Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   91   92   93   94   95   96   97   98   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 243 -
Qara  dənizi  –  A.Q.)
  «Karbalıq»  adlandırırdılar.  Bundan  başqa,  rusların 
«polovets» adlandırdıqları qıpçaq tayfalarının nüfuzlu nəsillərindən biri 
də belə adlanırdı. Bu söz qədim və müasir türk dillərində «böyük, güclü, 
nəhəng balıq» kimi izah olunur. Əksər türk xalqlarının, o cümlədən Sayan-
Altay türklərinin mifoloji təsəvvürlərinə əsasən, Torpaq (Yer) üç nəhəng 
balığın – «karbalıqların» belində qərar tutmuşdur».
90
 Əlavə edək ki, əski 
türklərdə «balıq» sözü həm də «şəhər»,  «əsas», «baş» anlamını verirdi. Bu ba-
xımdan, Çinin Yuan imperiyasının paytaxtının, indiki Pekin şəhərinin qədim 
adının «Xanbalıq» olduğunu yada salmaq kifayətdir. Yeri gəlmişkən, hazırda 
Qazaxıstanın  Kostanay  vilayətində  Karabalık  rayonu,  Rusiyanın  Kemerovo 
vilayətinin Taştaqol rayonunda eyni adlı göl və qəsəbə vardır. 
Göyçə dağlarındakı İmirzək düşərgəsində aşkar olunmuş balıq-vişap.
 
Altaydakı İkinci Pazırıq kurqanında (e.ə.  IV əsr) tapılmış saka tayfa başçısı mumiyasının 
sağ ayağındakı döymənaxış (tatu) təsviri vişap – su əjdahası haqqında miflərin həqiqi etnik  
mənşəyinin göstəricisidir. 
90 
К.Лайпанов, И.Мизиев. «О происхождении тюркских народов», http://do.rulitru.ru


Damğalar, rəmzlər… mənimsəmələr
- 244 -
Həmin  saka-skif  rəvayətinin  işartılarına  bəzi Altay  xalqlarının,  xakas-
ların şamanizmə və tanrıçılığa söykənən miflərində də rast gəlirik. Onlar-
dan birində Humay Ananın və ya Ak Enenin (Ağ Ana) hökmü ilə baş ilahi 
Tenqri  xan  və  ya  Ülgen  (Azərbaycan  mifologiyasında  –  «Öləng»)  sonsuz 
dənizin ortasında Yeri xəlq edir. Torpağın yenidən dənizin dibinə batmaması 
üçün onu «ker palıq» adlandırılan üç nəhəng balığın belləri üzərinə qoyur. 
Noqay və tatarların «Temir biy» qəhrəmanlıq eposunda bu balıqlar bulud-
ları su yerinə içir, nəfəs aldıqca Yer üzünə qışda şaxtalı havanı, yayda isə 
bürküləri göndərirdilər. Balıqlar başlarını tərpədəndə Yer titrəyir, zəlzələ və 
subasmalar baş verirdi. Lakin nəhəng varlıqlar daim Tenqri xanın (Ülgenin) 
iradəsi altında idilər. Dünyanı bellərində daşıyan valıqlardan birinin başına 
keçirilmiş  kəməndin  ucu  Göydə,  baş  ilahinin  əlində  idi.  «Maaday  Kara» 
dastanında  deyilir: «
Yerin və Göyün qovuşduğu məkanda, yetmiş çayın 
mənbəyində, Toybodım (əski türkcə – «Doymayan») körfəzində, doxsan 
arşın dərinlikdə Yeri bellərində saxlayan iki nəhəng balıq yaşayır». Tan-
rıçılıq inancının təsəvvürlərinə əsasən, ruhlar dünyasının hakimi Erliyin (Yer 
xan) səltənəti yerin altında, qara suları olan dibsiz gölün qarşı tayındadır. 
Ölmüş insanların ruhları oraya çatmaq üçün at tükündən nazik olan körpünü 
keçməlidirlər.  Körpünü  isə  nəhəng  əjdaha-balıqlar  qoruyur.  Bu  rəvayətdə 
ruhlar dünyası haqqında Şumer əsatirinin və islam dinində Sirat körpüsü-
nün mötivləri aydın şəkildə hiss olunmaqdadır. Onu da xatırladaq ki, saka-
skiflərin tarixi Azərbaycan torpaqlarına yürüşlərindən sonra bu inanc midi-
yalılar arasında da geniş yayılmışdır. Erməni tarixçisi Movses Xorenatsi də 
Midiya dövlətinin sonuncu hökmdarı Astiaq (e.ə. 585-550-ci illər) haqqında 
yazarkən midiyalıların ilana (əjdahaya) sitayiş etdiklərini xüsusi qeyd etmiş-
dir. Tanınmış rus linqvisti, arxeoloqu İvan Meşaninov «Qafqazda və bəzi əski 
türk tayfalarının məskunlaşdığı Şimali Monqolustanda daş balıq heykəlləri 
– vişaplar» adlı məqaləsində həmin monumental abidələr arasında bənzərlik 
olduğunu qeyd edir.
91
  Maraqlı məqam budur ki, Altay və Mərkəzi Asiya-
da yaşayan türk xalqlarının «maral daşları» adlandırdıqları
 bu monumental 
abidələrə Azərbaycan, Anadolu və indiki Ermənistan ərazilərindən savayı, 
Gürcüstanda,  İranda  və  Şimali  Qafqazda  (Armavir,  Qızburun),  Rusiyanın 
91  
B.Мещанинов. «Каменные статуи рыб — вишапы на Кавказе и в Северной Монголии», Записки 
Коллегии Востоковедов, I, Ленинград, 1926


Damğalar, rəmzlər… mənimsəmələr
- 245 -
cənub hissəsində, Şərqi Sibirdə, Şərqi Qazaxıstanda, Qırğızıstanda, Monqo-
lustanda və s. rast gəlinir.
92
 Tuva Arxeologiya və Etnoqrafiya İnstitutunun 
professoru 
 və Tuva Hökuməti yanında Humanitar Tədqiqatlar İnstitutunun 
qocaman  əməkdaşı,  tanınmış  arxeoloq  və  etnoqraf  Monquş  Mannay
-ool 
kimi alimlər birmənalı olaraq, vişap/maral daşlarını Qafqaz və Altay-Sayan 
regionlarını vahid etnomədəni məkan çərçvəsində bir-birinə bağlayan skif-
Altay  mənşəli  monumental  əsərlər  olduqlarına  əmindirlər.Burada  erməni 
saxtakarlıqları  ilə  bağlı  bir  məqama  xüsusilə  toxunmaq  istərdik.  Belə  ki, 
erməni  mənbələrinə  istinadən,  Qərbi Azərbaycan, Anadolu  ərazilərindəki 
bütün meqalit abidələr – daş sütunlar məlum səbəblər üzündən «ajdaxak» 
(əjdaha),  «vişap»  adları  altında  birləşdirilərək,  «erməni  xalqının  maddi-
mədəni irsinin nümunələri», hətta «xristian abidələri» kimi təqdim olunur. 
Lakin bir sıra tədqiqatçılar,
 xüsusilə qədim region dövlətlərinin tarixi üzrə 
mütəxəssislər
 (onların arasında erməni alimləri də vardır) fərqli düşünürlər. 
Onların qənaətlərinə əsasən, «vişap» kəlməsi yalnız üfiqi vəziyyətdə qoyu-
lan balıq təsvirli qədim abidələrə şamil edilməlidir və «vişapların» erməni 
etnik mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. 
Daha bir sübut: Ermənilərin kollektiv yaddaşının təzahürü olan salnamə 
və  kilsə  ədəbiyyatında  insanlıq  iki  qismə  –  «nəcib  özününkülərə»  və 
«düşmən özgələrə» bölünür. Vaxtilə «əzabkeş xalqın» özünə əcdad saydı-
ğı mifik Haykı Babilistandan didərgin salan qəddar hökmdar Bel və digər 
mifik qəhrəmanın - Tiqranın döyüşdüyü «işğalçı» Midiya hökmdarı erməni 
rəvayətlərində «Əjdaha» adı ilə xatırlanır.
93
  Belə olan təqdirdə, ermənilərin 
«düşmən özgələrə» abidə ucaltmaları hansı məntiqə sığır?  Bundan başqa, 
vişaplarla  bağlı  əfsanələrə  «vişapsəng»  (farsca:  vişap  daşı)  deyilməsi  də 
bəzi qaranlıq mətləblərə işıq salır. Belə əfsanələrin birində «erməni» epik 
qəhəmanı 
ASLAN AĞA (!) insanlara ölməzlik bəxş etmək üçün əzazil vi-
şapların  hakimi  mələk  Cəbrayıl  (Qabriel  Xreştak)  ilə  vuruşur  və  məğlub 
olur. O da maraqlıdır ki, «Vişapsəng»in bu süjeti eynilə «Kitabi-Dədə Qor-
qud» eposundakı beşinci boyun qəhrəmanı Duxa Qoca oğlu Dəli Domrulun 
mələk Əzrayıl ilə görüşməsi və onunla ölüm-dirim savaşına çıxması süjetini 
heyrətamiz şəkildə xatırladır.
92  
Д.Савинов. «Оленные камни в культуре кочевников Евразии».// СПб: СПбГУ. 1994. 
93 
 «Армянская мифология», http://www.simbolarium.ru/simbolarium/sym-uk-cyr/cyr-a/ar/armian-mith.htm


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə