Demonstration page



Yüklə 1,23 Mb.
səhifə15/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   11   12   13   14   15   16   17   18   ...   104
Komputer şəbəkələri və şinləri

1984-cü il. Sistem blokunun monitor və klaviatura ilə vahid blokda birləşdiyi Laptop
tipli ilk kompyuter yaradıldı.
1984-cü il. Apple Computers korporasiyası 32 mərtəbəli Motorola 68000 prosessoru əsasında Macintosh kompyuterini – sonralar məşhur Macintosh ailəsinin ilk modelini istehsal etdi. Bu model o zaman MS-DOS-a malik IBM-lərə uyğun standart fərdi kompyuterlərin malik olduqlarını çox-çox üstələyən istifadəçi üçün rahat əməliyyat sisteminə, inkişaf etmiş qrafik imkanlara malik idi.





İlk Laptop – “Macintosh” kompyuteri



1985-ci il. Intel firması artıq 275000 tranzistora malik 80386 mikroprosessorunu istehsal etdi. Bu 32 mərtəbəli «çox məsələli» prosessor bir neçə proqramın eyni zamanda

yerinə yetirilməsi imkanını təmin edirdi.


1985-ci il. Bell Laboratories-dən Byarn Straustrup özünün yaratdığı obyektyönümlü
C++ dilinin təsvirini dərc etdirdi.
1989-cu il. Intel firması Intel 486 DX mikroprosessorunu istehsal etdi. i486 prosessorlar nəsli kompyuterdə əmr sətrində işləməkdən «göstər və çıqqıldat» rejiminə keçidi açdı. Intel 486 daxilində quraşdırılmış riyazi soprosessoru olan ilk mikroprosessor oldu. Soprosessor mərkəzi prosessorun yerinə mürəkkəb riyazi əməliyyatları yerinə yetirərək verilənlərin emalını əhəmiyyətli dərəcədə sürətləndirdi. Tranzistorların sayı — 1,2 milyon idi.
1993-cü il. Intel firması Pentium mikroprosessorunu istehsal etdi, hansı ki, «real həyatın» səs, səsli və yazılı nitq, fotoşəkillər kimi atributları ilə işləməyi kompyuterlərə öyrətdi.
1995-ci il. Intel firması 5,5 milyon tranzistora malik Pentium Pro mikroprosessorunu istehsal etdi. Prosessor serverlər və işçi stansiyalar, avtomatlaşdırılmış layihələndirmə sistemləri, maşınqayırma və elmi işdə istifadə edilən proqram paketləri üçün 32 mərtəbəli proqramların sürətinin artırılmasının güclü vasitəsi kimi işlənilmişdi. Bütün Pentium Pro prosessorları keş-yaddaşın sürətini daha çox artıran ikinci mikrosxemi ilə təchiz olunmuşdular.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə