Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   94   95   96   97   98   99   100   101   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 251 -
və Dağıstanı açıq şəkildə «erməni xalqının tarixi etnomədəni məkanı» elan et-
mişdir. Belə ki, o, 1985-ci ildə Moskvada geniş tirajla rus və ingilis dillərində 
nəşr etdirdiyi «Erməni xalçaları» albomunda «kosmopolitizm» ideyalarını bir 
kənara qoyaraq bildirirdi: 
«Öz milli mədəni dəyərlərini yaradan ermənilər 
qonşu  xalqların incəsənətinə biganə qala bilməzdilər. Bu xalqlar (Ana-
dolu  və  Azərbaycan  türkləri,  gürcülər,  Qafqaz  xalqları  və  s.) 
təkcə  Şərqi 
Ermənistan torpaqlarında (Azərbaycan Respublikası əraziləri nəzərdə tu-
tulur)
 deyil, bütün Qafqazda – Tiflisdə, Qoridə, Kaxetiyanın kəndlərində, 
Dağıstanda, Şirvanda, Qazaxda da yaşayırdılar. Bu siyahıya erməni xal-
ça ustalarının çalışdığı Kiçik Asiyanın – Anadolunun ərazilərini də daxil 
etmək olar».
102
  
Milli  ənənə  xarakteri  almış  erməni  saxtakarlığının  mexanizmi  olduq-
ca  sadədir.  Əslində,  İncil  mətnlərini  istədikləri  kimi  dəyişən,  Hz.Musanı, 
Hz.İsanı, Misir fironlarını, Makedoniyalı İskəndəri, Spartakı, Ömər Xəyyamı, 
Leonardo  da  Vinçini,  Xristofor  Kolumbu  «etnik  erməni»  elan  edənlərdən 
orijinal  təbliğat  ssenarisi  gözəmək  çətindir.  Belə  ki,  ilk  mərhələdə  konk-
ret mövzu, məsələn, xalçaçılıq üzrə tarixi materiallar saxtalaşdırılır, sitatlar 
təhrif  olunur,  elmə  məlum  olmayan  «qədim  salnaməçilər»,  «müasir  Qərb 
tədqiqatçıları»  və  onların  erməni  xalçalarından  bəhs  edən  əsərləri  uyduru-
lur və s. Daha sonra bu materiallar akademik nəşrlər səviyyəsində əvvəlcə 
Ermənistan  çərçivəsində  elmi  dövriyyəyə  buraxılaraq,  onların  ictimai  rəyə 
təsir imkanları sınaqdan çıxarılır. İkinci mərhələdə isə muzdla tutulan xari-
ci  müəlliflər  vasitəsilə  həmin  saxtakarlıq  nümunələrinə  istinad  edilən  fun-
damental nəşrlər işıq üzü görür, elmi tədqiqatlar aparılır. Məsələn, moskvalı 
tədqiqatçı Yelena Larinanın M.Lomonosov adına Moskva Dövlət Universi-
tetinin tarix fakültəsinin qərarı ilə 2007-ci ildə çap etdirdiyi «Rusiya impe-
riyası xalqlarının xalçaçılıq sənəti» adlı kitabı erməni saxtakarlığının «aka-
demik  nəşr»  adı  altında  gizləldilməsinin  və  «Qafqazda  tarixən  dominant 
mövqe tutmuş erməni mədəniyyətinin» təbliğinin bariz nümunəsidir. Onu da 
vurğulayaq ki, erməni alimlərinin yazı və araşdırma üslubunun aydın şəkildə 
hiss olunduğu bu əsərdə heç də Rusiya imperiyasının deyil, məhz SSRİ-nin 
tərkibində  olan  xalqların  xalçaçılıq  sənətindən  bəhs  edilir.  Sovet  dövrünə 
nostalji hissi ilə yazılan kitabda «erməni xalqının və erməni xalça sənətinin 
Azərbaycan  mədəniyyətinə  əhəmiyyətli  təsirinə»  geniş  yer  verilmiş  və  bu, 
xalçaçılıqla məşğul olan ərazilərdə ermənilərin sayca üstünlüyü ilə izah edil-
mişdir. Kitaba erməni təsirini təsdiqləyən məqamlardan biri də Ermənistanda 
102  
М.Казарян. «Армянские ковры».  Москва: «Советский художник», 1985.


Damğalar, rəmzlər… mənimsəmələr
- 252 -
tarixən azərbaycanlıların yaşaması və xalçaçılıqla məşğul olmaları, İrəvan və 
Qarabağ xalçaçılıq məktəbləri barədə müəllifin təkidlə susması, Ermənistanda 
ötən əsrin 90-cı illərindən sonra dəyişən toponimlərin verilməsi, əvəzində isə 
Azərbaycanın bölgələrinin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların 
məskunlaşdıqları kəndlərin adlarının və yerləşdiyi məkanların ciddi şəkildə 
təhrif edilməsi, elmi istinad kimi M.Kazaryanın əsərlərinin göstərilməsidir. 
Y.Larinanın qənaətinə görə, Gəncə və Kirovabad, Samux və Xanlar fərqli şəhər 
və  bölgələrdir.  Faxralı  kəndi,  sən  demə,  Gürcüstanda  deyil, Azərbaycanda, 
Gəncə yaxınlığında yerləşir. Kirovabad isə Dağlıq Qarabağ ərazisindədir. Fax-
ralı, Qaraçöp (Gürcüstan), Şuşanın Malıbəyli kəndi, Bərdə, Quba, Şəki, Nax-
çıvan, Culfa, Şahbuz rayonlarında əsasən ermənilər yaşayırlar. Azərbaycanda 
Qaryagin (indiki Füzuli rayonu), Nuxa (Şəki), Mirbəşir (Tərtər), Şaumyan və 
Qasım İsmayılov (Goranboy), Şamxor, Səfərəliyev rayonları hələ də qalmaq-
dadır və s. Yelena Larina bunlarla kifayətlənməmiş, üzərində ortaq türk damğa 
işarələri və rəmzləri 
 
 
      
   
  , hətta Qaraqoyunlu 
dövlətinin rəmzi   olan və XIX əsrə aid edilən xovlu
 İrəvan xalçalarını «Se-
van» adı altında «erməni etnik sənət nümunələri» kimi göstərmişdir. 
        Manya  Kazaryanın  «Erməni  xalçaları»  kitabı  Azərbaycan  milli 
mədəniyyət  nümunələrinin  mənimsənilməsinə  yönəldilən  təbliğat  vasitəsi 
olmaqla yanaşı, həm də plagiatın, sərsəm millətçiliyin elmə təcavüzünün və 
saxtakarlığın parlaq nümunəsi sayıla bilər. Müqayisəli təhlil göstərdi ki, bura-
dakı sitat və fotoşəkillərin, elmi qənaətlərin, xalça illüstrasiyalarının bir çoxu 
dünya  şöhrətli  xalçaçı-alim  və  ekpert,  professor  Lətif  Kərimovun  1983-cü 
ildə nəşr olunmuş «Azərbaycan xalçaları» kitabından götürülmüşdür. Lakin 
Manya Kazaryan erməni alimi olduğunu unutmamış, plagiatlığa da yaradıcı-
lıqla yanaşmış, Azərbaycan xalçalarının adlarını, etnik və regional mənşəyini, 
bir  çox  yerdə  isə  L.Kərimovun  fikirlərini  saxlamaqla  «Azərbaycan»  və 
«azərbaycanlılar»  sözlərini  «Ermənistan»  və  «ermənilərlə»  kəlmələrinə 
dəyişməkdən, «Xətayi» xalçasından fraqmenti kitabın üz qabığına çıxartmaq-
dan utanmamış, orta əsr salnaməçilərinin qeydlərini ciddi redaktə etmiş, hətta 
iddialarını nə yolla olursa-olsun əsaslandırmaq üçün heç vaxt mövcud olma-
yan ərəb səyyahlarını dünyaya gətirmişdir. 
Saxtakarlığa  əyani  misal  qismində  aşağıdakı  xalça  illüstasiyalarını 
göstərmək olar. Gəncə-Qazax xalçaçılıq sənətinin nümunəsi olan Qaraqoyun-
lu xalçası
 (XV əsr) «Erməni xalçaları» kitabında «Marbi» (guya həmin xalça 
vaxtilə isveçin Marbi kəndindəki kilsədə tapılmışdır) adı altında daxil edilsə 
də, müəllif onun süjetini nə erməni mifologiyası, nə də «erməni simvolizmi» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə