвазян. «История России. Армянский след». Москва, 1997
76 
 М.Казарян. «Армянские ковры».  Москва, «Советский художник», 1985.
77 
 M.Kaşğari. «Divanü lüğat-it-Türk».  Bakı: «Ozan», 2006.
78 
 Л.Керимов. «Азербайджанский ковер», Том 2. Баку: «Гянджлик», 1983


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə