161
qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz
yoldaşından qisas almaq üçün bu yolu tutur.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün təkcə şa-
girdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi və nəzərə
alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi
konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir.
Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tər-
biyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir
göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki,
burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda
müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə
kimi nəticə verəcəyini qabaqcadan görə bilər.
Məşhur Azərbaycan ədibi A.Bakıxanov hər şeydən əvvəl tər-
biyənin məqsədini müəyyənləşdirməyə yüksək qiymət vermişdir.
Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O,
əxlaq və əqli tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin di-
gər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib hissəsində (este-
tik, fiziki, əmək və s) verirdi. O, əxlaq tərbiyəsinə nəzakətlilik,
təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünə-
rək danışmaq və hərəkət etmək, sərbəstlik, özünütənqid, təmkinli-
lik, ehtiyatlılıq, əməksevərlik və s. kimi sifətləri aid edirdi. Tər-
biyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında
müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla
bərabər dəyişir.
Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin
məqsədi hərtərəfli inktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir.
Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş,
bu isə öz əksini xalqların yaradıcılığında dövrün mütəfəkkirləri-
nin əsərlərində tapmışdır. Hərtərəfli inkişaf etmiş insan idealı
müxtəlif xalqların həm yazılı, həm də şifahi xalq ədəbiyyatında
əks olunmuşdur. Xalq yaradıcılığında təsvir edilən bu qəhrəman-
lar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz,
döyüşkən, xalqını və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf
edilmişdir.
162
Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cə-
miyyətin pedaqoji proses qarşısında qoyduğu əsas tələbdir. Bu tə-
ləbə uyğun olaraq tərbiyə, təlim-təhsilin mədəni insan formalaşdı-
rılmasındakı aparacağı işlərin məqsədləri müəyyən edilir. Azər-
baycanda tərbiyənin məqsəd və vəzifələri Azərbaycan Respubli-
kasının Təhsil Qanununun 9-cu maddəsində öz əksini tapmışdır:
dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mə-
dəniyyətə, məsuliyyət hissəsinə, mütərəqqi dünyagörüşə malik
olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaş-
dırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya
ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və
mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim in-
kişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa
çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və
azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə,
yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə
dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura
bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək siviliza-
siyalı cəmiyyət qurmağa, azərbaycanı dünyanın ən inkişaf etmiş
demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan
tərbiyə etməkdir.
Hərtərəfli inkişaf etmiş şəxsiyyət dedikdə yuksək intelektual
səviyəyə malik, zəruri əxlaqi keyfiyyətlərə yiyələnmiş, istehsalın
əsas sahələri həqqında müəyyən biliklərə və əmək vərdişlərinə
malik, gözəlliyi sevməyi, qiymətləndirməyi bacaran, yaşadığı
dövrün ictimai-siyasi hadisələrinə obyektiv qiymət verən, dövlət
və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə
edə bilən mübariz insanlar nəzərdə tutulur. Tərbiyənin bu məqsə-
dinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı
şəkildə qruplaşdırmaq olar:
1.Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması
2. Əxlaq tərbiyəsi
3. Əmək tərbiyəsi
4. Estetik tərbiyə
5. Fiziki tərbiyə
163
6. Hüquq tərbiyəsi
7. İdeya-siyasi tərbiyə
8. Ekoloji tərbiyə (8;28-29)
Tərbiyənin qarşısında duran əsas məqsədə çatmaq üçün gös-
tərdiyimiz müvafiq tərkib hissələri şəxsiyyətin davranış mədəniy-
yəti vasitəsilə üzə çıxır. Bu isə davranış qaydalarının konkret bir
tərbiyə üsulu ilə müəyyənləşməsini deyil, bütün tərbiyə növlərinin
kompleks şəklində icrasını əhatə etməsi ilə ifadə edir.
Şəxsiyyətin formalaşması müxtəlif amillərin ziddyyətli təsiri
əsasında baş verir. Bura həmçinin xarici və daxili təsirlər, onlar
arasında olan dialektik ziddiyyət və onların vəhdəti daxildir. İn-
sanların mənəviyyatı, əxlaqı, müxtəlif münasibətləri və digər key-
fiyyətləri bu təsirlər əsasında baş verir və formalaşır. Xarici zid-
diyyətlər dedikdə pedoqoji və ətraf aləmin tərbiyə olunma prose-
sinə göstərdikləri müxtəlif təsirlər başa düşülür. Müxtəlif tərbiyə
təsirləri xüsusən də pedaqoji təsirlər o zaman səmərəli nəticə verir
ki, o tərbiyə olunanların daxili aləminə təsir etsin, onların mənəvi
dünyasını hərəkətə gətirsin. Bu daxili hərəkətəgəlmə özünütərbiyə
meyllərinin yaranmasına səbəb olur. Ziddiyyətlər zamanı insan
özünə, hərəkət və davranışlarına nəzər salmağa, təhlil etməyə
məcbur olur. Obyektiv təhlil etmə isə müsbət və mənfi keyfiyyət-
lərin müəyyən edilməsinə imkan yaradır, insan öz mövqeyini
düzgün müəyyən edir, mənfi keyfiyyətlərini aradan qaldırmaq
arzusuna düşür. Bu arzu tərbiyənin özünütərbiyə meyllərini,
səylərini genişləndirir, çünki tərbiyə hər bir tərbiyə olunanı lazımi
qaydada hərəkət edib-etmədiyi üzərində düşünməyə məcbur
etməlidir. Bu təhriketmə, düşündürmə və nəzarət insanın özünü
yenidən tərbiyəsinə istiqamət verir. Özünü dərketmə, özünügörmə
özüntərbiyənin ilk pilləsidir. Özünü dərk edən, mənfi keyfiyyətlə-
rini görən və bu mənfi keyfiyyətlərin aradan qaldırılması işi hər
kəsdən iradi səy, güc tələb edir. Yəni özünü yenidən tərbiyə et-
mək istədikdə insan lazım olan zəruri hərəkətləri icra etməyə
özünü məcbur edir. Çünki insanların malik olduqları hərəkət və
davranışlar yeni qaydada hərəkət etməyə mane olur, fəaliyyəti
Dostları ilə paylaş: |