Demonstration page



Yüklə 1,23 Mb.
səhifə16/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   12   13   14   15   16   17   18   19   ...   104
Komputer şəbəkələri və şinləri

1997-ci il. Intel firması 7,5 milyon tranzistora malik Pentium II mikroprosessorunu istehsal etdi. Pentium II prosessoru audio, vizual və qrafiki verilənlərin effektiv emalını təmin edən Intel MMX texnologiyasından istifadə edir. Kristal və yüksək sürətli keş- yaddaşın mikrosxemi bir tərəfli kontakta malik korpus daxilində yerləşdirildi. Korpus çoxlu kontaktlara malik əvvəlki prosessorlardan fərqli olaraq bir tərəfli razyomun köməyi ilə sistem platasında quraşdırılır. Prosessor istifadəçiyə rəqəmli fotoşəkilləri kompyuterə daxil etmək və emal etmək, mətnləri, musiqi əsərlərini, ev kinosu üçün səhnələri yaratmaq və redaktə etmək, adi telefon xətləri ilə video təsvirləri ötürmək imkanı verir.
1997-ci il. Sun Microsystems kompaniyası «bir dəfə yazıldı – hər yerdə işləyir» prinsipini reallaşdırmaq üçün yaradılmış obyektyönümlü Java proqramlaşdırma dilinin standartını qəbul etdi. İnternet nöqteyi-nəzərindən Java "appletlərin" yaradılma texnologiyasıdır. "Appletlər" saytın səhifəsi ilə birgə istifadəçinin kompyuterinə yüklənən və bu səhifəni «canlandırmağa» imkan verən kiçik proqramlardır. Appletlər səhifəyə əlavə funksiyaları, məsələn, multiplikasiya şəkillərini reallaşdırmağa təmin edə bilərlər.


    1. Birinci nəsil kompyuterləri




Birinci nəslə adətən 50-ci illərdə yaradılan maşınları aid edirlər. Onların sxemlərində elektron lampalardan istifadə olunurdu. Bu kompyuterlər çox böyük, narahat və həddən artıq baha maşınlar idi, hansıları ki, yalnız iri korporasiyalar və hökumətlər əldə edə bilərdilər. Lampalar çoxlu miqdarda elektrik enerjisi işlədirdilər və çox istilik ayırırdılar.
Əmrlər yığımı kiçik idi, hesab-məntiq qurğusunun və idarə qurğusunun sxemi kifayət qədər sadə idi, proqram təminatı praktiki olaraq yox idi. Əməli yaddaşın həcminin və sürətin göstəriciləri aşağı idi. Giriş-çıxış üçün perfolentlər, perfokartlar, maqnit lentləri və çap qurğuları istifadə edilirdilər.
Sürət saniyədə 1020 min əməliyyat həddində idi.

Lakin bu hələ texniki tərəfdir. Digər tərəf – kompyuterlərin istifadə edilmə üsulları, proqramlaşdırma üslubu, riyazi təminatın xüsusiyyətləri çox vacibdir.



Elektron lampalar


Bu maşınlar üçün proqramlar konkret maşının dilində yazılırdı. Proqramı tərtib edən riyaziyyatçı maşının idarə pultu arxasında otururdu, proqramları daxil edirdi və sazlayırdı və onlara görə hesabatı aparırdı. Sazlama prosesi zamana görə ən uzun müddətli idi.


İmkanların məhdudiyyətinə baxmayaraq, bu maşınlar havanın proqnozlaşdırılması, atom energetikası məsələlərinin həll edilməsi və s. üçün zəruri mürəkkəb hesabatları yerinə yetirməyə imkan verirdilər.
Birinci nəsil maşınlarının istifadə olunmasının təcrübəsi göstərdi ki, proqramların işlənilməsinə sərf olunan müddətlə hesablama müddəti arasında böyük fərq mövcuddur.
Proqramlaşdırmanın avtomatlaşdırılması vasitələri-nin intensiv işlənilməsi, maşında işi sadələşdirən maşının istifadə edilməsinin effektivliyini artıran xidmətçi proqramlar sisteminin yaradılması yolu ilə bu problemləri aradan qaldırmağa başladılar. Bu, öz növbəsində kompyuterlərin strukturunda bu tipli kompyuterlərin istismar təcrübəsindən yaranan tələblərə yaxınlaşdırmağa yönələn mühüm dəyişikliklərin edilməsini tələb etdi.



    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə