Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   99   100   101   102   103   104   105   106   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 263 -
məlum olmayan   «erməni simvolu» kimi təqdim etməklə kifayətlənmişdir. 
Halbuki, 
 işarəsi damğa nişanı kimi bütün türk xalqlarında «qoç buynu-
zu», qazaxlarda isə «qosmüyüz» adlanır, başqırdlar onu tək halda sədaqət və 
məhəbbət rəmzi hesab edirlər.
 
 - Yuxarıda qeyd olunduğu kimi, «səkkizguşəli ulduz» təsviri 
türk xalqlarının xalçaçılıq sənətində «gül» ornamenti kimi tanınır. Günəşin 
ibtidai rəmzlərindən sayılan bu işarə 
 dünyanın qədim mədəniyyətlərində, 
o  cümlədən  zərdüştilikdə,  ortaq  türk  mifoloji  təsəvvürlərində  Baş  ilahinin 
(Tenqri xanın) astral rəmzlərindən biri sayılır.
125
 İslam dininin yayılmasından 
sonra bu obraz   yeni fəlsəfi məna kəsb etmiş, şüaları (qolları)  müsəlmanın 
səkkiz savab əməlini, şiəlik təriqətində, xüsusilə səfəvi simvolizmində Əhli-
Beyti simvolizə etmişdir. İslam simvolizmində müsəlmanın səkkiz əməlinin 
və  cənnətin  səkkiz  qapısının  təcəssümüdür.    Qazaxıstan  xalçaçılığında  ona 
«juldız gül», «juldız örnek», «top juldız», «seqiz kırlı örnek» deyirlər.
 - buta (buta, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan 
ornament sənətinin çox yayılmış bəzək elementlərindən biridir. Bakı, Gəncə, 
Ərdəbil, Təbriz,  Naxçıvan,  Salyan,  Muğan  xalçalarında  bu  motivdən  geniş 
istifadə edilmişdir. Buta Mərkəzi Asiya, Krım, Volqaboyu dekorativ və tətbiqi 
sənətində də yayılmışdır.
  -  «Əqrəb»  adlanan  bu  ornament  qoruyucu,  nəzərlik  xarakterlidir. 
Əvvəllər  bu  təsvirdən  əqrəb  sancmasına  qarşı  tilsim  qismində  də  istifadə 
edərdilər. Türkiyəli tədqiqatçı Mine Erbekin qənaətinə görə, əqrəb ornamenti 
şeytanın ruhunu təcəssüm etdirir. Bir əfsanəyə əsasən, əqrəb deyir: «Mən nə 
təbii ruham, nə də şeytan. Mənə toxunanlara ölüm gətirirəm. İki buynuzum, 
bir quyruğum var. Buynuzlarımın adı «Ümidsizlik» və «Nifrətdir». Quyruğum 
isə iti xəncərdir. Mən bir dəfə dünyaya gəlirəm. Digər canlılar üçün bərəkət 
nişanı   mənim üçün ölüm işarəsidir».
126
 Anadolu xalçalarında əqrəb moti-
vinin    
   kimi variantları da vardır. Bu rəmzlərə Anadolu xaçaçılığın-
da «toyuq» da deyirdilər.
 
- Erməni simvolizmində semantikası olmayan bu işarə Azərbaycan və 
Anadolu xalçalarında «ulduz» və «göz» adlandırılır, bir tərəfdən məhsuldarlığın 
rəmzi, digər tərəfdən isə qoruyucu funksiyalara malik nəzərliyi bildirir. Ulduz 
125  
Қазақстан тарихы | История Казахстана.  https://vk.com/wall-38304529_29088
126  
Mine Erbek.  «Çatalhöyük’ten Bugüne Anadolu Motifleri», http://dipnotkitap.net/DENEME/
Anadolu_Motifleri.htm


Damğalar, rəmzlər… mənimsəmələr
- 264 -
həm də qaranlıqda işığın, ümidin simvoludur. Qazax mifik təfəkküründə bu 
işarə insan ruhunun inikasıdır. 
 - Bərabərtərəfli xaç işarəsi. Azərbaycan, Anadolu xalça ornamentləri 
içərisində «göz», qazaxlarda isə «törtqulaq», (dördqulaq) «aşamay» və «bes-
tamba» deyirlər. Qoruyucu rəmz funksiyasını daşıyır. Bu isə onun qədim se-
mantikasından - Tanrı işarəsi 
 olmasından irəli gəlir. Bədnəzərə qarşı olan 
göz motivi əsasən qoçqar (qoç buynuzu), əlibelində (bərəkət) işarələrinin 
 
   
  ətrafında toxunur.
127
 Türk xalqlarının xalçaçılıq sənətində «gül» motivi sevgini, sədaqəti, 
ailə xoşbəxtliyi arzusunu, eləcə də Adəm və Həvvanın cənnət bağçasını bil-
dirir. Azərbaycan xalçalarında əlavə olaraq ilahi eşqi, həsrəti simvolizə edir. 
Anadoluda isə lalə təsviri nənənin nəvə və ya ananın oğlan övladı istəyinin 
əlaməti sayılır. 
Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki 
işarələrin etnik mənşəyi
   
Məlumdur ki, başlanğıcını və elmi adını tarixi Azərbaycan ərazilərindən 
götürən Kür-Araz arxeoloji mədəniyyəti şaxələnərək Şimali Qafqaza, Meso-
potamiyaya, Şərqi Anadoluya, Mərkəzi Asiyaya yayılmış, vahid etnomədəni 
məkan kimi formalaşmışdır. Son eneolit və Erkən tunc dövrlərinə (e.ə. IV mi-
nilliyin sonu – III minilliyin əvvəlləri) təsadüf olunan bu unikal mədəniyyətə 
aid qədim yaşayış məskənləri Azərbaycanın Naxçıvan, Qazax, Füzuli, Şab-
ran,  Beyləqan,  Cəlilabad,  Xaçmaz,  Ağdam,  Bərdə,  Ağcabədi  bölgələrində 
(Kültəpə, Ovçular təpəsi, Babadərviş, Günəştəpə, Qaraköpəktəpə, Sərkərtəpə, 
Mişarçay, Qəflə təpələri, Qarahacı, Şortəpə, Cüttəpə və s.), eləcə də Güney 
Azərbaycanda  (Göytəpə,  Yanıqtəpə)  aşkar  edilmişdir.  Həmin  mədəniyyətin 
daşıyıcıları çiy kərpicdən tikilmiş alaçıq tipli konusvari evlərdə yaşayır, metal 
emal edərək silah və kənd təsərrüfatı alətləri hazırlayır, əkinçilik və heyvan-
darlıqla məşğul olurdular. Ermənilərin «regionun ən qədim xalqı
» olduğunu, 
«armenoid tipli müdrik insanların
» Qərbi Azərbaycan və Anadolu ərazilərində 
hələ Nuh tufanından əvvəl məskunlaşdığını (!) elm aləminə sübuta yetirmək 
səyləri Yerevan alimlərini hətta run işarələri və damğalarını da mənimsəməyə 
sövq  etmişdir.  Bununla  belə,  Ermənistan  alimlərinin  bütün  cəhdlərinə  bax-
127  
Mine Erbek.  «Çatalhöyük’ten Bugüne Anadolu Motifleri», http://dipnotkitap.net/DENEME/
Anadolu_Motifleri.htm


Damğalar, rəmzlər… mənimsəmələr
- 265 -
mayaraq,  indiyədək  cəmi  iki  «erməni  rəmzi
»  müəyyən  edilmişdir.  Onlar-
dan biri «xaçkar
» (erm.:խաչքար - «xaç-daş» 
),
 digəri isə «Arevaxaç» 
(erm:Արևախաչ - «Günəş xaçı») və ya «Ker xaç» (Կեռխաչ - «əyri xaç») 
adlandırılan 
  Hindistan  mənşəli  sakral  işarələrdir  (erməni  akademiki 
S.Ayvazyan hind mədəniyyətinin də erməni sivilizasiyasından bəhrələndiyini 
iddia edir)
Digər işarə - «Günəş xaçı» bu rəmz svastikanın - 
 (çərxi-fələk, dörd ün-
sür, oz damğası və s.) sonsuz variantlarından biri kimi Hindistan mənşəlidir və 
bu ərazidən Altaya, Aralıq dənizinə, Yaxın Şərqə, Şərqi Avropayadək uzanan 
nəhəng bir ərazidə geniş yayılmışdır. Günəşin şərqdən qərbə (soldan sağa) 
hərəkətini simvolizə 
 edən, türk damğa təsnifatında «çarx», «təkər» ad-
ları ilə tanınan variantları olan 
 
 
 bu işarəyə Ön və Mərkəzi Asiya 
xalqlarının, o cümlədən azərbaycanlıların maddi-mədəni irs nümunələrində 
və etnik ornamentləri içərisində geniş rast gəlinir. 
Yerevan tarixçiləri ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsindən 
təqribən 5 min il əvvəl mövcud olmuş bütöv Kür-Araz mədəniyyətini və onun 
maddi-mədəni irsini mənimsəmək istəkləri ilə hamilərindən çox-çox irəliyə 
getmişlər. Lakin  tarixi gerçəkliyi bir daha vurğulayırıq. Hər hansı bir xalqın 
rəmz və ya damğa işarəsi varsa, bu, onun dövlətçilik ənənələrinə malik olma-
sının göstəricisidir. Daha sadə dillə desək, damğa işarələri milli dövlətçiliyin 
mövcudluğunun  sübutu  və  qədimliyinin  əsas  atributlarındandır.  Lakin 
tarixdə «erməni damğaları» anlayışı mövcud deyildir. Odur ki, cin «Bismil-
lah» kəlməsindən qorxduğu kimi, erməni tarixçiləri də damğa mözusundan 
həmişə  kənara  qaçmışlar. Yerevan  alimləri  indiki  Ermənistan  Respublikası 
ərazisindəki  qayaüstü  təsvirlərdə  aşkar  edilən  damğa  işarələrini  indi  cidd-
cəhdlə «qədim yazı nümunələri» kimi təqdim etməyi üstün tuturlar. Məsələn, 
Qriqori Vaqanyan və Vaqan Vaqanyan cütlüyünün yazdığı «Sivilizasiyanın daş 
salnaməsi» adlı kitabda Naxçıvanın Gəmiqaya piktoqrafik abidələri ilə birlikdə 
Kür-Araz arxeoloji mədəniyyətinə aid olan Göyçə (Geğam, Abaran) qayaüstü 
təsvirlərindəki işarələr nəinki «mükəmməl erməni heroqlifləri» adlandırılmış, 
üstəlik, «bu mütərəqqi yazı sistemi vasitəsilə erməni mədəniyyətinin Ön Asi-
ya, Fələstin, Mesopotamiya, Avropa, Hindistan, Mərkəzi Asiya ərazilərindəki 
qədim  sivilizasiyaların  yaranmasına  və  inkişafına  birbaşa  təsir  göstərməsi» 
iddia edilmişdir. Onlar yazırlar: «
Bu təsvirlərdən belə nəticəyə gəlmək olar 
ki, qədim Misir, xett, hind və Urartu ideoqramlarının və heroqliflərinin 
kökünü erməni qayaüstü incəsənətinin artefaktları təşkil edir. Dünyanın 
ən
 qədim yazı formasının yaradıcıları və onların varisləri davamlı olaraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə