Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   89   90   91   92   93   94   95   96   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 239 -
çətinlik  çəkirlər.
79
  Akademik  Qriqor  Kapanyanın  fikrincə,  «qork»  kəlməsi 
Tunc  dövründə  yaşamış  xett  tayfalarına məxsusdur  və  erməni  dilinin lüğət 
tərkibinə XIII-XIV əsrlərdə daxil olmuşdur (?). Bu sözə ilk dəfə olaraq Qara-
bağ ərazisindəki erməni (oxu: alban) kilsəsinin 1242-1243-cü illərə aid divar 
yazılarında rast gəlinmişdir. Q.Kapanyan və ardıcılları onu «atın boynundan 
asılmış qotaz» anlamı verən «xett-erməni mənşəli» söz kimi qəbul etsələr də, 
bu kəlmənin birdən-birə erməni dilinə orta əsrlərdə və məhz Qarabağda nü-
fuz etməsinin səbəbləri, «qotazın» xalçalara aid olunmasının məntiqi izahı və 
etimologiyası barədə susurlar.
80
 Elə isə ermənilərin bu kəlməni Azərbaycan 
ərazisindəki  kilsə  divarlarındakı  yazıdan  götürmələri  və  nəfis  xalçala-
ra aid etmələri «linqvistik təsadüf» sayıla bilməz. Bu kəlmənin türk dilləri 
kontekstindən yozumu yenə də onu ortaq türk simvolizmi və sakral rəmzlərlə 
bağlayır, digər tərəfdən Qafqaz Albaniyasında hansı etnomədəniyyətin domi-
nant xarakter daşıdığını göstərir.
Bu  gün  yalnız  Azərbaycan  dilində  «görkəmli»,  «görkəm»  sözlərinin 
kökündə  dayanan  «görk»  (körk)  kəlməsi  ilkin  semantikasını  dəyişərək 
«fövqəlnümunə»,  «misal»  mənalarında  işlədilsə  də,  əski  türk  mifoloji 
təfəkküründə sakral xarakter daşımış, «Tanrının təcəssümü», «Tanrı rəmzi», 
«ilahi gözəllik», «Tanrıya xas olan keyfiyyətlər» anlamını vermişdir
Qədim 
türk  yazılı  mətnlərinə  əsasən,  bu  kəlmə  paralel  olaraq,  həm  də  daxili  və 
xarici gözəlliyin vəhdətini, mənəvi zənginliyi, ilahi keyfiyyətlərin insanda 
təzahürünü, sakral simvolizmi ifadə etmişdir.
 Fikrimizi tamamlamaq üçün 
SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun 1969-cu ildə nəşr etdirdi-
yi 
«Qədim türk sözləri lüğəti» kitabını vərəqləyək. Burada «körk» (görk, 
körg) sözünü dini təsəvvürlərlə bağlayın aşağıdakı yozumları verilmişdir:
 
«ilahi  obraz»,  «təsvir»,  «gözəllik».  Lüğətdə  misal  qismində  göstərilən 
cümlə həmin kəlmənin dini mahiyyət daşıdığını bir daha təsdiqləyir: 
«Me-
ninq körkümkə tapığ uduğ qılsun» («Qoy mənim təsvirimə tapınsın/səcdə 
etsin
»). Qədim türklərin «körk menqiz» ifadəsi isə «Tanrının təcəllası» an-
lamında  işlədilirdi.
81
  Yeri  gəlmişkən,  yuxarıda  adı  çəkilən  lüğətə  əsasən, 
«körk» sözündən yaranan «körkit»
82
 kəlməsi də qam-şamanlara aid olunmuş 
və «göstərən» anlamını vermişdir. Bu isə «Qorqud», «Korqut» antroponimi-
nin yeni yozum variantı kimi dəyərləndirilə bilər. 
79  «Армянско-русский словарь». Ереван: Издательство АН Армянской ССР, 1987.
80  «Этимология слов «карпет» (carpet) и «кали/хали» (kali/khali)», http://www.any-goods.ru/articlematerial1
81  «Древнетюркский словарь». Ленинград: «Наука»,1969.
82   Yenə orada.


Damğalar, rəmzlər… mənimsəmələr
- 240 -
Onu  da  vurğulayaq  ki,  dünyanın  ilk  monoteist  dinlərindən  sayılan  tan-
rıçılığı islam dininin ehkamları ilə bağlayan tellərdən biri də məhz «görk» 
sözüdür. Əgər islam dinində «Əsmaül-Hüsna» (Gözəl adlar) anlayışı Allah-
Təalanın  99  gözəl  sifətini  (əlamətlərini)  özündə  ehtiva  edirsə,  tanrıçılıqda 
bu  xassəni  «görk»  (görklü  üz)  kəlməsi  daşıyırdı. Təsadüfi  deyildir  ki,  türk 
xalqları islam dinini qəbul etdikdən sonra həmin ifadə əsas etibarilə Allah-
Təalaya şamil olunmağa başlanmışdır. «Kitabi-Dədə Qorqud» eposuna diqqət 
yetirək. Dastanda 95 yerdə işlədilən «görk» sözü 82 dəfə ilahi mahiyyəti, 13 
dəfə isə mənəvi və əxlaqi gözəlliyi, halallığı ifadə etmişdir. Məsələn, Rəbbə 
münasibətdə: 
«Ucalardan ucasan, kimsə bilməz necəsən, görklü Tanrı!»; 
«
Ucaltdığını  göyə  qaldıran    görklü  Tanrı!»;  «Cümlə  aləmləri  yaradan 
Allah-Tanrı  görklü».  Qurani-Kərimə  dair:  «Tanrı  elmi  Quran  görklü». 
Məkkəyə aid: «
Tanrı evi Məkkə görklü». Hz. Məhəmməd (s.ə.s.) barədə: 
«
Ağız açıb ögər olsam, üstümüzdə Tanrı görkü, Tanrı dostu, din sərvəri 
Məhəmməd görklü»«Adı görklü Məhəmmədə salavat gətirdilər»Bun-
dan  başqa,  «görklü»  sözü  Hz.Əliyə  (ə.s.),  Hz.  Əbubəkrə  (ə.s.),  Hz.Həsənə 
(ə.s.), Hz.Hüseynə (ə.s.), Həcc ziyarətinə, azana, sonra isə ataya, anaya, sa-
diq qardaşa, vəfalı ömür-gün yoldaşına, Günəşə, torpağa, suya aid edilmişdir. 
Misal üçün
«Daim axan görklü suyun qurumasın!»«Ulu oğluna, görklü 
gəlin getirdi»; «Ağız-dildən görklü salam verdi»«Görklü çəmənə çadır 
otaq tikdirdi»«Aydan-arı, Gündən görklü qız qardaşın Banuçiçək» və 
s.
83
 XIII-XIV əsrlərdə yaşamış sufi şair Yunus Əmrənin əsərlərində də «görk» 
kəlməsi  ilahi anlamda işlədilmişdir:
Salacamı götürdülər,
Müsallaya gətirdilər,
    
Görklü təkbir yetirdilər
      Allah sana sundum əlim.
84
 
Erməni dilində və etnomədəniyyətində yer alan «görk» anlayışı ilə əlaqəli 
daha bir mühüm məqama – «vişap» (su əjdəhası) anlayışına və «Vişapqork» 
xalçalarının adına da diqqət yetirək. Xatırladaq ki, ermənilərin «vişap» ad-
landırdıqları bu daş sütunlar, bir qayda olaraq, köçəri maldarların yaylaqla-
rında,  şirin  su  mənbələrinin  yaxınlığında  aşkar  olunmuşdur.  Suyun  qarşısı-
nı kəsən əjdəhalar və onları öldürərək əhalini və gözəl qızları zülmdən xilas 
83 
 «Kitabi-Dədə Qorqud, Əsl və sadələşdirilmiş mətnlər». Bakı: «Öndər», 2004.
84 
 http://hasturkce.blogspot.com/2013/05/gork-sozcugu-uzerine.html


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə