Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   98   99   100   101   102   103   104   105   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 261 -
Tərakimə» əsərində bu işarənin üfiqi variantı 
 oğuzun iqdır və kızık boy-
larına aiddir. Bu ornamentə skiflərin apasiak tayfasının metal məmulatında 
(e.ə. VI—IV əsrlər), Özbəkistanın Qaraqalpaq vilayətindəki Anşka-Kalı adla-
nan ərazidə tapılmış metal dəvə fiquru üzərində (e.ə. I əsr – eramızın I əsri)
Sır-Dərya çayı sahillərindəki Çirik-Rəbat mədəniyyətinə aid saxsı qablarda, 
eramızın II əsrinə aid Xarəzm sikkələrində, Cənubi Türkmənistanın memarlıq 
elementlərində (X-XI əsrlər) rast gəlinmişdir.
113
 
 - Ruhun ölməzliyi, onun ölümdən sonra reinkarnasiyası – yeni doğu-
lan körpənin bədəninə köç etməsi fəlsəfəsi əcdad (ata) kultunun, şamanizmin 
qalığı olsa da, tanrıçılıq inancında qorunub-saxlanılmış və onun elementləri 
hətta islam dininin yayılmasından sonra türk etnik təfəkküründə mifoloji işartı 
şəklində qalmışdır. Azərbaycan, Anadolu, Şimali Qafqaz və Mərkəzi Asiyada 
müxtəlif nəsil-tayfa damğalarının sakral rəmzlərlə kombinasiyası nəticəsində 
yaranan  və  «əlibelində»  adı  verilən  (islam  dininə  əsasən,  insan  təsvirləri 
çəkmək yasaqdır) ornamentlər məhz qədim inancların monoteist dinlə uzlaş-
masının  və  ehkamlara  etnik  çalar  verilməsinin  nəticəsidir. Türk  xalqlarının 
xalça motivlərində geniş yayılan və müxtəlif variasiyaları olan həmin orna-
ment bir çox hallarda nəsil şəcərəsinin davamlılığının, ailədə arzu olunan və ya 
gözlənilən oğlan və qız uşaqlarının rəmzləri xarakterini daşıyır. İnsan (əcdad) 
fiqurunun mərkəzində yerləşən bərabərtərəfli üçbucaq işarəsi 
 nəzərlik - 
Humay Ananın rəmzlərindən biri (bitik, tumar) olmaqla, həm də, görünür, xal-
ça sahibinin mənsub damğa işarəsidir. Belə ornamentlər Azərbaycan, Anadolu 
və Türkmənistan xalçaçılıq sənətində «əlibelində» kimi təsnif olunur.
Manya Kazaryan bu təsviri də Lətif Kərimovun «Azərbaycan xalçaları» 
kitabından mənimsəsə də, nə «əlibelində», nə də «bitik» damğa-rəmzlərinə 
erməni mifik təsəvvürləri kontekstində yozum verə bilmişdir. 
 
 
  -  Azərbaycan,  Türkiyə,  Mərkəzi  Asiya  xalçaçılıq 
sənətində 
«göl»  ornamenti  olaraq,  nəzərlik  kimi  tanınan  bu  işarə  və  onun 
çoxsaylı  variantları  Anadoluda  «damğa  im»  adlanır.  Bütövlükdə,  müxtəlif 
nəzərlik və tayfa, nəsil damğa işarələrindən ibarət olan həmin kompozisiyalar 
ailənin, elin qoruyucu rəmzləri xarakterini daşıyırlar. 
  
 - Yenə də Lətif Kərimovun «Azərbaycan xalçaları» kitabından 
götürülərək «erməni etnik naxışları» kimi təqdim olunan ortaq türk rəmzidir. 
Nəzərlik xarakterli milli  ornament olaraq, təkcə Azərbaycan və Anadolu xalq 
113
 А.Алламуратов. «Каракалпакская народная вышивка». Нукус, 1977.


Damğalar, rəmzlər… mənimsəmələr
- 262 -
tətbiqi sənətində deyil, başqırd tikmələrində,
114
 kumık, qaraçay,
115
 qazax, qır-
ğız, türkmən,
116
 xakas, Volqaboyu tatarlarının (bulqarların), Krım tatarlarının 
xalça və kilim ornamentləri sırasında yayılmışdır. Onun ən qədim variantlarına 
Pazırıq  kurqanlarındakı  insan  cəsədi  üzərindəki  döymənaxışlar  (tatu)  arasın-
da
 
 və Taqar arxeoloji mədəniyyətinə (e.ə. IX-III  əsrlər, indiki Xakasiya 
Respublikasının ərazisi) aid bürünc kəmər toqqası üzərində 
 
rast gəlinir. 
Xakaslar bu gün də bu təsvirə «koçot öyüm» deyirlər.
117
 Bundan başqa,
 Şərqi 
Türküstandakı  türkeşlərin  metal  sikkələrinə  də  həmin  rəmzin  fraqmenti 
 
basılmışdır
118
.
 Bu ornament əski Azərbaycan və Anadolu xalçaçılığında «qoç 
buynuzu», hazırda isə həm də «əlibelində» adlanır
Qeyd edək ki, həmin nişan 
hazırda Başqırdıstanın Askins rayonunun gerbidir.
 Ornament iki seqmentdən - 
bolluq rəmzi olan qoç buynuzu təsvirindən 
 və torpaq, vətən anlamı verən 
romb işarəsindən 
 ibarətdir. Ermənistandan çox-çox uzaqda yaşayan Arxan-
gelsk rusları bu işarədən   tikmə ornamenti kimi də istifadə edirlər.
119
 İki «qoç 
buynuzu» damğasının   vəhdətindən və ya «sınıq buynuz» kimi təfsir olunan 
işarələr    
 və «köşək gözü» anlamını verən 
 nişanın birliyindən yara-
nan ornament Azərbaycan, Türkiyə, qaraqalpaq və Krım tatarlarının xalçaçılıq 
sənətində «əlibelində» ornamenti adlanır. Ona qazaxların keçə məmulatında,
120
 
başqırd tikmələrində,
121
 kumık, qaraçay
122
 və Anadolu kilim naxışlarında
123
 da 
rast gəlirik. Çuvaş xalqının bəzək ünsürləri sırasında isə qadın və kişi başlanğıc-
larının vəhdətini, ailə birliyini təcəssüm etdirən rəmzlərdən sayılır.
124
 
Manya Kazaryan məlum səbəbdən ortaq türk ornamentini erməni simvoliz-
mi müstəvisində yoza bilməmiş, əvəzində isə yan fraqmentlərini semantikası 
114
 «Башкирский народный костюм», http://900igr.net/prezentatsii/geografija/Bashkirskij-narodnyj-
kostjum/014-Bashkirskij-narodnyj-kostjum.html
115
  «Дагестанские ковры», http://articles.agronationale.ru/pigs/1907-dagestanskie_kovry
116
  Г. Бердымухамедов. «Живая легенда. Книга о вечной красоте туркменских ковров». Ашхабад, 2011 
117
  А.Абдысадыр уулу. «Мир узоров. Кыргызское великодержавие: Культура. Металлообработка», 
http://www.jyrgalizm.kg/index.php?option=com_content&view=article&id=205&Itemid=85
118
 А.Досымбаева. «Археологические источники в этнографических реконструкциях истории 
тюрков», Вестник Томского государственного университета. История. 2013, №3 (23)
119
 «Использование ромбического орнамента Архангельской области в современном трикотаже», 
http://artzentr.narod.ru/sdpt/rombarch.htm
120
 http://hameleons.com/kazakhstan-design/24498-kazaxskie-ornamenty.html
121
 «Башкирский народный костюм», http://900igr.net/prezentatsii/geografija/Bashkirskij-narodnyj-
kostjum/014-Bashkirskij-narodnyj-kostjum.html
122
  «Дагестанские ковры», http://articles.agronationale.ru/pigs/1907-dagestanskie_kovry
123
  «Halı Motif Özellikleri Desen Hazırlama
», http://www.halidesenmodel.com/2012/04/hali-motif-
ozellikleri-desen-hazirlama.html
124  
Ф.Искандеров, И.Искандеров, Е.Костина. «Азбука чувашских орнаментов и эмблем», festival. 
1 september.ru/articles/57111/pril1.ppt


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə