Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   109   110   111   112   113   114   115   116   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 284 -
ziyanın (Cənubi Qafqazın) ən qədim dövlətlərindən biridir. Burada müxtəlif 
tayfa və xalqlar, o cümlədən albanlar yaşamışlar və müasir azərbaycanlılar bu 
qədim əhalinin sələfləridirlər. Bunu Qafqaz Albaniyasına, türkdilli xalqlara, o 
cümlədən Azərbaycanlılara məxsus olan ortaq damğa işarələri də təsdiqləyir. 
Bu səbəbdən bəzi Rusiya tədqiqatçıları Dərbənd şəhərinin tarixini lokallaşdı-
raraq, yalnız Qafqaz Albaniyasının xristianlıq dövrü ilə məhdudlaşdırır, bu-
rada aşkar olunan qədim damğa işarələrinin və rəmzlərinin semantikasını ya 
İsa Məsih dini çərçivəsində yozur, ya da  onların irandilli və ya qafqazdilli 
xalqlara məxsus olduqlarını iddia edirlər. Bu iddialar Dərbənd qala divarların-
dakı, o cümlədən Qiyamət qapısı üzərindəki damğa işarələrini də   
 
 
əhatə edir. Kumık alimi Kamil Əliyev Dağıstan ərazisindəki türk damğalarına 
həsr olunmuş məqaləsində həmin işarələrə toxunarkən onların analoqlarına 
Şimali Qafqazdakı Macar şəhəri (XIII—XVI əsrlər, Qızıl Orda) xarabalıqların-
da da rast gəlindiyini bildirir. Bu damğanın türk mənşəli olmasını təsdiqləyən 
faktlar onların çoxsaylı nümunələrinin Mərkəzi Asiya xalqları 
     ,
150
 
Polşa-Litva tatarları 
,
151
 Şimali Qafqazdakı qaraçaylar  , balkarlar  ,
152
 
noqaylar  ,
153
 Kazan tatarları 
154
 arasında daha geniş yayılması, hətta Qı-
zıl Ordanın sikkələri üzərində 
155
 həkk edilməsidir. 
Tanınmış tarixçi Kamilla Trever yazırdı ki, «
Birmənalı olaraq, Albaniya-
nın ilk hökmdarları yerli zadəganların, güclü tayfa başçılarının içərisindən 
çıxmışlar».
156
 Diqqət çəkən məqamlardan biri Qafqaz Albaniyasında əlifba 
islahatı aparan hökmdar Asvagenin (IV əsrin sonu, V əsrin əvvəlləri) damğa 
işarəsi 
 vasitəsilə onun etnik kökəninə müəyyən aydınlıq gətirilməsinin 
mümkünlüyüdür. Ortaq türk damğaları içərisində ilkin olaraq «aybulat» (Ay-
polad, Ay qılıncı, hilal, Qərb və rus mənbələrində «Ay arabası») kimi tanı-
nan bu işarənin digər variantları, məsələn, damğada hilalın bədirlənmiş Ayla 
və ya Günəşlə əvəz oluması     Qızıl Orda dövlətinin və Krım xanlığının 
metal sikkələri üzərində yer almışdır. Dağıstan Respublikası Arxeologiya və 
Etnoqrafiya İnstitutunun əməkdaşı Murtazəli Hacıyev möhürdə həmin damğa 
ətrafındakı yazıları «Azvahen Aran şah» (Azvahen Aranın/Albaniyanın şahı) 
150
  Е.Ямаева. «Родовые тамги алтайских тюрок (XIX-XX вв.)». Горно-Алтайск, 2004.
151
  Я.Гришин. «Польско-литовские татары (Наследники Золотой Орды). Казань, 1995.
152
  Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик, 1993.
153
  А.-X. Щ. Джанибеков, «Очерки по истории ногайцев», 1935 г., Архив Даг. НИИЯЛ
154
  http://kazan-tatar.narod.ru/tamga.htm
155
  «Монеты Золотой Орды и Крымского ханства», Одесский музей нумизматики,  http://www.
museum.com.ua
156
  К.Тревер.  «Очерки по истории и культуре Кавказской Албании. IV в. до н. э. – VII в. н. э.». 
М. – Л., 1959.


Damğalar, rəmzlər… mənimsəmələr
- 285 -
kimi oxumuşdur.
157
 Bu rəmzin prototiplərinə və bənzərlərinə Qobustan 
,
158
 
Qərbi Azərbaycan  
,
159
 sarmat 

160
 Bolqarıstan ərazisindəki türk 
,
161
  Krım  tatarları 
,
162
  qaraçay 
,
163
 Altay 
  damğa  nişanları  arasın-
da rast gəlirik. Maraqlıdır ki, tarixşünaslıqda Asvagen Arşakilər sülaləsinin 
nümayəndəsi kimi tanınsa da,  həmin  sülalənin rəmzləri arasında         
 
  bu işarə yoxdur. Lakin Sasani xanədanının son dövrlərinə aid olan və 
Turanla etnomədəni inteqrasiya, xüsusilə Qafqaza və Cənubi Qafqaza gəlib 
çatan ağ hunlarla (eftalitlər, abdallar) hərbi-siyasi təmaslar nəticəsində bura-
da yayılan türk tanınma-fərqləndirmə nişanları sırasında Aybulat işarəsinə də 
   
 
  təsadüf edirik.
164
 
   
   
Ardıcıllıqla: Eramızın birinci əsrinə aid Xarəzm mis sikkəsində
Aybalta işarəsi (sxematik təsvir).
165
 Qafqaz Albaniyası hökmdarı Asvageninmöhürü və 
Abdal  şahı (xaqanı) Lahanın sikkəsi üzərində Aybulat   damğası.
Analoji hal kimi onu da misal çəkə bilərik ki, sasanilərin son hökmdarların-
dan olan II Xosrov Pərvizin (591-628-ci illərdə hakimiyyətdə olmuşdur) dam-
ğası da qədim türklərin «and» işarəsi 
 olmuşdur. S.Yasenko sasani dam-
ğaları təsnifatına sonradan daxil olmuş bu rəmzin etnik mənşəyinin fərqinə 
157
  М. С. Гаджиев. «Гемма-печать царя Албании Асвагена», Вестник древней истории. – 2003.
158
  M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı, 2009.
159
  Г.Ваганян, В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, 2006. 
160
 Л. Лавров. «Кавказские тамги» // Историко-этнографические очерки Кавказа. Л.,1978, 
161
  Э.Триярский. «Тамги тюркских племен Болгарии» // UAJG. 47 (1975),
162
  О.Акчокраклы. «Татарские тамги в Крыму», http://crimeantatars.com
163
  Н.Будаев. «Западные тюрки в странах Востока», http://buday.narod.ru.
164
  С. Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья», 
Российская Академия Наук, Москва Издательская фирма ”Восточная литература”, РАН 2001.
165
  Б.Вайнберг. «Монеты древнего Хорезма». Москва, 1977.


Damğalar, rəmzlər… mənimsəmələr
- 286 -
varmadan onu «olduqca nadir damğa tipi» adlandırmışdır.
166
 Məlumdur ki, sa-
sani ordusunun aparıcı hissəsi «eftalitlər» və «abdallar» adlandırılan ağ hun-
lardan ibarət olmuşdur. Eftalit-abdalların damğa işarələrindən biri isə Aybulat 
  rəmzi olmuşdur. Dünyanın bir sıra nüfuzlu şərqşünasları və türkoloq-
ları, o cümlədən Mançestr Universitetinin professoru Eduard Parker eftalit/
abdalların birmənalı olaraq qədim türk tayfalarından biri olduğunu bildirir.
167
 
Abdallar eramızın IV-VI  əsrlərində güclü tayfalar ittifaqı yaradaraq, Mərkəzi 
Asiyanı, Əfqanıstanı və Hindistanın şimal hissələrini əhatə edən güclü dövlət 
qurmuş, dəfələrlə sasani ordularını ağır məğlubiyyətə uğratmış, Ərəb xilafətinə 
qarşı döyüşmüş, hakim sülalələr qurmuşlar. Sonralar onların bir hissəsi Ön və 
Mərkəzi Asiya tarixində «xələclər» adı ilə qalmışdır. Məsələn, Səfəvilər dövrü 
tarixçilərinin görkəmli nümayəndələrindən olan İsgəndər bəy Münşi 1629-cu 
ildə tamamladığı «Tarixi-aləm-arayi Abbasi» əsərində yazırdı: «
Şamlı elinin 
abdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın 
yerinə Xorasan bəylərbəyidir». Yeri gəlmişkən, tarixi Azərbaycan torpaq-
larında, o cümlədən Şimali və Cənubi Azərbaycanda, Qərbi Azərbaycanda, 
Gürcüstanda, Qafqazda, Anadoluda «abdal» etnonimi ilə əlaqəli toponimlər 
çoxdur. Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda «Abdal» adı ilə çay, 
Orbubadda dağ, Oğuz, Qubadlı və Ağdam bölgələrində kəndlər vardır. Bun-
dan başqa, Laçın rayonunun keçmiş adı «Abdallar» olmuşdur. Belə olduğu 
halda, Rusiyanın və Ermənistanın müəyyən dairələri tərəfindən idarə olunan 
separatçı «Federal Ləzgi Milli Mədəni Muxtariyyəti» təşkilatının abdallar tay-
fasının damğa işarəsini öz bayrağı üzərində yerləşdirməsi absurd, lakin izah 
olunan  hərəkətdir. Axı,  Qafqazın  və  Cənubi  Qafqazın  qədim  fərqləndirmə-
tanınma  nişanları  təsnifatlarında  «ləzgi  damğaları»  anlayışı  yoxdur.  Digər 
tərəfdən, Dağıstan ərazisində bu damğaların ən çox yayıldığı Dərbənd şəhərinə 
ləzgilərin kütləvi köçü yalnız XIX əsrin sonlarına təsadüf edir.       
Qafqaz Albaniyası  ərazisində  geniş  yayılan,  vaxtilə  Hun  imperiyasında 
hakim  zümrənin, Atillanın  da  mənsub  oduğu  dulo  tayfasının  etnik  damğa 
işarələrindən olan     və onların müxtəlif variantları Xəzər dənizinin qar-
şı tayında - Mərkəzi Asiyada da «alban» adı ilə yayılmışdır. Burada həmin 
damğanın  daşıyıcıları  isə  çoxsaylı  və  nüfuzlu  alban-suan  tayfasıdır.  Oljas 
Süleymenov «alban-suan» etnonimini «alban-suvar», daha doğrusu, «Alba-
niya  suvarları»  ifadəsinin  qazax  dilinə  uyğunlaşdırılmış  variantı  olmasının 
166
 Yenə orada.
167
  Е.Паркер. «Тысяча лет из истории татар»,  http://www.mirzayanov.com/images/TisjachaletfFebr14.pdf


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə