Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   106   107   108   109   110   111   112   113   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 278 -
siyasi maraqların girovu olan subyektiv ideoloji vasitəyə çevrilir.  
Həqiqətən də, tarix vicdanlı alimlərin axtardıqları irfani yoldur. Onun da 
öz «övliyaları»«pirləri», hətta «iblisləri» var. «Nəzarətdən çıxan», saxta-
laşdır
ılan  tarix  isə  məkrli  siyasətçilərin  əlində  təsirli  silahıdır.  Rusiya  və 
Ermənistanda isə bu silah Azərbaycanın tarixi torpaqlarına iddiaların formalaş-
masına, o cümlədən Qafqaz Albaniyasının maddi-mənəvi irsinin, dövlətçilik 
ənənələrinin mənimsənilməsinə yönəldilmişdir. Şərti olaraq «Qafqaz Alba-
niyası
» adlandırılan dövlət eramızdan əvvəl təqribən IV-III əsrlərdən eramı-
zın VIII əsrinədək tarixi Azərbaycan ərazilərində mövcud olmuş və müasir 
Ermənistan Respublikasını, Gürcüstanın və Dağıstanın cənub hissələrini əhatə 
etmişdir.  Qafqaz  Albaniyasının
  etnik  mənsubiyyəti  və  inancları  ətrafında 
müzakirələr bu gün obyektiv elmi araşdırma çərçivəsindən kənara çıxaraq, 
geosiyasi və etnosiyasi maraqlar səviyyəsinə qalxmışdır. Bu günün geosiyasi 
reallıqları bu mövzunun həm də xarici qüvvələrin əlində Azərbaycana qarşı 
separatçılıq və əsassız ərazi iddialarının ödənilməsi vasitəsi olduğunu göstərir. 
Antik  tarixçi  Strabonun  məlumatına  görə,  Qafqaz Albaniyasının  əhalisi  26 
dildə danışan tayfalardan ibarət idi. Eramızın ilk əsrlərindən başlayaraq, sa-
sani hökmdarlarının göstərişi ilə əraziyə bir sıra irandilli tayfalar köçürülmüş 
və elə həmin ərəfədə isə şimaldan - Dərbənd keçidindən hunların, subarların, 
xəzərlərin, barsillərin və digər türkdilli xalq və tayfaların cənuba doğru növbəti 
miqrasiyası başlanmışdır. Xüsusən də, döyüşkən subar (suvar) tayfaları Al-
baniyanın içərilərinə doğru irəliləyərək, onun qədim paytaxtı Qəbələ şəhəri 
ətrafında məskunlaşmışdılar. Buna görə də ilkin orta əsrlərə aid mənbələrdə 
bu şəhər «Qəbələ-Subar» da adlandırılırdı. Ərəblərin regiona yürüşünə qədər 
ölkə əhalisi üç etnik qrupdan – türkdilli, qafqazdilli və irandilli əhalidən ibarət 
idi. Buna baxmayaraq, S.Yeremyan, A.Mnasatakanyan, A.Babaxanyan kimi 
erməni tarixçilərinin iddialarına görə, guya V əsrin sonlarından etibarən ölkə 
əhalisinin böyük hissəsi erməniləşmiş, «işğalçı türk tayfaları» isə Qafqaza və 
Cənubi Qafqaza ən yaxşı halda VIII əsrdə ayaq basmışlar. 
Əbülqazi Bahadur xan Xivəli «Şəcərəyi-Tərakimə» əsərində (1660-cı il) 
yazırdı: «
Oğuz xan dövründən Çingiz xan zamanına kimi Tın (Don), İdil 
(İtil, Volqa) 
və Yaik çayları arasında yerləşən Qıpçaq ölkəsindən başqa 
diyar yox idi. Onlar bu ölkədə dörd min il yaşamışlar. Buna görə də bu 
torpaq «Dəşti-Qıpçaq» (Qıpçaq çölü) adlanır»Bir sıra qədim və orta əsr 
müəlliflərinin əsərlərində, o cümlədən Fəzlullah Rəşidəddinin «Oğuznamə»,
 
Müslihiddin Larinin 1566-cı ildə qələmə aldığı «Miratül-Ədvar və Mürkatül 
Əxbar» salnamələrində qədim türklərin sasanilərdən təqribən bir əsr əvvəl (177-


Damğalar, rəmzlər… mənimsəmələr
- 279 -
ci il) Qafqazda, eləcə də Dərbənd və Dərbənd ətrafında məskunlaşmasından 
bəhs olunur.
142
 
Ermənistanın və Rusiyanın bəzi siyasi dairələrinin fitvası ilə hərəkət edən 
Dağıstan  separatçıları  isə  arqumentsiz-filansız  Qafqaz  Albaniyasını  «mü-
asir  Rusiyanın  tarixi  torpaqları»  kimi  görmək  niyyətindədirlər.  Məsələn, 
erməni «tarixçiləri» Vladimir Barxudaryan və Suren Ayvazyan həyasızcasına 
Azərbaycanı «ermənilərə aid olan tarixi faktları siyasi məqsədlər naminə sax-
talaşdırmaqda»  ittiham  edirlər.  Qafqaz Albaniyası  ətrafında  mübahisələrdə 
özünə  yer  edən  və  Rusiyada  etnik  separatizmi  və Azərbaycana  qarşı  ərazi 
iddialarını  rəsmi  dövlət  səviyyəsinə  qaldıran  «Federal  Ləzgi  Milli-Mədəni 
Muxtariyyətı» adlı qondarma qurumun təşəbbüsü ilə 2008-ci ilin may ayında 
Moskvada «Qafqaz Albaniyası və ləzgidilli xalqlar (kursiv bizimdir – A.Q.): 
tarixi-mədəni irs və müasirlik» mövzusunda beynəlxalq konfrans keçirilmiş-
dir. Rusiyanın Regionların İnkişafı və Xarici İşlər nazirliklərinin, Dövlət Du-
masının və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən və 
siyasi təyinatını gizlətməyən bu psevdoelmi tədbir, əslində, Azərbaycana qarşı 
ərazi iddialarının təkcə Ermənistan tərəfindən dəstəklənmədiyini açıq şəkildə 
göstərir.  Lakin  hər  iki  separatçı  qrup  arasındakı  simbiozun  özü  də  şərtidir. 
Misal üçün, Rusiyadakı ləzgi separatçıları Qafqaz Albaniyasının ərazilərini 
tarixdə mövcud olmayan və XXI əsrin antiazərbaycan yönümlü geosiyasi id-
dialarının nəticəsində dövriyyəyə buraxılan qondarma «Ləzgistan dövləti»nin 
şəriksiz «tarixi əraziləri» hesab edirlər. Ermənilər isə öz növbələrində Qaf-
qaz Albaniyasını uydurma «Böyük Ermənistan»ın bir parçası olmasına, bu-
radakı maddi-mənəvi irsin şəriksiz erməniləşdirilməsinə iddialıdırlar. Lakin 
bu sərsəm ideya müəllifləri Azərbaycan əleyhinə istənilən kampaniyada bir 
araya gələn kimi müvəqqəti atəşkəs elan edir, «ortaq məxrəc» tapmağa çalı-
şır və Qafqaz Albaniyasını «tarixdə erməni-ləzgi dövlətçiliyinin nümunəsi» 
qismində tanıtmağa çalışırlar. Bu yerdə ixtisasca yarımçıq fizik olan psevdo-
albanşünas, millətçilik hissləri paranoya xarakteri almış Hacı Abdurəhimovun 
«Qafqaz  Albaniyası-Ləzgistan:  tarix  və  müasirlik»  adlı  «monoqrafiyasını» 
(Dağıstan Dövlət Universiteti nəşriyyatı, 1995-ci il) xatırlamaq yerinə düşər. 
Suren Ayvazyan və Zori Balayanın üslubu ilə yazılan kağız yığnağında heç 
bir tarixi fakta və maddi sübutlara söykənmədən Qafqaz Albaniyası dövlətinin 
yaranması,  maddi-mədəni  irsi,  hətta  əlifbası  yalnız  «ləzgi  tayfalarının»  adı 
ilə  bağlanır,  Bakıya,  Şamaxıya,  Şəki  və  Qəbələyə,  Qusara  ərazi  iddiaları 
edilir,  Nizami  Gəncəvi, Abbasqulu  ağa  Bakıxanov,  Uzeyir  Hacıbəyov  «et-
142    К.Алиев. «Кипчаки на Кавказе до и после нашей эры», газета «Ёлдаш/Времена», 28-03-2008


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə