Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   97   98   99   100   101   102   103   104   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 259 -
-  Azərbaycan  xalçalarında  xüsusilə  Şirvan  və  Bakı 
məktəblərində  geniş  istifadə  edilən  «xoruz»  təsviri  zoomorf  obraz  kimi  öz 
kökünü  saka-skiflərin  mifoloji  təsəvvürlərindən  götürür.  Qoşa  xoruz  orna-
menti Xeyir və Şər, gecə və gündüz arasında təmasların, tək xoruz isə sübhün 
rəmzi  hesab  edilir.  Eyni  zamanda,  zərdüştilik  dinində  xoruza  Həyatın  oya-
nışının rəmzi olmaqla nəzərlik, ev və insanları bəd ruhlardan qorumaq kimi 
keyfiyyətlər verilmişdir. Bəzən xalçalardakı xoruz rəmzləri üzərində tayfa və 
nəsillərin damğa işarələrinin həkk olunması məhz onun qoruyucu funksiyası 
ilə əlaqəlidir. Xoruz islam dinində də müsbət obrazdır. Əbu Hüreyrədən gəlib 
çatan hədisdə islam peyğəmbəri (s.ə.s.) buyurmuşdu: 
«Xoruz banı eşitsəniz, 
Allahdan fəzilət diləyin, o mələk görüb».
 
 
 
  -  Türk  xalqlarında  «Dirilik  Ağacı»,  «Qaba  Ağac» 
(«Kitabi-Dədə  Qorqud»),  «Baterek»  (Mərkəzi  Asiya),
  «Dilək Ağacı»  və  s. 
adlarla  tanınır.  Pazırıq  kurqanında  (saka-skiflər)  aşkar  olunmuş  dəri  uşaq 
önlüyü, süjetli mərasim keçəsinin üzərində də onun təsvirləri vardır. Qədim 
mifoloji təsəvvürlərə görə, onun budaqları üzərindəki yarpaqlar şamanların 
və  doğulmamış  körpələrin  ruhlarıdır.  İslam  təsəvvürlərində  bu  rəmz    - Yer 
üzü ilə cənnəti birləşdirən ağac bəzən cənnətin mərkəzindəki Tuba ağacının 
təcəssümü kimi də dəyərləndirilir. Hayat ağacının yarpaqları doğulacaq insan-
ların ruhlarıdır. 
 
 - Əski türk mifoloji təsəvvürlərində sakral canlı olan qoçun 
buynuzlarının qrafik təsviridir. Damğa işarəsi kimi Anadoluda, Cənubi və Şi-
mali Qafqazda, Mərkəzi Asiyada, Krımda, Volqaboyunda, Şərqi Sibirdə «qoş-
qar», «qoçqar», «koçkar», «qoç müyüz» (qoç buynuzu), «koçkarok», «kaya-
baran» (qaya baranı/qoçu) və s. adlanır. Xalçaçılıqda və damğa təsnifatında 
çoxsaylı variantları 
 
 
 
 və s. vardır. Bundan başqa, 
 
işarəsi damğa və dövlətçilik rəmzi olmaqla Qaraqoyunlu dövlətinin bayrağın-
da təsvir edilmişdir. Həmin işarə Qarabağ xalçalarında (Malıbəyli) daha geniş 
yayılmışdır. Qeyd edək ki, 
 ornamenti ağqoyunluların dövlət rəmzi ehti-
malını yaratmaqla, etnik naxış qismində ona Azərbaycan, Anadolu, türkmən, 
qaraqalpaq, eləcə də Dağıstan, xüsusilə Tabasaran xalçalarında rast gəlinir. 
 - Azərbaycan və Anadolu xalça naxışları içərisinə bu ornament də as-
lan ayaqlı, ilan quyruqlu və quş qanadlı mifik varlığın, su mənbələrinin hamisi 
və  keşikçisi  əjdahanın  orazıdır.  Əjdahanın  buludlar  arasında  uçuşu  torpağa 
bol bərəkət, yaz yağışları gətirir. O həm də qartal kimi Dirilik Ağacının əbədi 


Damğalar, rəmzlər… mənimsəmələr
- 260 -
qoruyucusudur. Odur ki, erməni sənətşünaslarının bu təsviri deyil, 
 (qoç 
buynuzu)  işarəsini  «vişap»  adlandırmaları  məntiqdən  uzaqdır.  Ermənilərin 
mənimsəmə iddialarına baxmayaraq, bu ornament də təkcə Cənubi və Şimali 
Qafqazda deyil, Mərkəzi Asiyada da geniş yayılmışdır. Qazax xalçaçılığında 
«on eki müyiz» (on iki buynuz) adlanır. Ornamentin kökündə özbək və qa-
raqalpaqların «balıq gözü» adlandırdıqları damğa işarəsi   dayanır. Lakin 
digər variantlarda «ocaq» damğasının da stilizə olunmuş 
 təsvirlərini gö-
rürük. Lətif Kərimova görə, damğanın ətrafındakı on iki qarmaq   isə əski 
türk təqviminə görə, on iki illik dövrü ifadə edir.
110
  Qeyd edək ki,   işarəsi 
Anadoluda «qurd izi», «qurd ağzı» və «canavar ayağı» adları ilə də tanınır. 
 -  Mənbəyini saka-skif mifik təsəvvürlərindən götürən əjdaha (əjdər) ar-
xetipi, o cümlədən su üstündə oturan əjdaha obrazı sonralar türk xalqları ara-
sında yeni əfsanəvi keyfiyyətlərlə zənginləşmiş, Yaranışın, Tenqri xan-Humay 
tandeminin təcəssümlərindən birinə çevrilmişdir. Yeni xassələrə malik olan 
əjahalar iki tipə ayrılmışdır. Onlardan birincisi Göyü (səmanı), kişi başlanğı-
cını təcəssüm etdirir, dekorativ tətbiqi sənətdə, xalçaçılıqda qanadlı, saqqallı 
və buynuzlu şəkildə təsvir olunurdu. Torpağı və qadın başlanğıcını simvolizə 
edən ikinci tip isə mifik varlıq olaraq bu zahiri atributlardan məhrum idi. Hər 
iki tipin stilizə olunmuş variantlarına Qarabağ, Naxçıvan, Qazаx və Cənubi 
Azərbaycanın xovsuz xalçalarında – vərnilərində daha çox rast gəlinir.
111
 - Azərbaycanda bu işarə «qarmaq», Anadoluda isə «çəngəl» adlanır. 
İlkin damğa adı «qarmaq» olan işarənin yanaşı variantları həm də «axar su» 
adı ilə Azərbaycan etnik xalça ornamentlərində qalmaqdadır. Azərbaycan və 
Anadolu  xalça  simvolizmində  insanı  təhlükədən,  bəd  nəzərdən  qurtarmaq 
üçün işlədilən motivdir.
 
Mərkəzi Asiyada damğa işarəsi kimi bir sıra adla-
rı  vardır.  Məsələn,  qazaxlarda  «bota  moyın»  (köşək  boynu),    «qaz  moyın» 
(qaz  boynu),  qırğızlarda  «it  quyruqşa»  (it  quyruğu)  kimi  də  tanınır.  Özbək 
və qaraqalpaqlar ona «qumırska beli» (qarışqa beli) deyirlər. Çuvaşlar onu 
səma  nurunun,  Günəş  işığının  təcəssümü  hesab  edirlər.
112
  Mahmud  Kaşğa-
rinin «Divani-lüğət-it Türk» əsərinə görə,   işarəsi oğuzun iqdır tayfasının 
damğasıdır. Bundan başqa,    nişanı qazaxların Böyük Juzuna (Birliyinə) 
daxil  olan  kanlı  tayfasının  şılbır  nəslinin  də  damğası  sayılır.  «Şəcəreyi-
110  
Л.Керимов. «Азербайджанский ковер», в 3-х т. Т. III. Баку, 1983.
111    Г.Гафарова. «Элементы тюркской культуры на азербайджанских памятниках»,  http://strategiya.az/
old/?m=xeber&id=20370
112  
И.Богословская. «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə