Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   112   113   114   115   116   117   118   119   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 293 -
dağıstandilli xalqların yaşaması, sonralar isə Qafqaza miqrasiya etməsi» 
bildirilir.
 Qeyd edilir ki, «Belə bir mülahizə yürütmək olar ki, ləzgilərin, 
və  irandillilərin  -  talışların,  giləklərin  və  kürdlərin  etnogenezi  eyni 
ərazidə (Cənubi Azərbaycanda) formalaşmışdır».
177
 Halbuki, vaxtılə SSRİ 
ərazisində xəzərşünaslıq elminin təməlini qoymuş alim, Ermitaj Muzeyinin 
direktoru
 işləmiş professor Mixail Artomonov hələ 1946-cı ildə dərc etdirdiyi 
«Qədim Dərbənd» məqaləsində qala divarlarındakı işarələrin mənşəyinə dair 
münaqişələrə son qoymaq məqsədilə yazırdı:
 «Xəzərlərin Dərbənd şəhərinə 
hakim olduqları dövrlərin abidəsi olaraq qala divarlarının hörgü daşları 
üzərindəki çoxsaylı işarə və təsvirləri göstərmək olar. Bu işarələr Sarkel 
(Don  çayının  sol  sahilində  xəzərlərin  qala-şəhəri),
  Mayask  (IX-X  əsrlərdə 
indiki  Voronej  vilayətində,  Don  və  Tixaya  Sosna  çaylarının  mənsəbində 
qədim türk tayfalarının arxeoloji mədəniyyət abidəsi)  
və Bolqarıstandakı 
Aboba-Pliske (təməli Asparux xan tərəfindən qoyulan və 681-ci ildən 893-
cü  ilədək  paytaxt  olan  yaşayış  məntəqəsi)
  şəhərlərindəki  işarələrin  tam 
bənzəridir».
178
  
Yuxarıda  adı  çəkilən  professor  Murtazəli  Hacıyev  2009-cu  ildə Tiflisdə 
«Qafqazın  arxeologiyası,  etnologiyası  və  folkloru»  mövzusunda  keçirilmiş 
beynəlxalq  konfransda  çıxış  edərək,  Dərbənd  şəhərinin  müdafiə  tikililəri 
üzərində  eramızın  VI  əsrinə  aid  500-dən  çox  işarənin  müəyyən  edildiyi-
ni  bildirmişdir.  M.Hacıyev  bu  nişanların  semantikasını,  analoqlarını,  etnik 
mənşəyini araşdırmadan, bəlkə də, bundan məqsədli şəkildə yayınaraq, on-
ları  «
eramızın  568-569-cu  illərində  Dərbənd  qalasında  aparılan  inşaat 
işlərində  çalışan  atəşpərəst  bənnaların  rəmzləri»  kimi  təqdim  etmişdir. 
Üstəlik,  qədim  saka-skiflərdə,  hunlarda,  xəzərlərdə,  oğuz  və  qıpçaqlarda 
«and»  kimi  tanınan,  hətta  Əmir Teymurun  dövlət  rəmzi  olan  damğanın  da 
  (Dərbənd  daşlarında  onun  on  üç  təsviri  aşkar  olunmuşdur
məlum etnik mənsubiyyəti üzərindən sükutla keçərək, həmin işarəni Qafqaz-
da «buddistlərin üç nöqtə simvolu» (!), «üç disk nişanı» (?) adlandırmışdır. 
Bundan başqa, o, qədim türklərdə «ama», «abak» damğasını 
 «sasanilərin 
mehranilik  dininin  rəmzi»,  «Ay-Günəş»  və  ya  «Ay-Ulduz»  işarəsini 
 
 isə «İranın qədim dini-dövlətçilik atributu» kimi qələmə vermişdir.
179
 
177
  «Иранско-дагестанские исторические связи», http://voprosik.net/iransko-dagestanskie-istoriches-
kie-svyazi/
178
  М.Артомонов. «Древний Дербент». // «Советская археология»,VIII, 1946
179  
М. Гаджиев. «К выделению и интерпретации зороастрийских символов в знаковой системе 
Дербента середины VI века». Международная научная конференция «Археология, этнология, 
фольклористика Кавказа» Сборник кратких содержаний докладов Тбилиси, 25-27 июня 2009


Damğalar, rəmzlər… mənimsəmələr
- 294 -
Səfəvi dövlətinə aid üzlüklü (niqablı) dəbilqənin «işıq» adlanan
 alın hissəsində üzərində  «Ay-Günəş» (Ay-Ulduz) 
 işarəsi.
Dərbənd  işarələrini  cidd-cəhdlə  «atəşpərəst  irandillilərin»  adına  çı-
xaran  professor  Murtazəli  Hacıyevin  tədqiqatlarında  daha  dörd  yanlışlığı 
diqqətə çatdıraq. Birincisi, müəllifin guya keçmiş dövrlərdə Dərbənd qala-
sının tikintisində çalışan bənnaların hörgü daşlarına fərdi nişanlarını həkk 
etdirmələri  barədə  mülahizələri  normal  məntiqə  sığmır.  Çünki  divar  hör-
güsü ilə məşğul olan bənnanın daş blokları və ya bişmiş kərpicləri bir-bir 
işarələməsi lüzumsuzdur. Bu barədə iki fərziyyə irəli sürmək olar. Əvvəla, 
yaxşı  məlumdur  ki,  keçmiş  dövrlərdə  genişmiqyaslı  tikintilər,  məsələn, 
müdafiə  istehkamlarının  inşası  zamanı  hökmdar  (xaqan,  xan,  şah)  vas-
sal tayfaların üzərinə xüsusi vergilər qoyurdu. Onlar inşaat meydançasını 
fasiləsiz  olaraq  müəyyən  miqdarda  tikinti  materialları,  o  cümlədən  hörgü 
daşları ilə təmin etməli idilər. Böyük ehtimalla bu işarələr həmin tayfala-
ra məxsus tanınma-fərqləndirmə nişanlarıdır. Digər fərziyyə isə bu nişan-
ların  daşkəsənlərə  məxsus  olmasıdır.  İkincisi,  M.Hacıyevin  təqdim  etdi-
yi təsvirlərdəki «500-dən çox qədim işarə», əslində, təqribən 100-dən bir 
qədər çox etnik damğanın müxtəlif tərəflərdən çəkilmiş variantları, eləcə də 
Göytürk və uyğur əlifbası qrafemləridir. Üçüncüsü, müəllifin təqdim etdi-
yi yüzlərlə damğa nişanları arasında nədənsə irandilli xalqların - parfların, 


Damğalar, rəmzlər… mənimsəmələr
- 295 -
sasanilərin nişanlarına qətiyyən rast gəlmirik. Əvəzində isə damğa işarələri 
üzrə tanınmış mütəxəssislərin – İ.Baskenin, E.Triyarskinin, L.Lavrovun və 
başqalarının  təsnifatlarına  əsasən,  qədim  türk  xalqlarının  etnik  tanınma-
fərqləndirmə nişanlarını görürük.       
Dördüncü  «yanlışlıq».  Hind-Avropa  meyilli  Ermənistan  və  Rusiya 
alimlərinin təcrübəsi göstərir ki, damğa işarələrinin, rəmzlərin təhrif olun-
masının, etnik, regional mənsubiyyətinin məqsədli şəkildə gizlədilməsinin 
ən  sadə  və  çox  işlənən  üsulu  onları  tamamilə  fərqli  rakusda  -  üfüqi,  tərs 
vəziyyətdə,  müəyyən  seqmentləri  silinmiş  şəkildə  təqdim  edilməsidir.  Bu 
üsul təkcə Qərbi Azərbaycandakı Göyçə, Geğam, Abaran, Dəvəboynu qa-
yaüstü yazılarına dair materiallarda deyil, Dərbənd işarələrinin təsnifatında 
da özünü qabarıq büruzə verir. Təəssüf ki, M.Hayıyevin araşdırmalarında 
da bu arzuolunmaz üsul özünü  göstərir. Misal üçün: Dərbənd qala divar-
larının  daşlarına  həkk  olunan  və  oğuzların  əfşar  tayfasına  aid  edilən   
damğasının, Göytürk əlifbasındakı            və s. qrafemlərinin tərs 
çevrilərək  «atəşpərəst  işarələrinə»  transformasiya  olunması     
 
 
 
 
  onların  semantikasının  müəyyənləşdirilməsini  çətinləşdirsə 
də,  məhz  türk  tanınma-fərqləndirmə  işarələrinin  saxtakarlığa  dayanıqlığı 
üzündən bu təcrübə özünü doğrultmaşdır. Belə ki, M.Hacıyevin təsnifatında 
qədim türklərin spesifik damğalarından olan «yay-ox» işarəsinin   müxtəlif 
istiqamətlərə  çevrilməsinə,  onların  semantikasının  dəyişməsinə  baxmaya-
raq, yenə də etnik türk damğası 
 
 (daraq damğa) olaraq qalmaqdadır. 
Bu hal 
 «bitik»  və 
«qalxan», 
 «beşik» və   «qapı»,   «qarmaq» 
və   «kösöv» kimi işarələrə də aiddir. Bundan başqa, M.Hacıyevin çoxsaylı 
nöqtələrdən ibarət fraqmentləri 
 
    
    
 
 
   və 
s. «sakral rəmz» nümunələri kimi tanıtmaq cəhdləri də heç bir elmi əsasa 
söykənmir. Belə işarələr nə Qafqaz xalqlarında, nə saka-skiflərdə, nə də türk 
tayfalarında, sarmatlarda,  sasanilərdə və parflarda vardır. Doğrudur, Göy-
türk əlifbasında sözləri bir-birindən ayırmaq məqsədilə qoşa nöqtələrdən   
istifadə olunmuşdur. Lakin Dərbənd işarələrindəki nöqtələrin sistemsizliyi 
belə bir fikir yürütməyə əsas verir ki, M.Hacıyev qala daşları üzərində ərəb 
qrafikası ilə yazılan (kufi xətti) və zaman keçdikcə bir hissəsi silinən mətn 
işarələrinin  –  qrafemlərin  salamat  hissələrini  damğa  nişanları  kimi  qəbul 
etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə