Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə218/240
tarix22.07.2018
ölçüsü3,9 Mb.
#57766
1   ...   214   215   216   217   218   219   220   221   ...   240

~ 485 ~ 

 

olan mill



ət həm də böyük bir ailədir. Millətə sədaqət həm də ailəyə sədaqətdir. 

V

ətən deyilən milli məkan da millətə  mənsub ailələrin  yuvasıdır.  Deməli, 



v

ətənpərvərlik və milliyyətçiliyin ayrılmaz bir parçasıdır. Vətənə xəyanət həm 

d

ə  millətə  xəyanətdir. Milləti inkar etmək gerçəyi inkar etməkdir,  varı  yox 



saymaqdır.  Milləti inkar etmək  şəxsiyyətini inkar etmək deməkdir. Atalar 

demişkən:  “Əslini  danan  haramzadədir”. Bu səbəblə,  şəxsiyyətini qorumaq, 

ail

əyə sədaqətli olmaq, vətəni sevmək həm də milləti qorumaq, ona sədaqətli 



olmaq, onu sevm

ək, onu yüksəltmək deməkdir.  Bu anlamda milliyyətçilik 

kökü insan ruhunun d

ərinliklərinə  varan, insan mənliyini yüksəldən, insana 

kimlik  süuru  qazandıran  psixoloji və  ictimai bir zərurət,  əbədiyaşar  bir 

ideologiyadır. Ona görə də milliyyətçilik daima millətin bütününü qucaqlayan, 

ağuşuna  alan  bir  ideologiya  kimi  daima  sevilməli, bəslənməli, onun üzərinə 

heç bir kölg

ə  salınmamalı,  ondan  heç  bir  pis  mədsəd üçün istifadə 

edilm


əməlidir. Bu ideologiyalarının  daşıyıcılarının  əsas məqsədi hər  şeydən 

əvvəl  aid  olduğu  millətin müstəqilliyi,  istiqlalıdır,  millətini  yabançı  işğal  və 

istismardan 

qurtarmaqdır.  Müstəqillik, istiqlal varsa,  onu  qorumaq  başlıca 

qay

əsidir ki, bu da maddi və mənəvi, iqtisadi və mədəni cəhətdən yüksələrək 



inkişaf  etmiş  millətlər cərgəsinə  qoşulmaq  deməkdir.  Dünyada  acizin  haqqı 

yoxdur. Acizin heç bir şeyi olmadığı kimi istiqlalı da olmaz, olsa da qalmaz. 

Bu  ideologiyanın  daşıyıcıları  uğrunda  hər an can  verməyə  hazır 

olduqları Vətən toprağını mübarək və müqəddəs sayır, onu qorumağı özlərinə 

borc bilirl

ər. 


Bu  ideyanın  daşıyıcıları  yaşadığı  cəmiyyətlərdə  azadlıq,  ədalət  və 

demokratiya ist

əyirlər. 

Bu ideyanın daşıyıcıları öz varlıqlarını aid olduqları millətin varlığından 

ayırmaz,  milləti bütöv bir orqanizma hesab edər və  millətin hər bir üzvünü 

özl


ərinə qardaş qəbul edərlər. 

Bu  ideyanın  daşıyıcıları  milli  mədəniyyəti, milli və  mənəvi dəyərləri, 

milli ad

ət-ənənələri  yaşatmaq  və  yüksəltməyə  çalışır  və  onları  yabançı 

t

əsirlərdən, bu və  ya digər yıpranmalardan  qorumağı  özlərinin vəzifəsi 



sayırlar. 

Bu ideyanın daşıyıcıları millətin kollektiv məhsulu olan milli dilə, milli 

tarix

ə sayğı ilə yanaşar, onları bilər, sevər və öyrədərlər. Milli qəbələlərlə fəxr 



ed

ər, milli fəaləkət və istirablara yanarlar. 

Bu ideyanın daşıyıcıları millətin gələcəyi haqqında ümidli və inamlıdır. 

Bütün ç


ətinliklərə sinə gələrək dinamik bir inkişafa yol açar, millətini dünya 

mill


ətləri ailəsinin  azad,  şərəfli, bərabər haqlara sahib, qüdrərli bir üzvü 

olmasına çalışırlar. Vətənləri, millətləri və dövlətləri üçün bütün fədakarlıqları 




~ 486 ~ 

 

göst



ərərək idealist bir əxlaqa  sahib olar, siyasi həyatlarını  milli  dəyərlərlə 

s

əmimi bir şəkildə bağlamağa çalışırlar. 



Yaşadığımız XXI əsrdə belə sadalanan bu fikir və mülahizələrdən vaz 

keç


ə  bilən nə  bir millət və  nə  də  bir dövlət  var.  Bütün  bunlardan  sıyrılaraq 

mövcud olmaq, b

əxtiyar  yaşamaq  qeyri-mümkündür. Hətta bütün bunlar 

olmadan l

əyaqətli bir vətəndaş  olmaq  da  mümkün  deyil.  Ona  görə  də 

milliyy


ətçiliyə qarşı çıxanlar bilməlidirlər ki, onlar insanın şərəf və ləyaqətinə, 

s

ədaqətinə qarşı çıxarlar. Real həyatda hər bir insan üçün cahan onun Vətəni, 



insanlıq  da  onun  millətindən ibarətdir.  Başqa  deyimlə, Vətənini qoruyan 

Cahanı  qoruyar,  millətini sevən də  insanlığı  sevər. Çox təəssüflər olsun ki, 

“Dünya v

ətənim, millətim  insandır”  deyimi  əslində  real həyatda özünü 

doğrultmayan  populist  şüardan  başqa  bir  şey  olmadı.  Bu  deyim  o  zaman 

h

əqiqət ola bilər ki, bütün insanlıq bunu qəbul etsin. Bu isə qeyri-mümkündür. 



Mill

ət sevgisi, millət şüuru olmadan insanlığı sevmək olmaz. Insanı, insanlığı 

sevm

ək istəyən millətini sevməli,  dünyanı  gözəlləşdirmək istəyən Vətənini 



göz

əlləşdirməlidir. 

Öz mill

ətini sevib yüksəldən, Vətənini  gülzara çevirən, millətləşmə 



m

ərhələsini tamamlayan  xalqlar  xöşbəxt  xalqlardır.  Yalnız  öz  vətənini və 

mill

ətini sevən, onu yüksəldən insanlar insanlıq və dünya içində qiymətli və 



yararlı varlıqlar sayılır. Bütün mütəfəkkirlər, dahilər, sənətkarlar ilk öncə öz 

mill


ətlərinin ruhuna tərcüman olmuş, bunu ləyaqətlə bacardıqları ücün bütün 

insanlığa  mal  olmuş  və  klassikləşmişlər. Ona görə  də  insanın  öz  vətəni və 

mill

ətini sevməsi, onu yüksəltməyə  çalışması,  bütün insanlıq  üçün  xeyihxah 



olması,  sülh,  əmin-amanlıq,  səadət və  rifah diləməsi deməkdir. Deməli, 

milliy


ət hissinin və milliyyətçiliyin məhvinə çalışmaq hər bir millətə edilən ən 

böyük pislik v

ə əslində insanlığa qarşı düşmənçilikdir. 

Öz mill


ətləşmə  dövrünü vəhşi  təcrübələrinin dəhşəti ilə  də  olsa 

tamamlamış millətlər indi millətləşməkdə olan xalqların milliyətçiliyinə qarşı 

çıxır,  milliyyətçilik  ideologiyasını  hər vəchlə  təndiqə  çalışırlar.  Onların  bu 

t

ənqidlərinin əsasında əslində əldə etdikləri dünya hakimiyyətini özlərinə xas 



metod v

ə politikalarla davam etdirmək durur. Onlar bunu pozmaq istəmirlər. 

Çünki güc onlarda, iqtisadiyyat onlarda, m

ədəniyyət onlardadır. Insanlığın hər 

cür  yaşayış  standartını  onlar  müəyyənləşdirirlər. Bugünkü dünya düzənını 

onlar formalaşdırmışlar və indi də bu düzəni pozmaq istəmirlər. Onlara görə 

onların  düşüncələrindən kənar başqa  mədəniyyət,  başqa  standart,  başqa 

iqtisadiyyat, başqa siyasət olmamalıdır. Bir Yaponiya örnəyi onlar üçün yetəri 

q

ədər  qorxulu görünür. Dünən  Sovet  İmperiyasının  parçalanmasında 



mill

ətçiliyə istər-istəməz sayğı düyan və onu dəstəkləyən Qərb ideoloqları indi 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə