Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   111   112   113   114   115   116   117   118   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 290 -
nınmış araşdırmaçısı, professor Bahəddin Ögəl 
«Türk mədəniyyəti tarixinə 
giriş
»  əsərində  Mərkəzi Asiyada, Altaylarda  aşkar  olunmuş  qədim  maddi-
mədəniyyət nümunələri 
üzərində ortaq türk damğa  işarələrinin təsvirlərinə 
 
 
 
 
        
  
 
 
 
 
 
 
   və onların yayılma arealına, tətbiqi xüsusiyyətlərinə də geniş yer ver-
mişdir.
170
  O da maraqlıdır ki, həmin işarələrin analoqlarına Qafqaz Albaniyası 
dövlətinin maddi-mədəni irs nümunələrində də rast gəlinir. 
Avar alimi Paruk Dibirov 2001-ci idə Moskvada nəşr etdirdiyi «Dağıstan 
ornamentlərinin tarixi» kitabında Dərbənd işarələri və naxışlarına, onların se-
mantikasına və mənşəyinə geniş yer vermişdir. Məsələn, Dərbəndin və müasir 
Azərbaycan Respublikası ərazisindəki qədim tikililərin, məzar daşlarının bəzək 
ünsürlərinin eyniliyini vurğulayan müəllif qeyd edir: 
«Dərbənddə sənduqə 
tipli qədim məzar daşları Azərbaycanda - Şirvan ərazisində, Mərkəzi Asi-
yada, İranda qəbirüstü abidələrin eynidir. Lakin ornamentlərin işlənməsi 
baxımından daha zəngindir... Dərbənd tikililəri və Bakıdakı Şirvanşah-
lar  sarayı  eyni  üslubda  inşa  edilmişdir». 
171
  P.Dibirov  burada  toxunan 
xalça tiplərində Azərbaycana xas olan spesifik naxışların – «Dirilik Ağacı», 
«xərçəng», «yerpənək», «tapança», «dolanqaç» (spiral), «qarmaq» və s. ya-
yıldığını  vurğulayaraq  Dərbənddə  xalçaçılıq  sənətinin  təməlinin  VII  əsrdə 
qoyulduğunu, hətta «Dərbənd» xalça tipinin tarixən «Köhnə Quba» adını da-
şıdığını bildirir. 
Dərbənd yazılarını erməniləşdirmək səylərində Ermənistanın «Qolos Ar-
menii» qəzetinin Dərbəndə ezam olunmuş müxbiri Meri Çollakyan nəinki qala 
divarları üzərində yazı və rəmzlərin, hətta bu şəhərin bütövlükdə ermənilərə 
məxsus  olduğunu  belə  ifadə  edir: 
«Qədim mənbələrə əsasən, bu ərazilər 
paytaxtı Dərbənd olan erməni-aqvan şahlığına aid idi. Maarifçi Qriqori-
nin nəvəsi, sonralar Aqvanın katalikosu olmuş Qriqoris burada xristian-
lığı yaymağa başlamış və Dərbənddə öldürülmüşdür. Böyük Mesrop Maş-
tos  Dərbənddə  yerli  tayfaları  maarifləndirir,  onun  xristian  dəyərlərini 
isə  erməni  sərkərdəsi  Vardan  Mamikonyan  qoruyurdu».
172
    Məsələn, 
Qafqaz Albaniyasına aid rəmz və damğaların, yazı işarələrinin erməni etnik 
mədəniyyəti kontekstində araşdırılmasının təməlini qoyanlardan biri olan ye-
piskop Makar Barxudaryan 1889-1892-ci illərdə Dərbənd şəhərində olarkən 
170  B.Ögel. 
B.Ögel. 
.Ögel. 
gel. . 
171  
П.Дибиров. «История орнамента Дагестана (Возникновение и развитие основных мотивов)», 
Москва, Наука, 2001
172
  М.Чолакян. «Армянские знаки на скрижалях Дербента», http://forum.hayastan.com/lofiversion/
index.php/t39799.html


Damğalar, rəmzlər… mənimsəmələr
- 291 -
«Qala divarlarının «B» qülləsi üzərində, P.Zakaryanın bağında» bu qədim ya-
zıları görmüş, «Aluyanq diyarı və onun qonşuları» (1893) kitbında onların 
təsvirini vermişdir. Beləliklə, M.Barxudaryanın təşəbbüsü nəticəsində 
«şərti 
olaraq, «Dərbənd yazıları» adlandırılan «alban yazı nümunələrinin Mes-
rop Maştosun yaratdığı əlifba ilə formaca əlaqəsi sübuta yetirilmişdir». 
Halbuki, professor R.Açaryan hələ 1928-ci ildə bu yazıların alban əlifbası ilə 
eyniləşdirilməsinin əleyhinə çıxmış, onların zaman keçdikcə ilkin görkəmini 
itirən kufi xətt yazısı olduğunu bildirmişdir. Daha sonra, 1935-ci ildə linq-
vist  D.Karbelaşvili  bir  tərəfdən  həmin  işarələrin  «naməlum  dildə  yazıl-
mış mətn olduğunu» etiraf etsə də, digər tərəfdən burada «gürcü və erməni 
hərflərinin əlamətlərinin» mövcudluğunu vurğulamışdır. Professor A.Şanidze 
isə Dərbənd yazılarının oxunuşu cəhdlərində saxtakarlıq meyillərinə, onların 
erməniləşdirilməsinə qarşı çıxaraq bildirirdi: 
«Eçmiədzində saxlanılan 7117 
nömrəli  əlyazmadakı  alban  əlifbası  literləri  ilə  Dərbənd  yazılarındakı 
hərflər arasında fərqlər o dərəcədə qabarıqdır ki, onları identikləşdirmək, 
«oxşar» adlandırmaq olmaz».
173
 
M. Barxudaryanın «tapdığı» Dərbənd yazısı.
 Maraqlıdır ki, qeyri-erməni alimləri həmin yazıları öyrənməyə hazırlaşanda 
daş kitabə qəflətən müəmmalı şəkildə yoxa çıxmışdır. S.Muravyova Dərbənddə 
olarkən Barxudaryanın nişan verdiyi yazılı lövhəni tapa bilməmişdir. Tədqiqatçı 
bu barədə yazır: 
«Axtarışlarımız uğursuz nəticə verdi. Şimal divarlarının 
ikinci qülləsində, o cümlədən Narınqalada onu müəyyən edə bilmədik… 
Qüllənin bir hissəsi indi meyvə şirələri zavodunun ərazisindədir. Əvvəllər 
burada bağ olmuşdur. Zavodun yaşlı fəhlələrindən biri isə bildirdi ki, nə 
vaxtsa belə bir yazılı daş görmüşdür». Qeybə çəkilmiş kitabənin həqiqiliyinə 
gəldikdə isə S.Muravyova şübhələrini belə ifadə etmişdir: «
M.Barxudaryanın 
173  М.Гаджиев, В.Юсуфов.   «Тайна Дербентской надписи», http://www.arhiv.ndelo.ru/one_stat.
php?id=6147#


Damğalar, rəmzlər… mənimsəmələr
- 292 -
və M.Smbatyanın təqdim etdikləri təsvirlər heyrət doğuran cəhətlərdən 
bir-birinə  bənzəyir.  M.Smbatyan  kitabəni  görməyə  də  (Barxudaryanın 
çəkdiyi rəsmi təkrarlaya –A.Q.)
 bilərdi. Digər tərəfdən, bu yazının həddən 
ziyadə tərtibatlı olması və ötən min il ərzində bütün meteroloji təsirlərə 
baxmayaraq əla vəziyyətdə saxlanılması şübhə doğurmaya bilməz».
174
     
Yujdaq  İnstitutunun  professoru  Yarəli  Yarəliyev  Dərbənd  yazılarının 
Mingəçevirdə aşkar olunmuş alban əlifbası ilə yazıldığını bildirsə də, sonda 
onları həmin mətni «ləzgi dilində yazılmış mətnlərin qalıqları» elan etmiş-
dir. Lakin Y.Yarəliyev bununla kifayətlənməyərək, «yolüstü» toponimikaya 
dair biliklərini də nümayiş etdirmiş, «Albaniya» sözünün izahına da müdaxilə 
etməyi unutmamışdır. Onun qənaətinə görə, guya qədim dövrlərdə ləzgilərin 
«Alpan» adlı ildırım tanrısı mövcud olmuşdur və məlum toponim onun adını 
daşımaqdadır. Əgər bu, həqiqətən də belədirsə, Azərbaycanın Quba bölgəsində 
və Dərbənddə «Alpan» adlanan xalça tipinin Dağıstanın cənub hissəsində ya-
şayan ləzgilərin nə səbəbə «yerpənək» (türk sözüdür, xiyarın səthi hamar olan 
yerli sortunun adıdır) adlandırmaları sual doğurmaya bilməz.
175
 Dağıstan Elm 
Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - pro-
fessor Murtazəli Hacıyev və  baş elmi işçi Vəli Yusifov, nəhayət ki, təməli 
yepiskop Makar tərəfindən qoyulan bu mənasız polemikaya son qoymağa ça-
lışmış, alimləri etnosiyasi maraqlara xidmət etməməyə çağırmış, qala qapısı 
üzərindəki mətnin kufi əlifbası ilə ərəb dilində mətn olduğunu, burada Qurani-
Kərimin «əl-Bəqərə» surəsindəki 225-ci ayənin yazıldığını bildirmişlər. On-
ların qənaətinə əsasən, «Dərbəndin alban əlifbası»  isteriyası erməni yepis-
kopu Makar Barxudaryanın zəngin təxəyyülünün, ən əsası isə ərəb əlifbasını 
bilməməsinin  nəticəsidir.
176
 
Dağıstan  ərazisində,  xüsusilə  Dərbənd  şəhərində  tapılmış  yazı 
nümunələrinin, damğa və rəmzlərin, leksik, etnoqrafik, arxeoloji materialla-
rın ortaq türk etnomədəni məkanından çıxarılmasına yönəldilən cəhdlərdən 
biri də qədim maddi-mədəniyyət nümunələrinin «İran-Dağıstan əlaqələrinin 
inikası» kimi dəyərləndirilməsi, Azərbaycanın tarixi ərazilərinə yeni iddiala-
rın irəli sürülməsidir.  Məsələn, sosial şəbəkədə yayılan məqalələrin birində 
eramızdan  əvvəl  III-II  minilliklərdə 
«indiki  İran Azərbaycanı  ərazisində 
174  
Р.Лолуа. «Кавказско-албанская эпиграфика»/«Восточные общества: традиции и 
современность», Материалы II Съезда молодых востоковедов стран СНГ, Баку, 11-14 ноябрь, 2013 
года», Москва-Баку, 2014
175  
П.Дибиров. «История орнамента Дагестана (Возникновение и развитие основных мотивов)», 
Москва, Наука, 2001
176
  М.Гаджиев, В.Юсуфов.   «Тайна Дербентской надписи», http://www.arhiv.ndelo.ru/one_stat.
php?id=6147#


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə