Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   100   101   102   103   104   105   106   107   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 266 -
bəşəriyyətin  intellektual  kapitalını  zənginləşdirmişlər».  Bu  azmış  kimi 
təkcə regionda deyil, Mərkəzi Asiyada, Qərbi Sibirdə, Ukrayna, Rusiya, Bol-
qarıstan, Macarıstan və Rumıniya ərazilərində geniş yayılan və elm aləmində 
qədim türk damğaları kimi məlum olan işarələrin bir çoxuna qondarma ad-
lar  verməklə  onları  müasir  erməni  dilində  oxumaqdan  da  çəkinməmişlər. 
Məsələn, dünyanın tanınmış damğa mütəxəssislərinin (E.Triyarski, İ.Baske, 
A.Amanjolov və b.) təsnifatlarında türk rəmzləri kimi təqdim olunan işarələrə 
hətta Salvador Dali və Pikassonu heyrətləndirə biləcək məntiqsiz adlar veril-
mişdir. Bu abstrakt adlar və təsvirlər arasındakı fərq isə Rorşaxın məşhur psi-
xodiaqnostika testlərinin nəticələrini də geridə qoya bilər. Məsələn:   - qar-
daş (?), 
 - baxmaq,   - məhəbbət,   - falçı (?!), 
 - varis, 
 - paltar, 
 - nökər (?), 
 - məzarlıq (?!), 
 - obraz (görünür, Maleviçin «Qara 
kvadrat» əsərinin prototipidir), 
 - ulduz, 
 - meyvələr,   - kasıb adam 
(?),   - xarab olmuş (?!),   - yol,   - sehrbaz (?),   - solmaz çiçəyi,   - 
müti olmaq,  - Dolça bürcü, 
 - yenə də yol, 
 - oxçu və s.
128
 Bundan 
başqa, uzaqgörən qədim ermənilərin bəsirətlə hələ qədim dövrlərdə qriqorian 
məzhəbi təəssübünü çəkərək İsa Məsihin mövludundan təqribən 4 min il əvvəl 
bəzi «milli heroqlif işarələrinin» xristian dini ilə əlaqələndirmələri də xüsusi 
psixiatriya diaqnozunu zəruri edir: 
 - peyğəmbər, 
 - prosvira (kilsədə 
ibadət vaxtı yeyilən fətir),   - İblis,   - sekta, 
 - cənnət,   - mömin, 
rahib, doğru danışan,    - mələk,   - Həzrət İsanın silinməz xatirəsi, 
 
- Nuhun gəmisi (peyğəmbərin üzən nəqliyyat vasitəsinin nə səbəbə üzü aşağı 
çevrilməsi hələ də erməni sirri olaraq qalır)
129
 və s. Razılaşın ki, bütün bunları 
«normal alim təfəkkürünün bəhrəsi» adlandırmaq çətindir.
Vaqanyan  duetinin  cızmaqarasını  geniş  təhlil  etmək  fikrindən  uzağıq. 
Erməni akademiki Suren Ayvazyanın «Rusiya tarixində erməni izləri
» ki-
tabından götürülmüş bir sitat həmin üzdəniraq «alimlərin
» həm etnik nata-
mamlıq komplekslərini, həm də araşdırmalarının elmi dəyərini açıq göstərir: 
«Erməni xalqı hələ eramızdan III-II min il əvvəl dünya tarixinə misil-
siz  töhfələr  vermişdir.  Daş,  mis,  bürünc  və  dəmir  dövrlərinin  forma-
laşması, atın əhliləşdirilməsi, dünyada ilk heroqlif əlifbanın, arabanın, 
təkərin,  onluq  say  sisteminin  və  sıfırın  -  «0»  icadı,  kainatın  bürclərə 
və zodiak işarələrinə bölünməsi, Pifaqor qanununun, eramızdan əvvəl 
elektrik enerjisinin kəşfi, Günəş və Ay tutulmasının səbəblərinin elmi 
128
  Г.Ваганян, В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, 2006.
129
  Г.Ваганян, В.Блеян, Л.Кочарян. «Наскальные рисунки Армянского нагорья - первоисточники 
армянских, египетских, индийских и хеттских идеограмм (а также иероглифов употребляемых в 
греческой и латинской письменности)», http://novarm.narod.ru/arch082006/mois.htm


Damğalar, rəmzlər… mənimsəmələr
- 267 -
izahı, xalça toxunuşu, buğda və arpa əkini, üzüm, ərik, nar, alma bağla-
rının salınması və s. məhz «fövqəldahi» ermənilərin adı ilə bağlıdır».
130
 
Patoloji şizofreniyadan
«ümummilli dahilik sindromundan» əziyyət çəkən 
Yerevan alimlərinin bu tipli fikirləri istər-istəməz məşhur bir deyimi yada 
salır:  «Erməni  müdrikləri  həqiqətən  də  taxta  araba  təkərini  icad  etmişlər. 
Lakin onlar təkər layihəsi üzərində baş sındırarkən digər xalqlar reaktorda 
nüvəni parçalayırdılar»...
Qeyd edək ki, «fundamental tədqiqatlarında» ruslar istisna olunmaqla, 
bütün qeyri-erməni xalqlara, xüsusilə gürcülərə və türklərə patoloji nifrəti 
şizofreniya  həddinə  çatdıran  akademik  Suren  Ayvazyanın  «akademik» 
düşüncəsinə əsasən (əgər onun fikirlərini belə adlandırmaq mümkündürsə)
ruslar  və  ermənilər  nəinki  qohum  xalq,  hətta  həmyerlidirlər.  Rusların  ta-
rixi vətəni Van gölünün sahilləri olmuşdur. «Bu gölün adı onların «İvan» 
kəlməsində  qalmışdır.  Bundan  əlavə,  rus  dilində  gürcülərə  şamil  edilən 
«qruzin» sözü slavyan mənşəli olub «qruzçik», yəni «hambal» kəlməsinin 
törəməsidir: 
«Çünki gürcülər tarix boyu rusların yüklərini daşımışlar». 
Türklərə gəldikdə isə, ermənilərin qanına hopmuş patoloji türk fobiyası bu-
rada da özünü aydın büruzə verməkdədir: «
Onlar psixi cəhətdən anormal 
və genlərində barbarlığa, psixopatlığa və patoloji sadizmə meyil olan 
xalqdırlar».
131
 
Ayvazyanın  həmfikri  -  tarix  elmləri  doktoru  A.Martirosyan  isə 
«Ermənistanın  ibtidai  heroqlifləri  və  onların  Urartu-erməni  bənzərləri
» 
məqaləsində  həmin  qayaüstü  təsvirlər  haqqında  oxuculara  bunları  təlqin 
edir: 
«Deşifrə  olunmuş  və  hələ  oxunmamış  onlarca  işarələr  aydın 
şəkildə  göstərir  ki,    eramızdan  əvvəl    III  minillikdən  etibarən  ibti-
dai  Ermənistanda  heroqlif  işarələrindən  istifadə  edilmişdir  və  bu  da 
Ermənistanın Şərq sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu 
göstərir.  Qədim  ermənilərin  yüksək  səviyyəyə  malik  olmasını  çoxsay-
lı kosmik və zodiak işarələri də təsdiqləyir. Bu ölkə astronomiya elmi-
nin  beşiyidir».
132
  Onun  «kosmik  işarələr»  adlandırdığı  təsvirlərə  isə 
 
(qoç, qoç buynuzu, bərəkət rəmzi),   (yay-ox) etnik ornament kimi bu 
gün  təkcə Azərbaycanda  deyil,  türk  xalqlarının  yaşadıqları  bütün  region-
130
  С.Айвазян.  «История России. Армянский след». Москва, 1998.  
131
 С.Айвазйан. « История России. Армянский след». Москва: «Крон-Пресс», 2000.
132 
А.Мартиросян. «Первобытные иероглифы Армении и их Урарто-армянские двопники», 
http://lraber.asj-oa.am/2335/1/64.pdf


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə