Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   96   97   98   99   100   101   102   103   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 256 -
«qədim erməni boyasını» milli brend elan edib geniş istehsalına başlamaq 
üçün ərazi, vəsait və laboratoriya ayırmışdı. Lakin sonralar müəyyən edilib 
ki, bu qurd Ermənistan faunasına xas həşərat deyil və nəsli kəsilməkdə olan 
canlıdır.  Bütün  bunlara  baxmayaraq,  Manya  Kazaryan  ruhdan  düşməmiş, 
qırmızı böcəyi nəinki indiki Ermənistan ərazisində yerləşdirmiş, hətta «Bal-
zori» adlı növbəti «orta əsr ərəb səyyahının» dünyaya gətirilməsini özünün 
vətəndaşlıq  borcu  olaraq  qəbul  etmişdir.  O  yazır: 
«Erməni  milli  boyaq 
maddələri (?) içərisində «vordan karmirin», yəni «qurddan alınan qır-
mızı rəngin» müstəsna yeri vardır. Bu böcək yalnız Ararat vadisində 
olur. Təsadüfi deyildir ki, ərəb coğrafiyaşünası Balzori qədim erməni 
şəhəri olan Artaşata «Karyət əl-Qırmızı» deyirdi».
107
 Sual yaranır: Əgər 
bütün bunlar həqiqətdirsə, görəsən, nə üçün məchul «ərəb səyyahı Balzori» 
Vedibasardakı «erməni şəhərini» türkcə adlandırmışdır?
 
Erməni  sənətşünası  Liliya  Avanesyan  isə  «əzabkeş»  hay  xislətinə 
tamamilə  uyğun  gələn  pessimist  mövzuda  -  «Erməni  xalçalarının  dəfn 
mərasimləri  ilə  əlaqəsi»  adlı  məqaləsində  bunları  yazır: 
«Ölən  insanın 
xatirəsini əbədiləşdirmək üçün onun adına xalça toxumaq ermənilərin 
qədim  adətidir.  Qədim  erməni  inanclarına  görə,  xalça  kult  predmeti 
kimi  mərhumun  axirətə  çatdırılmasında  körpü  rolunu  oynayır.  Hələ 
XX  əsrin  əvvəllərində  erməni  kəndlərində  cənazəni  xovsuz  xalçaya 
büküb,  başqa  bir  xalçanın  üzərinə  qoyub,  üzərinə  xalça  naxışları  ilə 
bəzədilmiş  örtük  çəkərək  məzarlığa  aparırdılar».  Müəllif  dediklərinə 
misal qismində bunları bildirir: 
«Belə xalçalardan biri XIX ƏSRDƏ Sİ-
SİYANDAKI  SPANDARYAN  KƏNDİNDƏ  toxunmuşdur».
108
  Və  çətin 
ki, ermənilərin absurd məntiqlərindən xəbərsiz hər hansı bir əcnəbinin hələ 
XIX əsrin birinci yarısında erməni-rus bolşeviki Suren Spandaryanın (1882-
ci ildə Tiflisdə doğulub, 1916-cı ildə Krasnoyarskda öldürülüb) doğumun-
dan  xeyli  əvvəl  onun  adını  daşıya  bilən  «erməni»  kəndinin  mövcudluğu 
barədə məlumatı olsun! Halbuki, vaxtilə Yelizavetpol (Gəncə) quberniya-
sının Zəngəzur qəzasına daxil olan bu kəndin əsl adı «Məliklər» olmuş və 
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il tarixli fərmanı ilə 
dəyişdirilmişdir. XIX-XX əsrin əvvəllərinə aid statistikaya əsasən, Məliklər 
kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olmuşdur (1831-ci ildə 
107
  М.Казарян. «Армянские ковры».  Москва, «Советский художник», 1985.
108
 Л.Аванесян. «Связь изображений армянских ковров с погребальными обрядами»,  журн. 
«Анив», №3 (42).


Damğalar, rəmzlər… mənimsəmələr
- 257 -
22 nəfər, 1873-cü ildə 112 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 230 
nəfər, 1908-ci ildə 318 nəfər, 1914-cü ildə 249 nəfər). 1923-cü ildən son-
ra  azərbaycanlılar  zorən  buradan  köçürülmüş,  kənddə  Türkiyədən  gəlmiş 
ermənilər məskunlaşmışlar.
109
 Nəticədə məlum olur ki, L.Avanesyanın id-
dialarının əksinə olaraq, XIX əsrdə bu kənddə ermənilər yaşamamışlar və 
həmin xalçanın həqiqi müəllifləri də məhz azərbaycanlılardır. Digər tərəfdən, 
Liliya Avanesyanın məqaləsindən belə məlum olur ki, ermənilər insan sağ 
ikən mütləq onun adına xalça toxuyurdular ki, ölən kimi dərhal ona büküb 
torpağa tapşırsınlar. Xalçanın türk kökənli olmasına növbəti təkzibedilməz 
sübut isə onun üzərindəki əsas rəmz - sırf türk tayfalarına məxsus olan damğa 
işarəsi   əsasında yaradılmış (Tenqri/Tanrı açası) təsviridir. Aşağıda həmin 
«erməni xalçası» və müxtəlif türk xalqlarına məxsus ortaq rəmz - xaç/aça 
naxışları arasında eyniliyi təqdim edirik. Bu həm də erməni sənətşünaslarına 
həmin etnik mədəniyyətləri də mənimsəmək üçün «səmimi tövsiyədir». 
İndi isə Manya Kazaryanın «Erməni xalçaları» kitabında təsvirlərini verdiyi, 
lakin semantikasını açıqlamaqdan çəkindiyi «erməni xalça ornamentlərinin» 
həqiqi yozumunu və təsvirin mənbəyini nəzərdən keçirək. Bəri başdan onu 
da bildirək ki, naxışların semantikasında Ermənistan Respublikasından xey-
li uzaqda olan və erməni alimlərinin «tənbəlliyi» üzündən hələ də torpaqları 
qondarma «Böyük Ermənistan ərazilərinə» daxil olunmayan digər türk xalq-
larının etnik ornament və damğa işarələrinə məqsədli şəkildə üstünlük veril-
mişdir.
XIX əsrdə Qərbi Azərbaycanın Məliklər kəndində azərbaycanlıların
toxuduqları «erməni xalçası» üzərində Tenqri xan açası fraqmenti
109
  İ. Bayramov. «Qərbi Аzərbaycanin türk mənşəli toponimləri», http://www.karabakh-doc.azerall.info/
ru/azerpeople/ap069az-2.php


Damğalar, rəmzlər… mənimsəmələr
- 258 -
1.
    2. 
     3.
   4.
5.
   6. 
   7.
    8.
9. 
 10.
 11. 
 12. 
13.
   14. 
 15. 
  16.
Azərbaycan (1-3), qırğız (4), türkmən (5-6), qazax (7), özbək (8), tuva (9), başqırd (10), 
çuvaş (11), yakut (12), balkar (13), qaraçay (14), xakas (15) və Ukrayna kazaklarının (16) 
xalça, keçə və tikmə naxışlarında Tenqri xan açalarının rəmzi variantları 
  -  Bu  təsvir  və  onun  çoxsaylı  variantları  türk  xalqlarının  tətbiqi 
sənətində «Ağ quş», «Qu quşu», «Su sonası», «Kuqu», «Su gəlini», «Ak kaz», 
«Kaz»  və  s.  adlar  altında  tanınır.    Qədim  türk  mifoloji  təsəvvürlərində  qu 
quşu Dünyanın Yaranışının iştirakçısı, ailənin, körpələrin, döyüşçü ruhlarının 
himayəçisi olan Humay Ananın xeyrxah zoomorf obrazıdır. Bir sıra türk xalq-
larının rəvayət və dastanlarında, qu quşu qadınların totem canlısı kimi təqdim 
olunur. Məsələn, qırğızların «Semetey» eposunun qəhrəmanlarından Ayçürek 
qu quşuna çevrilir. «Kitabi-Dədə Qorqud» dastanlarında qu quşu (qaz) qadın 
gözəlliyinin, qadın zərifliyinin rəmzi sayılır. Ortaq damğa nişanları arasında 
bu quşla əlaqəli çoxsaylı işarələr vardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə