rəng dolumunu və s.) və yenidən
Next
(
Далее
– Növbəti) düyməsini sıxın.
Masaüstünə növbəti dialoq pəncərəsi açılacaqdır (şəkil 51. ). Dialoq
pəncərəsində axtarışın konkret parametrləri təyin edilir (məsələn, axtarılan
obyektin ölçüsünün və ya rəng dolumunun təyini);
Şəkil 54.
Obyektin axtarış parametrlərinin sazlanması dialoq pəncərəsi
• Növbəti dəfə
Next
(
Далее
– Növbəti) düyməsini sıxın. Yeni dialoq pəncərəsi
açılacaqdır (şəkil 52.). Burada da axtarılan obyektin müəyyən parametrləri
təyin edilir. Məsələn, əgər istifadəçi düzbucaqlı və bircinsli rəng seçimi edibsə,
son iki dialoq pəncərəsi axtarilan obyektin xüsusiyyətlərinin təyin edilməsinə
aid olcaqdır. Və ya, istifadəçi obyektin həcmini və obyektə veiləcək kölgələrin
axtarışını müəyyənləşdirmək istəyirsə, bu zaman dialoq pəncərəsinin sol
tərəfindəki uyğun sətirləri seçib, sağ tərəfindəki düymələri sıxmalıdır. Bütün
parametrlər aydınlaşdırıldıqdan sonra
Next
(
Далее
– Növbəti) düyməsini
sıxmaq olar.
Şəkil 55.
Axtarış sehirbazının son dialoq pəncərəsi
Beləliklə, axtarış sehirbazı açılmış bütün dialoq pəncərələrində istifadəçiyə lazım
olan parametrləri təyin etdikdən sonra, sonuncu dialoq pəncərəsi (şəkil 53.) açılır.
Şəkil 56.
Axtarış çubuğu
Pəncərənin üzərində
Find Previous
(
Найти
предыдущий
– Əvvəlkini Axtar) və
Find Next
(
Найти
следующий
– Sonrakını Axtar) düymələri uyğun olaraq axtarılan
obyektlərdən əvvəlki və sonrakını axtarmaq üçündür.
Axtarışın şərtlərini ödəyən bütün obyektləri seçmək üçün
Find All
(
Найти все
–
Hamısını Tap) düyməsi sıxılmalıdır.
Obyektlər dəstini qeyd etməklə, istifadəçi onların xüsusiyyətlərini dəyişdirməklə
yanaşı, onları istədiyi zaman ləğv edə bilər. Yəni, istifadəçi obyektlərlə istənilən
əməliyyatı yerinə yetirmək imkanına malikdir.
Axtarış çubuğundakı
Edit Search
(
Изменить поиск
– Axtarışı Redaktə Et)
düyməsini sıxmaqla obyektin axtarışında yardımçı olan axtarış sehirbazına yenidən
müraciət etmək mümkündür.
Çoxlu sayda obyektlər ilə işləyərkən, bəzən eyni tip obyektlərdə dəyişiklik tələb
olunur. Məsələn, eyni olan obyektlərdə yaşıl rəngi axtarıb onu sarı rənglə dəyşmək
lazımdır. Belə əməliyyatın yerınə yetirilməsi bəzən istifadəçi üçün cansıxıcı olur.
Odur ki, bu məqsədlə
Edit
(
Правка
– Redaktə) menyusundan
Find and Replace
(
Поиск и замена
– Axtar və dəyişdir) əmrini qeyd edib, açılmış dialoq
pəncərəsindən
Replace Objects
(
Замена объекта
– Obyekti Dəyişdir) əmrini
seçmək lazımdır. Masaüstünə obyektlərin dəyişdirilməsi üçün sehirbazın dialoq
pəncərəsi açılacaqdır (şəkil 54.).
Şəkil 57.
Sehirbazın dialoq pəncərəsi
Pəncərə üzərindəki parametrlərdən birini seçməklə dəyişdirmək istədiyiniz
obyektin xüsusiyyətlər kateqoriyasını seçə bilərsiniz. Bunun üçün bir neçə obyekti
seçib
Appty to currently
selected objects only
(
Применить только
для выделенных
объектов
– Seçilmiş obyektlərə tətbiq et) parametrini seçmək lazımdır. Əgər
Appty to
currently selected objects only
(
Применить только для выделенных объектов
–
Seçilmiş obyektlərə tətbiq et) düyməsi qeyd edilməzsə, bütün obyektlər dəyişikliyə
məruz qalacaqlar.
Şəkil 58.
Rəng çalarının dəyişməsi dialoq pəncərəsi
Dialoq pəncərəsindəki
Replace outline pen properties
(
Изменить свойства
контура
– Konturun xüsusiyyətini dəyişdir) düyməsini qeyd edib
Next
(
Далее
‐
Növbəti) düyməsi sıxılarsa, obyektin rəng calarının dəyişməsinə yardımçı olan
dialoq pəncərəsi masaüstünə açılacaqdır (şəkil 55.).
Dialoq pəncərəsinin
Find
(
Найти
‐ Tap) sahəsinə cari rəng,
Replace with
(
Заменить
на
‐ Dəyişdir) sahəsinə isə yeni rəngi yerləşdirin. Əgər
Fills
(
Заливки
–
Doldurmalar) parametri seçilibsə, dəyişikliyə obyektin rənglə dolumu, əksinə,
Outlines
(
Контуры
– Konturlar) seçilibsə, onda dəyişikliyə konturun rəngi məruz
qalır.
Dialoq pəncərəsinin aşağı hissəsindəki parametrləri seçməklə obyektlərin
dəyişmə intervalını genişləndirmək mümkündür.
Dialoq pəncərəsinin aşağı sahəsində yerləşmiş düymələr aşağıdakı funksiyaları
yerinə yetirir:
•
Apply to fountain fills
(
Применить к градиентным
заливкам
– Qradient
doldurmalara tətbiq et) parametri seçilərsə, qradient doldurmada istifadə
olunan seçilmiş rəng dəyişəcəkdir;
•
Apply to 2-color pattern fills
(
Применить к заливкам
двуцветным узорам
–
İkirəngli naxışla dolmuşlara tətbiq et) parametri seçilərsə, istifadə edilən
ikirəngli naxışdakı iki rəngdən biri dəyişəcəkdir;
•
Apply to monochrome bitmaps
(
Применить к монохромным растровым
изображениям
– Eynirəngli rastr təsvirlərə tətbiq et) parametri seçilərsə, ağ‐
qara rastr təsviri qırmızı‐ağ, göy‐ağ və ya qara‐sarı rastr təsvirə dəyişəcəkdir.