Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   95   96   97   98   99   100   101   102   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 253 -
əsasında aça bilmiş, qoşa quş təsvirlərini «ermənilərə yaxın olan obraz» ad-
landırmaqla kifayətlənmişdir. Halbuki, həmin təsvir yalnız ortaq türk mifoloji 
təsəvvürləri və obrazları, xüsusilə Dünyanın Yaranışı mifi üzərində öz yozu-
munu tapır. Xatırladaq ki, Ön və Mərkəzi Asiyada, Qafqaz və Cənubi Qaf-
qazda yaşayan türk xalqlarının mif və rəvayətlərində «Ağ quş», «Kuqu», «Su 
gəlini», «Kaz/Qaz», «Ak kaz» və s. adarla tanınan qu quşu Humay Ananın 
təcəssümlərindən biri olmaqla, ailənin, nəslin, kökün davamı, ilahi gözəllik 
rəmzi sayılırdı. Təsadüfi deyildir ki, hətta islam dininin qəbul olunmasından 
sonra da qu quşu öz müqəddəsliyini saxlamış, onun ovlanması Tanrı qarşı-
sında böyük günahlardan biri hesab edilmişdir. Əski türklərin inancına görə, 
insanların  yaşadığı  Orta  Dünyanın,  ailənin,  körpələrin,  xaqan  xatunlarının 
və döyüşçü ruhlarının himayəçisi olan Humay Ana Ağ quş obrazında 
 
dünyanın  yaranışında  iştirak  etmiş,  dəryaya  baş  vuraraq  dimdiyi  ilə  onun 
dibindən torpağı yuxarı qaldırmış və onun üzərində meşələr, dağlar, çaylar 
yaranmışdır.  Xalçadakı  qoşa  quş  təsvirlərinin  də 
 
    erməni  mifoloji 
aləmi ilə əlaqəsi yoxdur. Altaylardan gələn və islam dinində «Cənnət», «Tuba 
Ağacı» anlayışları ilə səsləşən qədim rəvayətə görə, yetmiş çayı bir yerə qo-
vuşduran müqəddəs məkanın mərkəzində yarpaqları (insan ruhları) qızıl və 
gümüşdən tökülmüş əbədi Qovaq ağacı (Dirilik Ağacı, Qaba Ağac, Bayterek) 
ucalır. Onun ölçüləri o qədər böyükdür ki, nəhəng bir ilxı onun çətiri altında 
gizlənə bilər. Ağacın zirvəsində yuva salan iki müqəddəs qu quşu isə Orta 
Dünyadakı insanlara, yenicə ailə quranlara gələcəyi, aqibətlərini söyləyirlər. 
Bu  mifin  təzahürlərinə  təkcə Azərbaycanın, Anadolunun,  Şimali  Qafqazın, 
Mərkəzi Asiyanın, Volqaboyunun, Şərqi Sibirin xalq tətbiqi sənətində, eləcə 
də  memarlıq  elementlərində  bu  gün  də  geniş  rast  gəlinir.  Quş  həm  də  ailə 
xoşbəxtliyi və sevginin rəmzidir. İslam mifologiyasında Allah-Təalanın yarat-
dığı ən mükəmməl varlıqlardan biri olan Anka quşudur. Qaf (Qafqaz) dağında 
yuva quran bu quş, rəvayətə görə, 1700 il yaşayır. Anadolu və Azərbaycan 
xalçalarında əjdaha ilə döyüşən və ona qalib gələn Anka quşu soyuq qışın 
başa  çatmasının  təcəssümü,  baharın  müjdəçisi  sayılıb.
103
  M.Kazaryan  xal-
ça  üzərindəki  digər  damğa  işarələrinin  semantikasını  verməkdən  məqsədli 
şəkildə  çəkinmişdir.  Çünki  onların  yozumu Ağ  quş  və  qu  quşları  haqqında 
miflərin süjetini tamamlayır. Məsələn, 
 - bitik, tumar – Humay Ananın 
nəzərliyi,    - damğa işarəsi kimi «qoştumarşa» - qoşa tumar, «saçbağı», «uy-
ğur» adlansa da, ilkin olaraq, Yaranışı, qadın və kişi başlanğıclarının vəhdətini 
103  Şerare Yetkin. «Halı Sanatı», 
Şerare Yetkin. «Halı Sanatı», 
Halı Sanatı», http://www.msxlabs.org/forum/guzel-sanatlar/22349-el-sanatlari-hali-
sanati.html


Damğalar, rəmzlər… mənimsəmələr
- 254 -
bildirir, 
 - qoç, qoçkar, koçkar, kaçkar – «bolluq»«bərəkət» anlamını 
verir, Qaraqoyunlu dövlətinin rəmzi olmuşdur və s. 
1.
  2.
   3.
1. XV əsrin əvvəllərinə aid olan Qaraqoyunlu xalçası (Gəncə-Qazax qrupu). Hazırda 
Berlin İncəsənət Muzeyində saxlanılır. Xalça üzərində qədim türklərin Dünyanın yaranışı və 
Dirilik Ağacı mifi əks olunmuşdur. M.Kazaryan onu «erməni xalçası «Marbi» kimi təqdim 
edir.  2. «Əjdaha və Simurq» xalçası (XV əsr, Gəncə-Qazax tipi. Berlin İncəsənət Muzeyi). 
Ermənilər onu «Əjdaha xalçası» adı altında mənimsəməyə səy göstərirlər. 3. Xətayi kompozi-
siyalı Şirvan xalçasından fraqment. XVII əsrdə toxunmuşdur. Hazırda 7940 inventar nömrəsi 
altında Budapeşt Dekorativ Sənət Muzeyində saxlanılır. Erməni mənbələrində bu xalçaya da 
qondarma «Vişapqork» adı verilmişdir
İkinci  xalça  üzərində  əjdaha  və  quşun  mübarizəsi  təsvir  olunmuşdur. 
Əjdaha (Anadoluda ona «əjdər» də deyirlər) aslan ayaqlı, ilan quyruqlu mi-
foloji varlıq olaraq  havanın və suyun yeyəsi (yiyəsi), tanrıçası hesab olunur. 
O həm də yaranış gücünün təcəssümü, dünyanın bütün sirlərini, xəzinələrin 
yerini bilən ilanabənzər əfsanəvi canlıdır. Azərbaycan və Anadolu xalçaçılıq 
sənətində «əjdaha» onramentinin əsasən «bulud» adlandırılması da bu obrazın 
hava və su ilə bağlılığını göstərir. Onun bu xüsusiyyətləri ilə saka-skiflərin mi-
fik Anası - yer altında, dərin mağaralarda yaşayan ilahə Apinin xarici görkəmi 
(əjdaha-ilan) və funksiyaları arasında yaxınlıq olduğu nəzərə çarpmaqdadır. 
Əjdaha yeraltı dünyada, ruhlar aləmində yaşadığından qədim türklərin əcdad 
kultu ilə də əlaqəlidir. 
Erməni saxtakarlığına başqa  bir misal. Lətif Kərimov «Azərbaycan xal-
çaları» (II cild) kitabında yazır: «İranın baş arxeoloqu Seyid Məhəmmədtağı 
Mostafevi və İranın qədim tarixi muzeyinin direktoru Samani İran xalçala-


Damğalar, rəmzlər… mənimsəmələr
- 255 -
rının tarixini izləyərək öz qənaətlərini «Nəqşo-Negar» məcmuəsinin birin-
ci sayında (Tehran, 1955) bölüşmüş və bildirmişlər ki,
 «Qali» (xalı) sözü 
qədim dövrlərdə öz xalçaları ilə məşhur olan və xalçaçılıq sənətini bü-
tün İran ərazisində yayan Qaliqala şəhərinin (Ərzurum vilayətində in-
diki  Qaligilə  yaşayış  məntəqəsi)
  adından  götürmüşdür».
104
  Təbii  ki,  bu 
fikirlər Manya Kazaryanı razı salmamış, sitatı əsaslı şəkildə dəyişdirmək, 
ona erməni çalarları vermək və ən nəhayət, qondarma «Böyük Ermənistan» 
əraziləri ilə bağlamaq fürsətini qaçırmamışdır. Odur ki, elm aləmi üçün təcili 
şəkildə «Əbu Avn» adlı məchul ərəb səyyah doğurmuş, iranlı mütəxəssislərin 
fikirləri  üzərində  əl  gəzdirərək  belə  təhrif  etmişdir:  «Ermənilər  xalçanı 
«xali» və ya «xaliça» adlandırırlar. IX əsrdə yaşamış ərəb səyyahı Əbu Avn  
bildirirdi: 
«Xali»  sözü  QƏRBİ  ERMƏNİSTANDAKI  KARIN  -  İNDİ-
Kİ  ƏRZURUM  ŞƏHƏRİNİN  adından  götürülüb.  Ərəblər  bu  şəhərə 
«Kaliqala» (Xalı şəhəri) deyirdilər. Belə bir fikir də var ki, ərəb və türk 
dillərində işlədilən «xalı» sözü ermənicə «xav» (?), yəni «xov» sözündən 
yaranıb».
105
 
Lətif  Kərimov «Azərbaycan xalçaları» kitabında
 xalçaçılıqla əlaqəli olan 
boyaqçılıq sənətinə toxunarkən bunları qeyd edirdi: 
«Mötəbər mənbələrə 
görə, qədim dövrlərdə Azərbaycan ərazilərində «qırmız» adlanan və pa-
lıd yarpaqları ilə qidalanan qırmızı rəngli həşəratlar olmuşdur. Xalçaçı-
lar boyaq almaq üçün bu həşəratlardan da istifadə etmişlər. Alınan boya 
ilə yun və parçalar rənglənirdi. X əsrdə yaşamış ərəb coğrafiyaşünası 
İbn Qovxal yazırdı ki, bu həşərat ipəkqurduna bənzəyirdi. Onun müa-
siri olan Müqəddəsi isə aşağıdakıları qeyd edir: «Həmin qurd torpaqda 
yaşayır, qadınlar onları toplayır, təndirdə qurudur, sonra da yun, kətan 
və ipəyi boyayırdılar. «Nüzhətil-qülub» kitabının müəllifi Həmidullah 
Qəzvini isə yazırdı ki, Mərənd (Güney Azərbaycan) şəhərindən cənubda 
«qırmız»  adlı  bir  qurd  var.  Onu  yalnız  yayın  başlanmasına  bir  həftə 
qalmış tutmaq olar».
106
 M.Kazaryan yenə də öz ampuluasındadır və «ca-
vab atəşini» gecikdirmək istəmir. İndi onun vəzifəsi nə yolla olursa-olsun 
zavallı  qırmızı  həşəratı  da  erməniləşdirmək,  ona  «tarixi  Ermənistan  tor-
paqlarında»  sığınacaq  verməkdir.  Buna  elmi-iqtisadi  əsası  da  vardı!  Hələ 
sovet dönəmində Ermənistan SSR-in Nazirlər Soveti «vordan karmir» adlı 
104
 Л.Керимов. «Азербайджанский ковер» Том 2. Баку: «Гянджлик», 1983.
105
 М.Казарян. «Армянские ковры». Москва: «Советский художник», 1985.
106
  Л.Керимов. «Азербайджанский ковер» Том 2. Баку: «Гянджлик», 1983.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə