Biosferin və ya onun əsas bölməsinin mərkəzində ancaq
insan qoyulur (antroposentrizm)
Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır.
Ona kənardan enerji daxil olur və o, kosmik təsirə məruz
qalır. Bu təsirin əsasını günəş aktivliyi təşkil edir. Müəyyən
edilmişdir ki, yer kürəsində, o cümlədən biosferdə baş verən
hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə əlaqədardır. Belə
bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji
proseslərin (kataklizm, katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup
adasında), Çelyabinski boru xəttindəki qəza, «Komso-
moles» sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri,
Dağlıq Qarabağ müharibəsinin aktivləşməsi hadisələrini
yüksək günəş aktivliyinin baş verməsi ilə də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə
sisteminin olmasıdır. Bu xüsusiyyət, «homeostazm» adlan
dırılır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir
həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm
vasitəsilə alır, yaranmış dəyişikliyi öz əvvəlki vəziyyətinə
qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir.
Bunlara misal vulkan püskürməsini, asteroidlərlə qarşılaş
ma, zəlzələ, dağəmələgəlmə və s. göstərmək olar.
«Homeostazm» hal-hazırda «Le Şatelye-Brayn» prinsipi
kimi adlandırılır.
Bu prinsipə əsasən «Xarici qüvvə tərəfindən öz müva
zinət vəziyyətindən çıxan sistem qüvvənin az təsiri istiqaməti
üzrə yerdəyişməyə məruz qalır». Le-Şatelye-Brayn prin
sipinin müasir dövrdə ayrı-ayrı regionlarda pozulması halı
baş verir ki, bu da ekoloji krizisin yaranmasına səbəb olur
(məs. səhraların yaranması və s.)
Biosferin dördüncü xüsusiyyəti onun «müxtəlifliyidir».
Yəni, o, müxtəlif yaşayış məskəni (su hövzəsi, yerüstü, tor-
paqdaxili və s.), iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif
təbii zonalar, geokimyəvi sahələr və s. xüsusiyyətlərə malik
32
dir. «Müxtəliflik» ekosistemin və biosferin dayanıqlığı
şərtlərindən biridir. Biosferin əsas xassələrindən biri onda
olan ayrı-ayrı maddələrin dövretməsini yaradan mexa
nizmin olmasıdır. Bu xassə biosferdə ayrı-ayrı kimyəvi
elementlərin və onların birləşmələrinin tükənməzliyini təmin
edir.
Müasir dövrdə Kainatın, Yer kürəsinin və cəmiyyətin
inkişafı üzrə müxtəlif konsepsiyalar mövcuddur. Bu kon
sepsiyaları şərti olaraq üç qrupa bölmək olar.
Birinci qrup konsepsiya insanların inkişafda əsas ya
radıcı qüvvə olmasında heç bir əsasın olmadığını göstərir.
Burada həmçinin insanın bioloji bir varlıq olaraq inkişafda
imkan və bacarığını başa vurduğunu və onu artıq müvafiq
texniki qurğuların əvəz edə biləcəyi göstərilir.
İkinci qrup konsepsiya biosferi öz-özünü təmizləyən tul-
lantısız bir sistem kimi qəbul edir və ona kənardan mü
daxilənin əksinə çıxır.
Üçüncü qrup insanların hər hansı bir qurğu ilə əvəz
olunmasını qəbul etməyərək, onların həyata, təbiətə və
özünə olan münasibətlərində yeni məsuliyyət hissinin aşılan
masını, başqa sözlə, yeni proqressiv təfəkkürlü insanların
formalaşmasına nail olmağı əsas götürür. Bu konsepsiya
«NOOSFERA» konsepsiyasına əsaslanan perspektivli he
sab edilir.
XX əsrin əvvəllərində Fransa alimləri P.Teyar de Şarden
və E.Lerua «Noosfera» anlayışını elmə gətirdilər. Yunan
sözu olan «noos» ağıl, düşüncə, idrak mənasını verir. Onlar
bu sözü yaşıl şar, «düşünən mühit», məkan, təbəqə məna
sında işlədərək onun formalaşdırılmasını insanın yaranması
və zehninin inkişafı ilə əlaqələndirmişlər. Sonralar rus alimi
V.İ.Vernadskiy bu anlayışa materialist məzmun verərək
göstərmişdir ki, noosfera insanların yaranması və inkişafı ilə
əlaqədar olan biosferanm yeni, ən yüksək inkişaf mərhə
ləsidir. İnsanlar təbiət qanunlarını dərk edərək texnikanı,
33
texnologiyanı təkmilləşdirərək öz əməyi nəticəsində yer
səthində gedən proseslərə geoloji qüvvələrin miqyası ilə
müqayisə edilə biləcək bir dərəcədə təsir gücünə malik olan
bir qüvvəyə çevrilmişdir. İnsan cəmiyyətinin formalaşması
və inkişafı əsaslı dəyişikliklərə səbəb olan elə bir təbii qüv
vəyə çevrilmişdir ki, onun təsiri nəticəsində təbiətlə cəmiyyət
arasında maddələr və enerji mübadiləsinin, insanların bio-
sferaya, biokimyəvi və digər təsirlərinin yeni forması kimi
özünü göstərməyə başlamışdır. Nəticədə noosfera kosmo
sun daim genişlənməkdə olan xüsusi struktur elementinə
çevrilmişdir. Beləliklə, noosfera anlayışı daha da zəngin-
ləşdirilərək təbiətlə inkişaf etməkdə olan insan cəmiyyətinin
tələblərə uyğun gələn qarşılıqlı əlaqəsinin təşkili və təmin
edilməsi kimi başa düşülür. Məhz bu cür cavabları özündə
əks etdirən anlayış əsasında insanların təbiətə dağıdıcı mü
nasibətlərinin və eləcə də ətraf mühitin çirkləndirilməsinin
qarşısını almaq mümkündür.
Rus alimi Y.İ.Vernadski özünün «Noosfer barədə bir
neçə söz» əsərində yazırdı: «İnsan nəhəng geoloji mühitə
çevrilməkdədir. O öz əməyi və düşüncəsi sayəsində öz həyat
tərzini dəyişdirə bilər və bunu mütləq etməlidir. Onun qar
şısında daha geniş yaradıcılıq imkanları açılmaqdadır. Yer
kürəsinin görünüşü getdikcə dəyişir, bakirə təbiət yox olur».
İndi V.İ.Vernadskinin verdiyi elmi proqnozlar öz təsdiqini
tapır. Artıq yeni termin olan və insanın qarşılıqlı təsirdə
olduğu təbiəti əks etdirən «Ətraf mühit» termini kimi prob
lemlər yaranmışdır və əhalinin istchlak mallarına olan tələ
batının gündən-günə artması yeni-yeni materialların isteh
salata tətbiq edilməsinə səbəb olmuşdur. Yeni materialların
tətbiqi ilə əlaqədar olaraq təbiətə və Yer kürəsindəki bütün
canlı aləmə yad olan yeni növ tullantılar da meydana
gəlmişdir. İnsanın təbiətə olan mənfi təsirləri artıq təbiətin
bütün əsas komponentlərində: biosferdə, atmosferdə və
hidrosferdə özünü aşkar büruzə verir.
34
Qarşılıqlı təsirdə olan təbiət və bəşəriyyət paralel inkişaf
edirlər. Təbiətin təkamül tempi ilə bəşəriyyətin
sosial-
iqtisadi inkişaf sürətlərinin müxtəlif olması onlar arasında
qarşılıqlı münasibətlərin idarə olmasının mümkün olmama
sına səbəb olur. Bəşəriyyətin sosial-iqtisadi inkişafı təbiətin
təkamül surətinə nisbətən daha sürətlə gedir.
İnsan fəaliyyətinin nəticəsi olan antropogen, faktor-tə
kamül istiqamətinə güclü əks təsir göstərərək növlərin dəyiş
məsinə yox, onların məhvinə səbəb olur. Buradan çıxış yolu
insanların düşüncəli surətdə təbiətə təsirlərinin tənzimləməsi
və məhdudlaşdırılmasından
ibarətdir.
Bununla yanaşı
cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneəçilik etmə
yərək öz ekstensiv artımını məhdudlaşdırmalıdır. Əks təqdirdə
qlobal ekoloji katostrofun yaranması baş verə bilər.
Son 30-40 il ərzində insanların təbiətə olan münasibətlə
rində müsbət mənada dəyişikliklər müşahidə olunmağa baş
lamışdır. İnsanlar artıq başa düşürlər ki, təbii sərvətlərin
kəskin azalması və tükənməsi dövründə ekoloji tarazlığa
yalnız mədəni-elmi təkamülün köməyi ilə nail olmaq olar.
Artıq bütün dünya üzrə elm məhsuldar qüvvəyə çevrilir.
Elmi-texniki inqilab genişləndikcə və insanın təfəkkürünə,
intellektinə xüsusi tələblər verən yeni istehsalat sahələri
əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol
oynayır. Cəmiyyət industrial cəmiyyətdən informasiya
cəmiyyətinə doğru inkişaf edir.
Amerika fturoloqları Jon Nesbit və Patrisiya Eburdin
dünyada əks-səda doğurmuş «Meqameylər: həyatımızı dəyi
şən on yeni istiqamət» adlı kitabında (Moskva, 1982-ci il)
elmi-texniki inqilab dövrünün istiqamətlərini ayırd edərkən
diqqəti, ilk növbədə industrial cəmiyyətdən informasiya
cəmiyyətinə keçidin xüsusiyyətlərinə cəlb etmişdilər. Yapon
həqiqətləri bu fikri bütün aydınlığı ilə sübuta yetirmişdir.
Professor Yaşar Qarayev «Tarixin və taleyin ayrıcında»
məqaləsində qeyd edir ki, «bu gün texnogen sivilizasiya
35
Dostları ilə paylaş: |