155
də, o, ilk məhəbbətinə sadiq qalır. Konkret desək, ata-anasının,
cəmiyyətin sərt tələblərini yerinə yetirmir. Deməli, Leyli və Məc-
nuna azad sevgi yolu ilə birləşib ailə həyatı qurmağa mane
olurlar.
Çox dərin ictimai köklərə bağlı olan “Leyli və Məcnun” poe-
masında şair hər iki qəhrəmanın daxili və mənəvi aləmini ustalıq-
la açır. Səhralarda, vəhşi heyvanlar arasında yaşayan Məcnunu
qoca atası ailəyə, həyata qaytarmaq üçün onun yanına gəlir. Məc-
nun isə bildirir ki, Leyli ilə ailə qurmağa mane olan düşmənləri
sevinməsinlər. Biz artıq öz istəyimizə nail olmuşuq.
Beləliklə, Məcnun Leyli ilə birləşmək ümidini itirdikdən sonra
təsəlli və mənəvi təskinlik üçün öz sevgisi ilə ruhən birləşmək
ideyasına sığınır. Romantik hisslərlə yaşayan Məcnun sevgisin-
dən ayrılmaq istəmir, yenə gələcəyə, Leyli ilə birləşib xoşbəxt
olmağa ümid bəsləyir.
Bu hökm qəhrəmanların həyatla vidalaşarkən son anlarında
belə özünü aydın göstərir, onların qanına, sümüyünə işləmiş mə-
həbbətin güclü və əzəmətli olmasından xəbər verir. Leyli öz həyat
faciəsinin yaralarını açıb anasına göstərirsə, Məcnun Leylinin
qəbri üstünə gedib, ruhunu vəfalı sevgisinin eşqinə təslim edir.
Fikrimizcə, poemada ucadan səslənən ailə tərbiyəsi və mənəvi
tərbiyə də budur ki, o, yeni baxışla, yeni təfəkkürlə şərh olunur.
Nəticədə onu da qeyd edək ki,Füzuli anadilli ədəbiyyatımızda
orta əsirlərin, daha doğrusu, İntibah dövrünün yetişdirdiyi ən bö-
yük sənətkarlardandır. Füzulidən bəhs edərkən əksər tədqiqatçılar,
tarixçi və təzkirəçilər onu bütün türkdilli ədəbiyyatın ən böyük
nümayəndəsi kimi tanımış və təqdim etmişlər. Böyük şairin öl-
məz irsinə S.Ə.Şirvani, F.Köçərlidən başlamış A.Sur, H.Araslı,
M.Cəlal, M.Quluzadə, R.Azadə, M.Cəfər, xalq şairləri R.Rza,
S.Rüstəm, B.Vahabzadə, N.Xəzri, S.Əliyev, Q.Paşayev, A.Vəfalı
və b. hətta böyük ədəbiyyatşünas H.Araslının oğlu, Yaxın Şərq
ölkələrində 50 ilə yaxın fövqəladə və səlahiyyətli səfir olmuş El-
man Araslının qələmə aldıqları kitab, monoqrafiya, dərslik, dərs
vəsaitlərində münasibət bildirilmişdir. Bura İran, Türkiyə və türk
xalqlarının ədəbi-nəzəri, pedaqoji görüşlərini də daxil etsək, bö-
156
yük füzulişünaslıq haqqında bir mənəviyyat körpüsü yaratmış ola-
rıq.
Ədəbiyyat
1. Füzuli M. Seçilmiş əsərləri. IV cilddə. Bakı, 1958.
2. Azərbaycan ədəbiyyatı tarixi. III cilddə. Bakı, 1960.
3. H.Araslı. Füzuli. Bakı, 1958.
4. S.Əliyev. Füzulinin poetikası. Bakı, 1984.
5. Füzulinin seçilmiş əsərləri. Bakı, 1984.
6. Ə.Səfərli, X.Yusifli. Qədimvə orta əsrlər Azərbaycan
ədəbiyyatı. Bakı, 1988
Xülasə
Məqalədə M. Füzulinin Azərbaycan poeziyasını yeni
keyfiyyətlərlə zənginləşdirən “ Leyli və Məcnun” poemasında ailə
münasibətləri pedaqoji aspektdən tədqiq edilir.
Резюме
В данной статье исследуется произведение «Лейли и
Меджун» М. Фузули с точки зрения педагогических наук,
показываются
специфические
морально-дидактические
особенности этой поемы в Азербайджанской литературы.
Summary
The article deals with the family relationships in “ Leili and
Majnun”, the novel enriching Azerbaijani poetry with new
features from the pedagogical viewpoint.
157
Məmmədova Səlimə
elmi işçi
MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ
DAVRANIŞ TƏRBİYƏSİ
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir in-
san haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mə-
dəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir?
İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə
olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri
çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-
soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır.
Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən
gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü
cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bun-
lar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə
özünü mütləq göstərir. XX əsrin böyük kulturoloqu Əhməd bəy
Ağaoğlunun yazdığı “Üç mədəniyyət“ əsərində o, “kültür” və
”mədəniyyət“ anlayışlarını fərqləndirərək onları daha geniş və
müqayisəli mənaları özündə əks etdirən real ”həyat tərzi” kimi
təqdim edir. O yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir.
Bir şərtlə ki, burada həyat qavramının özü də ən geniş və əhatəli
bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mə-
nəvi olaylarını özündə ehtiva etməlidir. Belə olan halda mədəniy-
yət düşüncə və maraq tərzindən başlayaraq geyim tərzinə qədər
olan həyatın bütün təzahürlərini və hadisələrini əhatə etmiş olur”.
Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət da-
yanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir.
Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar.
Mədəniyyət ən iti qılıncdan da kəsərli silahdır. Hər bir cəmiy-
yətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil
edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin
elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan,
ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zən-
ginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiy-