Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   92   93   94   95   96   97   98   99   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 246 -
 
 
 
 
 
 
Fərqləri müəyyən edə bilərsinizmi? (ardıcıllıqla): Tuvada, Qırğızıstanın Çu vadisində, Altaydakı 
Arkamjı yaylasında, Krımdakı Baydar uva vadisində maral daş (daş maral) abidələri, İranın Ərdəbil 
ostanının Meşkin şəhəri yaxınlığındakı Şəhriyar kurqanlar düzündə Kür-Araz mədəniyyətinə aid daş 
sütunlar
94
 və nəhayət, Qərbi Azərbaycanda, Göyçə dağlarındakı «çoban daşları» (vişaplar).  
Azərbaycan alimi Mübariz Xəlilov da bildirir ki, bir sıra «vişap» sütunla-
rının məhz kilsələrdə salamat saxlanılması onların sonralar buraya daşınması-
nı və üzərlərinə xaç işarələrinin əlavə olunmasını təsdiqləyir. Məntiqi olaraq, 
xristianlığın bütpərəst inanclarla amansız mübarizə apardığı dövrlərdə «batil 
dinlərərə» aid elementlərin kilsələrdə qorunub-saxlanılması qətiyyən inandı-
rıcı deyildir. M.Xəlilov yazır: 
«Qədim abidələrə göstərilən belə «qayğı», 
görünür, başqa maraqlara söykənir. Diqqət yetirsək, bu abidələrin etnik 
azərbaycanlıların yaylaq yeri olan və toponimi Azərbaycan dili mənşəli 
bölgələrdə – Əjdaha yurdu, Göl yurd, Təkməqan göl, Cahangir ağa və 
s.  aşkar  edildiyini  müəyyənləşdirə  bilərik».
95
    Gürcüstandakı  erməni, 
yunan kilsələrinin həyətlərinə qoyulan «vişapların» - şaquli sütunların 
üzərindəki xristian xaçlarını, erməni və gürcü əlifba işarələrini və epiq-
rafik  mətnləri  öyrənən  akademik  Boris  Piotrovski  və  professor  Levon 
Melikset-Bekov  bu  qənaətə  gəlmişlər  ki,  həmin  abidələr  süni  şəkildə 
erməniləşdirilmiş,  xristianlaşdırılmış  və  onlara  yeni  ornamentlər,  yazı-
lar əlavə olunmuşdur. B.Piotrovski bu barədə yazır: «Açıq şəkildə görünür 
ki, Əjdaha yurdunda (Qərbi Azərbaycanda yaylaq adı) tapılmış vişaplar-
94  
М.Azarnoush, BHelwing . “Recent Archaeological Research in Iran – Prehistory to Iron Age”, 2005
95  
М.Халилов. «Древние каменные изваяния Южного Кавказа», http://www.az.ee/tkrea/rus/irs-
200416.shtml


Damğalar, rəmzlər… mənimsəmələr
- 247 -
dakı  xaç  və  erməni  əlifba  işarələri  sonrakı  dövrlərə  aiddir».
96
  Yerevan 
sənətşünaslarının  materiallarına  görə,  «erməni  xalçalarında»  vişapı  təsvir 
etmək üçün müəyyən «etnik» rəmzlərdən, məsələn,   
   
 
 və s. 
işarələrdən istifadə olnmuşdur. Həmin işarələrin mənşəyi və semantikası haq-
qında bir qədər sonra ətraflı bəhs olunacaqdır. Hələlik isə erməni xalçaçılıq 
sənətinə dair materialların təhlilinə əsasən, onu deyə bilərik ki, «Vişapqork» 
ifadəsi  ilkin  olaraq  xalçalara  deyil,  ornamentlərə  şamil  edilmiş  və  «Vişap 
rəmzi» anlamını vermişdir. 
«Ermənilərin» XVIII əsrdə toxuduqları «Vişapqork» -  mənimsənilmiş 
Malıbəyli (Azərbaycan, Qarabağ) xalçası.
 
Yuxarıda  təsviri  verilən  «Vişapqorq»  xalçasının  toxunuşu  və  üzərindəki 
«qədim erməni ornamentlərinin» semantikası ermənilərin mənimsəmə iddia-
larının əsassızlığını göstərir. Xalçadakı naxışlara etnik yozum verə bilməyən, 
bəlkə də, bunu istəməyən, bəzi hallarda isə çıxış yolu kimi bu təsvirləri xristi-
an dini ilə bağlamağa cəhd edən erməni etnoqraflarının əksinə olaraq, həmin 
işarələri  ortaq  türk  mifik  təfəkkürü,  damğa  və  rəmzləri,  Göytürk  əlifbası 
qrafemləri kontekstində izah edək: 
  -  Ermənilər  bu  işarəyə  də  «vişap»  desələr  də,  ilkin  «kaçkar/xaçkar 
təsviri  olaraq,  qriqorian  məzhəbinin  kilsə  rəmzlərindən  biri  sayılır.  Lakin 
ermənilər onun qədim türk inancları və simvolizmi ilə təkzibolunmaz bağ-
96  
Yenə orada


Damğalar, rəmzlər… mənimsəmələr
- 248 -
lılığını  nəzərə  alaraq,  bu  barədə  susmağı  üstün  tuturlar.  Halbuki,  xristian 
dini  işarələri  təsnifatında  «erməni  xaçı  milrayn»  adı  ilə  də  tanınır.
97
  Digər 
tərəfdən, vişapın - şər qüvvələrin təcəssümünün dini rəmz kimi qəbul edilməsi 
məntiqə sığmır. Bu işarə xristianlıqdan öncəki ortaq türk damğa və rəmzləri 
sırasında Tenqri xan açası  (koçkar,  kaçkar,  koçkarok, qoçkar,  qoşqar  və s.) 
kimi məlumdur. Erməni-qriqorian kilsəsində bərabərtərəfli xaçın olmamasını 
nəzərə alsaq, analoji aça (xaç) işarəsi   və Göytürk əlifbasında «ər» kimi 
oxunan, damğa qismində ilahi rəmzi sayılan   nişanının birləşməsindən ya-
ranmışdır. Tenqri xanın dörd istiqamətə, dörd dünyaya yayılan hökmünü və 
ya iradəsi altında olan dörd ünsürü (torpaq, su, hava və od) simvolizə edir. Bu 
rəmzə Pazırıq kurqanında aşkar olunmuş cəsəd üzərindəki döymənaxış (tatu) 
təsvirlərində də rast gəlinir. Azərbaycan və Türkiyə əraziləri daxil olmaqla  
Ön  və  Mərkəzi Asiyada, Altaylarda,  Tatarıstan  və  Başqırdıstanda,  Krımda 
həmin sakral rəmz geniş yayılmışdır.
98
 
  və 
  -  Bu  işarənin  də  erməni  və  xristian  simvolizmində  se-
mantikası  yoxdur. Yozumunu  qədim  türk  mifik  təsəvvürləri  arasında  tapır. 
Azərbaycanda,  Qafqazda,  Mərkəzi Asiyada, Altaylarda  «bitik»  (yazı,  dua),
 
«tumar», «tumarça», «tumarşa», «nəzərlik», «tilsim»  kimi tanınır.
 İslamdan 
əvvəlki  inanclarla  bağlı  olan  bu  rəmz  körpələrin,  qadınların,  döyüşçülərin 
himayəçisi olan Humay Ananın rəmzidir. Türk xalqlarının xalçalarında ən sox 
işlənən bəzək elementlərindəndir;
 - Damğa işarəsi kimi «ney», «kuray» adlanır. Əsas etibarilə qıpçaq tay-
faları arasında yayılmışdır; 
  -  Naxçıvanın  Gəmiqaya,  Qərbi  Azərbaycanın  Abaran,  Dəvəboynu, 
Mərkəzi Asiyanın Saymalıtaş, Tamqalıtaş qayaüstü təsvirlərində, Krım, Vol-
qaboyu tayfalarının tanınma-fərqləndirmə nişanları arasında geniş rast gəlinir. 
Ortaq  türk  simvolizminə  əsasən,  solyar  işarə  olaraq,  «Tanrı-Günəş»
,  «iki-
başlı qartal» anlamını verən qədim dövlətçilik rəmzlərindəndir. Azərbaycan, 
kumık,  balkar,  türkmən,  başqırd,  tatar  və  Krım  xalçalarının  populyar 
ornamentlərindəndir;
 - Hun və xəzərlərə məxsus damğalardandır. Qafqaz Albaniyası, Qı-
zıl Orda nəsil-tayfa işarələri kimi maddi irs nümunələri üzərində rast gəlinir. 
Məskunlaşmanı, binə salmağı, çadır qurmağı simvolizə edir. Mərkəzi Asiyada 
97  О.Ширяев. « Крест – знак знаков», http://www.protos7.ru/Forma/Glava07.pdf ; И.Смирнова. « Тай-
ная история креста. Все о древнем мистическом символе человечества». Москва: «ЭКСМО», 2006.
98  А. Мальчик. «Роль орнамента в формировании архитектуры Кыргызстана (Генезис, эволюция, национальные 
традиции)». Бишкек, 2010.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə