Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   117   118   119   120   121   122   123   124   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 305 -
30
Ən qədim variantlarına Midiya 
dövləti rəmzləri içərisində 
 
rast gəlinir. Konstruktiv 
baxımdan oğuzların çəbni 
boyunun damğa işarəsinə 
 
bənzəyir («Divani lüğət-it 
Türk»). Göytürk mətnlərində 
 
(z) işarəsinin 
 
 (Talas, 
Yenisey) və 
 (ğ) qrafeminin 
(Talas) 
 variantları kimi 
istifadə olunub. Altay, Xəzər, 
Polşa-Litva tatarları və 
Azərbaycan xalçaçılıq sənətində 
geniş yayılan ornamentlərdəndir. 
79
Damğa adı: «qaz ayağı». Eyni 
zamanda, rəmz olaraq onqon yırtıcı 
quşların (şahin, qartal, bozdoğan, 
ağbaba və s.) caynaqlarının təsviri 
kimi qəbul edilir. Oğuz tayfalarının 
damğaları içərisində fərqli 
variantları vardır. Onun yuxarıya 
yönələn tipi 
 Qərbi Azərbaycan 
qayaüstü təsvirlərində yer almışdır. 
Oğuzların salur, biçene tayflarının 
 damğaları, hun və macar 
rəmzləri içərisində də rast gəlinir.
31
Damğa adı: «göz» (gözlər). 
Mərkəzi Asiya və Krım tatarlarının 
arqın (arqun) və altın tayfalarına 
aid nəsillərin damğasıdır.
80
Göytürk əlifbasında cingiltili «u» 
saitini bildirir. Damğa qismində 
«qarmaq» işarəsinin bir variantıdır.
32
Damağa adı: «təkər». Ön və 
Mərkəzi Asiyada, Şərqi Avropada, 
Altaylarda geniş yayılmışdır. 
Tenqri-Günəş rəmzlərindən  olan 
dairənin 
 və açanın (xaçın) 
 
birləşməsindən yarandığı bildirilir. 
Rəmzin digər yozumuna əsasən, 
yenə də Günəşi təcəssüm etdirən 
«çərxi-fələk» işarəsinin qrafik 
variantlarındandır -  
 
  
81
Bu qrafem Göytürk əlifbasında 
kipləşən sonor «n» samitini ifadə 
etmək üçün işlədilir. Damğa işarəsi 
kimi «yay» adlanır.
33
 
Mərkəzi Asiyada damğa adı: 
«botagözü» (köşək gözü). 
Nəzərlik kimi türk xalqlarının 
xalçaçılıq sənətində geniş tətbiq 
edilir.
82
Şimali Qafqazda yaşayan 
qaraçayların «kosxar» (qoçqar, 
qoşqar), tülpar, semen nəsillərinin 
damğası. Azərbaycan qayaüstü 
təsvirlərində işarənin 
variantına da rast gəlinir.


Damğalar, rəmzlər… mənimsəmələr
- 306 -
34
Damğa işarəsi kimi semantikası 
«alaçıq qapısı» şəklində izah 
edilir. «Bucaq» adı ilə də tanınır. 
Dərbənd işarələri arasında 
 variantları da vardır. 
Orxon və Yenisey mətnlərində 
açıq «o» və qapalı «u» saitlərini 
ifadə edir. Uyğur əlifbasında 
(«Kutadqu-bilik») sözün 
əvvəlində işlədilən «i» səsini 
ifadə edir. Mahmud Kaşğarinin 
təsnifatında qoşa variantı 
 
oğuzların  dodurğa tayfasının 
damğasıdır.
83
 
Dilarxası kar «k» samiti. Yalnız «ı» 
saiti ilə qonşuluqda işlədilir. Onun 
variantı damğa təsnifatında 
Humay Ananın sakral rəmzi kimi 
«bitik», «tumar», «nəzərlik duası» 
adlarını daşıyır. Azərbaycan 
xalçaçılıq sənətində işarəyə 
«nəzərlik» deyilir. Mərkəzi Asiya 
və Altaylarda bir adı da «üç 
tolukdur». Damğanın
variantı isə 
«qalxan» adlanır. Antik müəlliflərin 
əsərlərində Qafqaz Albaniyası atlı 
döyüşçülərinin üçkünc qalxanla 
silahlandıqları bildirilir. Eyni tipli 
müdafiə vasitəsi ilkin orta əsrlərdə 
Mərkəzi Asiyada da yayılmışdı. 
35
     
Damğa adı: «Barxan». Mərkəzi 
Asiya, Azərbaycan, o cümlədən 
Qafqaz Albaniyasının maddi-
mədəniyyət nümunələri arasında 
rast gəlinir. «Məskunlaşma», 
«binə salma» kimi izah olunur. 
Oğuzların dögər boyunun 
damğası ilə 
 eyni 
semantikaya malikdir. «Yurd 
salmaq», «çadır (alaçıq qurmaq», 
«məskunlaşmaq» anlamını verən 
bu damğa işarələri Mərkəzi 
Asiyada «barxan» adlanır. 
84
Damğa adları: «çəkic», «kərki», 
«təbər», «sakar» (ikiağızlı saka-skif 
baltası). Mərkəzi Asiyanın, Şimali 
Qafqazın və Krımın qıpçaq tayfaları 
arasında daha çox yayılmışdır. 
«Təvarixi al- i Səlcuq» əsərinə 
əsasən, oğuzların çəbni tayfasının 
damğası olmuşdur. Noqayların 
toymas və saray  tayfalarının da 
rəmzidir.
36
Göytürk mətnlərində qalın samitli 
sözlərdə sonor «r» samitini ifadə 
edir. Tək halda «ar» kimi oxunur. 
Altaylarda damğa işarəsi kimi 
«teqelü sarkay» (qarmaqlı xaç) 
adlanır.
85
Kipləşən dilortası «k» samitini 
(kitab, kök, kəmər) bildirir. Mərkəzi 
Asiyada, Volqaboyunda damğa adı: 
«kuray» (qarğı ney)
37
  
Qıpçaq kökənli xalqlar bu damğa 
işarəsini «Ay yürektü» (ürəkli Ay) 
adlandırırlar.
86
«Təvarixi al- i Səlcuq» əsərinə 
görə, oğuzun bügdüz tayfasının 
damğasıdır.
38
Qazaxların baybaktı tayfasına 
məxsus işarədir. «Kutadqu-
bilik» mətninin yazıldığı uyğur 
əlifbasında 
 işarəsi «n» səsini 
bildirir. Damğa adı: «barmaq».
87
Mərkəzi Asiyada qazaxların «suan» 
(suvar) tayfasına aid edilir. Uyğur 
əlifbasında («Kutadqu-bilik») sözün 
əvvəlində işlədilən «ö», «o» səslərini 
bildirmək üçün istifadə edilir.
39
Uyğur əlifbasında («Kutadqu-
bilik») sözün sonunda işlədilən 
«g», «k» səslərini ifadə edir.
88
Kipləşən, dilortası cingiltili «g» 
samitini ifadə edir. Damğa adı «ney» 
və ya  «kuray».


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə