Damğalar, rəmzlər… mənimsəmələr
- 251 -
və Dağıstanı açıq şəkildə «erməni xalqının tarixi etnomədəni məkanı» elan et-
mişdir. Belə ki, o, 1985-ci ildə Moskvada geniş tirajla rus və ingilis dillərində
nəşr etdirdiyi «Erməni xalçaları» albomunda «kosmopolitizm» ideyalarını bir
kənara qoyaraq bildirirdi:
«Öz milli mədəni dəyərlərini yaradan ermənilər
qonşu xalqların incəsənətinə biganə qala bilməzdilər. Bu xalqlar (Ana-
dolu və Azərbaycan türkləri, gürcülər, Qafqaz xalqları və s.)
təkcə Şərqi
Ermənistan torpaqlarında (Azərbaycan Respublikası əraziləri nəzərdə tu-
tulur)
deyil, bütün Qafqazda – Tiflisdə, Qoridə, Kaxetiyanın kəndlərində,
Dağıstanda, Şirvanda, Qazaxda da yaşayırdılar. Bu siyahıya erməni xal-
ça ustalarının çalışdığı Kiçik Asiyanın – Anadolunun ərazilərini də daxil
etmək olar».
102
Milli ənənə xarakteri almış erməni saxtakarlığının mexanizmi olduq-
ca sadədir. Əslində, İncil mətnlərini istədikləri kimi dəyişən, Hz.Musanı,
Hz.İsanı, Misir fironlarını, Makedoniyalı İskəndəri, Spartakı, Ömər Xəyyamı,
Leonardo da Vinçini, Xristofor Kolumbu «etnik erməni» elan edənlərdən
orijinal təbliğat ssenarisi gözəmək çətindir. Belə ki, ilk mərhələdə konk-
ret mövzu, məsələn, xalçaçılıq üzrə tarixi materiallar saxtalaşdırılır, sitatlar
təhrif olunur, elmə məlum olmayan «qədim salnaməçilər», «müasir Qərb
tədqiqatçıları» və onların erməni xalçalarından bəhs edən əsərləri uyduru-
lur və s. Daha sonra bu materiallar akademik nəşrlər səviyyəsində əvvəlcə
Ermənistan çərçivəsində elmi dövriyyəyə buraxılaraq, onların ictimai rəyə
təsir imkanları sınaqdan çıxarılır. İkinci mərhələdə isə muzdla tutulan xari-
ci müəlliflər vasitəsilə həmin saxtakarlıq nümunələrinə istinad edilən fun-
damental nəşrlər işıq üzü görür, elmi tədqiqatlar aparılır. Məsələn, moskvalı
tədqiqatçı Yelena Larinanın M.Lomonosov adına Moskva Dövlət Universi-
tetinin tarix fakültəsinin qərarı ilə 2007-ci ildə çap etdirdiyi «Rusiya impe-
riyası xalqlarının xalçaçılıq sənəti» adlı kitabı erməni saxtakarlığının «aka-
demik nəşr» adı altında gizləldilməsinin və «Qafqazda tarixən dominant
mövqe tutmuş erməni mədəniyyətinin» təbliğinin bariz nümunəsidir. Onu da
vurğulayaq ki, erməni alimlərinin yazı və araşdırma üslubunun aydın şəkildə
hiss olunduğu bu əsərdə heç də Rusiya imperiyasının deyil, məhz SSRİ-nin
tərkibində olan xalqların xalçaçılıq sənətindən bəhs edilir. Sovet dövrünə
nostalji hissi ilə yazılan kitabda «erməni xalqının və erməni xalça sənətinin
Azərbaycan mədəniyyətinə əhəmiyyətli təsirinə» geniş yer verilmiş və bu,
xalçaçılıqla məşğul olan ərazilərdə ermənilərin sayca üstünlüyü ilə izah edil-
mişdir. Kitaba erməni təsirini təsdiqləyən məqamlardan biri də Ermənistanda
102
М.Казарян. «Армянские ковры». Москва: «Советский художник», 1985.
Damğalar, rəmzlər… mənimsəmələr
- 252 -
tarixən azərbaycanlıların yaşaması və xalçaçılıqla məşğul olmaları, İrəvan və
Qarabağ xalçaçılıq məktəbləri barədə müəllifin təkidlə susması, Ermənistanda
ötən əsrin 90-cı illərindən sonra dəyişən toponimlərin verilməsi, əvəzində isə
Azərbaycanın bölgələrinin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların
məskunlaşdıqları kəndlərin adlarının və yerləşdiyi məkanların ciddi şəkildə
təhrif edilməsi, elmi istinad kimi M.Kazaryanın əsərlərinin göstərilməsidir.
Y.Larinanın qənaətinə görə, Gəncə və Kirovabad, Samux və Xanlar fərqli şəhər
və bölgələrdir. Faxralı kəndi, sən demə, Gürcüstanda deyil, Azərbaycanda,
Gəncə yaxınlığında yerləşir. Kirovabad isə Dağlıq Qarabağ ərazisindədir. Fax-
ralı, Qaraçöp (Gürcüstan), Şuşanın Malıbəyli kəndi, Bərdə, Quba, Şəki, Nax-
çıvan, Culfa, Şahbuz rayonlarında əsasən ermənilər yaşayırlar. Azərbaycanda
Qaryagin (indiki Füzuli rayonu), Nuxa (Şəki), Mirbəşir (Tərtər), Şaumyan və
Qasım İsmayılov (Goranboy), Şamxor, Səfərəliyev rayonları hələ də qalmaq-
dadır və s. Yelena Larina bunlarla kifayətlənməmiş, üzərində ortaq türk damğa
işarələri və rəmzləri
, hətta Qaraqoyunlu
dövlətinin rəmzi olan və XIX əsrə aid edilən xovlu
İrəvan xalçalarını «Se-
van» adı altında «erməni etnik sənət nümunələri» kimi göstərmişdir.
Manya Kazaryanın «Erməni xalçaları» kitabı Azərbaycan milli
mədəniyyət nümunələrinin mənimsənilməsinə yönəldilən təbliğat vasitəsi
olmaqla yanaşı, həm də plagiatın, sərsəm millətçiliyin elmə təcavüzünün və
saxtakarlığın parlaq nümunəsi sayıla bilər. Müqayisəli təhlil göstərdi ki, bura-
dakı sitat və fotoşəkillərin, elmi qənaətlərin, xalça illüstrasiyalarının bir çoxu
dünya şöhrətli xalçaçı-alim və ekpert, professor Lətif Kərimovun 1983-cü
ildə nəşr olunmuş «Azərbaycan xalçaları» kitabından götürülmüşdür. Lakin
Manya Kazaryan erməni alimi olduğunu unutmamış, plagiatlığa da yaradıcı-
lıqla yanaşmış, Azərbaycan xalçalarının adlarını, etnik və regional mənşəyini,
bir çox yerdə isə L.Kərimovun fikirlərini saxlamaqla «Azərbaycan» və
«azərbaycanlılar» sözlərini «Ermənistan» və «ermənilərlə» kəlmələrinə
dəyişməkdən, «Xətayi» xalçasından fraqmenti kitabın üz qabığına çıxartmaq-
dan utanmamış, orta əsr salnaməçilərinin qeydlərini ciddi redaktə etmiş, hətta
iddialarını nə yolla olursa-olsun əsaslandırmaq üçün heç vaxt mövcud olma-
yan ərəb səyyahlarını dünyaya gətirmişdir.
Saxtakarlığa əyani misal qismində aşağıdakı xalça illüstasiyalarını
göstərmək olar. Gəncə-Qazax xalçaçılıq sənətinin nümunəsi olan Qaraqoyun-
lu xalçası
(XV əsr) «Erməni xalçaları» kitabında «Marbi» (guya həmin xalça
vaxtilə isveçin Marbi kəndindəki kilsədə tapılmışdır) adı altında daxil edilsə
də, müəllif onun süjetini nə erməni mifologiyası, nə də «erməni simvolizmi»
Dostları ilə paylaş: |