Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   110   111   112   113   114   115   116   117   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 287 -
qənaətindədir. Onun fikrincə, vaxtilə Qafqaz Albaniyası ərazisində yaşayan 
suvar tayfasının bir hissəsi müharibələr nəticəsində bu torpaqları tərk etmiş 
və Qazaxıstanda məskunlaşmışdır. Belə ad və rəmz oxşarlığını təsadüf adlan-
dırmaq olarmı? Axı vaxtilə Hun konfederasiyasının tərkibində şərqdən-qərbə 
və cənuba köç etmiş suvarlar geri qayıdan zaman özləri ilə rəmzlərini və adət-
ənənələrini də gətirmişlər. Azərbaycan tədqiqatçısı Rauf Hüseynov «Rusiya, 
Avropa və digər mənbələr Böyük Azərbaycan haqqında» adlı məqaləsində Çin 
salnamələrində və Çin dilinin leksikasında yer alan maraqlı bir məqama toxu-
nur:
 «Çin Xalq Respublikası ərazisində yaşayan qazaxların alban tayfası 
burada «azebajen» kimi tanınır».
168
 Tarixi Azərbaycan torpaqları ilə bağlı 
növbəti etnonim bənzərliyi Oljas Süleymenovun da diqqətindən kənarda qal-
mamışdır. O bu barədə yazır
: «Rus-Çin sözlüyündə rast gəldim ki, çinlilər 
«alban» sözünü «azebajen» (Çin dilində «r» və «c» səsləri yoxdur) kimi 
tələffüz  edirlər.  Türkdilli  xalqın  adı  ilə  belə  bənzərlik  təsadüfidirmi? 
Axı  eramızın  əvvəllərində,  vaxtilə  Böyük  İpək  Yolunun  keçdiyi  Şima-
li  Azərbaycan  əraziləri  o  dövrlərdə  «Albaniya»  adlanırdı.  …  Uzaq 
keçmişdən  etibarən  Tyan-Şan  dağlarının  ətəklərində  qazaxların  alban 
tayfası məskunlaşmışdır. Çinlilər bu gün də onlara «azebajen» deyirlər. 
Onlar vaxtilə həmin Albaniyadan qopub Mərkəzi Asiyaya gəlmişlər».
169
 
Azərbaycanın qədim və tarixi şəhərlərindən olan
 Dərbənd geosiyasi ma-
raqların  və  siyasi  doktrinaların  hədəfindədir.  Bu  gün  Dərbənd Azərbaycan 
Respublikasının şimal qonşusu olan Rusiya Federasiyasının inzibati ərazisinə 
daxil olsa da, rusiyalılara olduğu qədər, hər bir azərbaycanlı üçün də doğma-
dır. Buradakı arxeoloji və etnoqrafik laylarda skif, sarmat, hun, xəzər, oğuz, 
qıpçaq  mədəniyyətlərinin  izləri  aydın  görünməkdədir.  Stəkanda  fırtına  ya-
radan separatçı qurumlar Azərbaycanı heç bir əsas olmadan guya «Dağıstan 
xalqlarının tarixi irsini mənimsəməkdə», Rusiyaya qarşı «ərazi iddialarında», 
«Rusiyanın daxili işlərinə qarışmaqda» təqsirləndirir, Rusiyanın şəhərlərində 
uğursuz  siyasi  şoular  keçirir,  tarixi  Azərbaycan  dövləti  olan  Qafqaz  Al-
baniyasının  maddi-mədəni  irsini  mənimsəməyə,  həm  Dağıstanda,  həm  də 
Azərbaycanda etnik zəmində qarşıdurmalar yaratmağa cəhdlər göstərir, hətta 
«1934-cü ilədək Dağıstanda azərbaycanlıların yaşamaması» haqqında sərsəm 
bəyanatlar verirlər. Tarixi sübutlar isə bunların əksini söyləyir.
      
168
 Р.Гусейнов. «Большой Азербайджан в российских, европейских и иных источниках»,XIII 
часть, «Что понимали под словом Азербайджан в средневековом Китае?», http://www 
erevangala500.com/?direct=news_page&id=160
169    
О.Сулейменов. «Литература - это жизнь: о литературе и литераторах». Алматы,  2011.


Damğalar, rəmzlər… mənimsəmələr
- 288 -
  
Dərbəndin qala divarları.
Dərbənd  şəhərinin  etnik  mənzərəsi  tarixən  indiki  kimi  rəngarəng  ol-
mamışdır.  Alman  coğrafiyaşünası  Adam  Oleari  1638-ci  ildə  Dərbənddə 
olarkən şəhərin mərkəzi hissəsində qızılbaşların (azərbaycanlıların), yuxarı 
hissəsində ayrumların (Azərbaycan tayfalarından biri), aşağı məhəllələrdə isə 
yunanların məskunlaşdığını bildirirdi. Çar Rusiyasının statistik məlumatlarına 
görə, 1824-cü ildə Dərbənd şəhəri əhalisinin mütləq əksəriyyəti – 93%-i, yəni 
10377 nəfəri azərbaycanlılardan, o dövrün mənbələrində yazıldığı kimi «şiə 
tatarlardan» ibarət olmuşdur. Tanınmış rus alimi Eduard Eyxvald bir il sonra 
Dərbənddə olarkən burada əhalinin böyük hissəsinin azərbaycanlılar təşkil et-
diyini bildirmişdir. 1830-cu ildə Dərbəndin əhalisi və etnik tərkibi haqqında 
şəhərin  komendantı  polkovnik  Rozenfeldin  tərtib  etdiyi  cədvəldə  də  köklu 
sakinlərin aşkar say üstünlüyü xüsusi qeyd olunmuşdur. 1830-1834-cü illərdə 
Dərbənddə yaşamış Aleksandr Bestujev-Marlinsiki şəhəri «tatarların», yəni 
azərbaycanlıların  Afinası»  adlandırmış,  Qafqazda  Azərbaycan  dilinin  əsas 
ünsiyyət  vasitəsi  olmasını,  onun  öyrənilməsinin  əhəmiyyətini  vurğulamış-
dır.  1832-ci  ildə  keçirilmiş  kameral  siyahıyaalınmanın  nəticələrinə  əsasən, 
Dərbənddə kişi cinsindən olan 4741 azərbaycanlı, 256 yəhudi və 142 erməni 
yaşayırdı.  1843-cü  ildə  də  şəhər  əhalisi  əsasən  azərbaycanlılardan  –  9572 
nəfər, yəhudilərdən – 871 nəfər, ermənilərdən – 284 nəfər, alman və yunan-
lardan – cəmi 5 nəfər ibarət idi. Hələ 1796-cı ildə Dərbənddə 2189 ev, 450 
dükan, 15 məscid, 6 karvansara, 50 emalatxana, 30 ipəkçilik və 113 kağız 
istehsalı müəssisəsi olduğu halda, burada ilk erməni kilsəsinin yalnız 1860-cı 
ildə inşa edilməsi Ermənistan tarixçilərinin Dərbəndə olan iddialarını əsaslı 
şəkildə rədd edir. Qırx iki il sonra – 1886-cı ildə keçirilmiş növbəti siyahı-
yalmaya dair rəsmi materiallarda azərbaycanlılar sayca üstünlüklərini (58%) 


Damğalar, rəmzlər… mənimsəmələr
- 289 -
qoruyub-saxlasalar da, burada rus, polyak, yəhudi, tatar və Dağıstan xalqların-
dan ilk dəfə avarların məskunlaşdıqlarının şahidi oluruq. 1897-ci il Ümumru-
siya siyahıya alınmasının nəticələri isə Dərbənd şəhərinin etnik mənzərəsinin 
sürətlə dəyişməsini, şəhərə latışların, tatların, finlərin və ləzgilərin köç etdiyi-
ni göstərir. Bununla belə, əhalinin 9767 nəfərini, yəni 66,6%-ni yenə də onun 
köklü sakinləri - azərbaycanlılar təşkil edirdi.
XIX əsrin əvvəllərindən Dərbəndin Rusiyaya birləşdirilməsindən sonra bu-
rada həyata keçirilən müstəmləkəçilik siyasəti XX əsrin 20-ci illərindən başqa 
bir adla - bolşevizmin psevdobeynəlmiləl şüarları altında davam etdirilmişdir. 
Belə  ki,  1926-cı  ilin  statistik  materiallarına  əsasən,  Dağıstan  ərazisində  so-
vet  hakimiyyətinin  qurulmasından  sonra  regionda  sosial-siyasi  problemlərin 
gərginləşməsi,  əhalinin,  xüsusilə  Dağıstanın  ucqar  kəndlərində  yaşayan 
sakinlərin yaşayış səviyyəsinin kəskin şəkildə pisləşməsi və iqtisadi çətinliklər 
üzündən şəhərə rusların, ukraynalıların, Qafqaz xalqlarından darginlərin, ku-
mıkların, lakların, ləzgilərin, avarların kütləvi miqrasiyası başlamış, Dərbəndin 
ilkin  etnik  mənzərəsi  sürətlə  dəyişmişdir.  Nəticədə,  azərbaycanlılar  şəhər 
əhalisinin ümumi sayının 33,9%-ni təşkil etmişlər. 1959-cu il siyahıya alınması 
da bu tendensiyanın davam etdirilməsindən, şəhərə Dağıstan xalqlarından sa-
xurların,  çeçenlərin,  rutulların,  tabasaranların,  lakların,  aqulların,  noqayların, 
xüsusilə  ləzgilərin  və  s.  kütləvi  miqrasiyasından  xəbər  verir. Azərbaycan  öz 
dövlət mıstəqilliyini bərpa etdikdən sonra, məlum səbəblər üzündən Dağıstan-
da yaşayan azərbaycanlılar süni maneələrlə, bir sıra sosial-siyasi problemlərlə 
üzləşmişlər. Nəticədə, hələ 2002-ci ildə Dərbənd şəhəri əhalisinin siyahıya alın-
masına dair materiallarda azərbaycanlıların xüsusi çəkisi 31,7%-ə enmişdir. 
Dərbəndin «naməlum» olan məlum işarələri
Rəsul Həmzətovun «Mənim Dağıstanım» kitabında bir deyim yer almış-
dır:  «Aşıq  səsindən,  nəqqaş  naxışından  tanınır».  Dərbənd  şəhərinin  etnik 
mənşəyi  onun  arxitekturasından,  ornamentlərindən,  xalça  naxışlarından  və 
qala divarlarının daşları üzərindəki damğa işarələrindən tanınan kimi. Hər bir 
xalqın yazı işarələri onun tarixi və mədəniyyyəti ilə sıx şəkildə bağlıdır, so-
sial-iqtisadi və mədəni inkişafının əsas əlamətlərindən biridir. Məhz qədim 
yazılı abidələrin, damğa və rəmzlərin öyrənilməsi sayəsində tarix səhnəsindən 
silinmiş  xalq  və  tayfaların  etnik  mənşəyi,  yaşam  tərzi,  dövlətçilik  ənənəsi, 
dini təsəvvürləri, mədəniyyətləri haqqında silinmiş təsəvvürləri bərpa edə bi-
lirik. Məsələn, görkəmli alim, türk xalqlarının tarix və etnoqrafiyasının ta-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə