158
yət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirə sa-
lınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata
keçirilməsində məktəb və müəllimlər həlledici mövqe tutur. Bu-
nunla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşama-
ğa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz
əməl etməyə daxili tələbat oyatmalıdır.
Tərbiyə psixologiyası şəxsiyyətin əxlaqi-iradi səviyyəsinin,
əxlaqi şüurunun, əxlaqi təsəvvür və anlayışlarının, prinsip və ina-
mının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə
və əməyə münasibətdə ifadə olunan konkret davranış tərzinin
formalaşmasının psixoloji mexanizmlərini açmaqla, gənc nəslin
şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Tərbiyə psixologiyası şagirdlərin tərbiyəvi təsir şəraitində psixi
fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbi-
yəsinin psixoloji əsaslarını aşkara çıxarmaq vasitəsilə şəxsiyyəti
müəyyən edən xarakterik keyfiyyətlərin formalaşmasına imkan
yaradan təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi
fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkanun dediyi
kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu
prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını
kiçik nəslə verir. Tərbiyə daxili və xarici amillərin təsiri ilə şəx-
siyyətin inkişaf istiqamətlərinin idarə olunmasıdır. Ona görə də
şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diq-
qəti ilk növbədə cəlb edən tərəflərdəndir. Bu baxımdan, birinci
növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin
strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək la-
zım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-
biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəx-
siyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı ola-
raq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhə-
miyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin for-
malaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa
sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında
tərbiyə etmək lazımdır.
159
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəx-
siyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məkt-
əbin və müəllimin imkanları çərçivəsində, şəxsiyyətin formalaş-
ması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıya çıxır.
Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurul-
maması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətin-
də arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır.
Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaqsa yenidəntərbiyə işi
tələb edir ki, bu da yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat
çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyük-
məkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə
olunmasından ibarətdir. Ona görə də bu proses özünün psixoloji
mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə
işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Bura-
da birinci növbədə tərbiyə prosesinin mahiyyətini təşkil edən və
psixoloji nöqteyi-nəzərdən bir-biri ilə bağlı olan aşağıdakı
cəhətlərə diqqət yetirmək lazım gəlir:
a) tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların
qarşılıqlı münasibətləri;
b) tərbiyənin məqsədi;
c) tərbiyə prosesində istifadə olunan yollar.
Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək
üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır.
Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq
və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarak-
teri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyi-
şən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlə-
rinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motiv-
lərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində
bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir.
Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün
birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini
öyrənmək və nəzərə almaq lazımdır. Məhz buna görə də hələ
160
vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtə-
rəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi.
K.D.Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas
məsələsi hesab edirdi. Onun fikrincə, tərbiyənin məqsədi ictimai
və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyirxahlığa
can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafe-
yi ilə birləşdirməyi bacaran həqiqi insan yetişdirməkdir.(1;111)
Görkəmli psixoloq S.L.Rubinşteyn göstərir ki, “uşaqları tər-
biyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları
öyrənə-öyrənə tərbiyə edək və öyrədək”. Məhz buna görə müəl-
lim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən
əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı,
tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin
xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri ona müvafiq
şəkildə tətbiq etməyə çalışmalıdır.
Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar
belə bir qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə
həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagird-
lərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda
burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də
mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin
öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin
davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur.
Tələbatlar bir motiv kimi şagirdin davranışını şərtləndirir. Bundan
isə tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nə-
zərə alınması zəruri olan bir tələb — şagirdin davranışına qiymət
verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır.
Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq
eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər
formalaşa bilər. Məsələn: bir şagird öz yoldaşının düzgün olma-
yan hərəkəti haqqında sinif rəhbərinə xəbər verir. Şagirdi buna
vadar edən, başqa sözlə onun bu cür hərəkətinin motivi müxtəlif
ola bilər. Ola bilsin ki, şagird öz yoldaşını bu vəziyyətdən çıxar-
maq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözlə-
yir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, öz nüfuzunu
Dostları ilə paylaş: |