P.Pallasın, İ.Lipeyxinin əsərlərində rast gəlinən qiymətli
ekoloji məlumatlar botanika və zoologiyanın tərkibində
özünə yer tapmışdır.
XIX əsrin əvvəllərində ilk dəfə olaraq alman təbiət
şünası Aleksandr Humbolt Mərkəzi və Cənubi Amerikada
apardığı çoxillik müşahidələr nəticəsində hündürlüyə, tem
peratur dəyişməsinə, quraqlığa əsaslanaraq
bitkilərin
təsnifatını vermişdir.
Bu mərhələnin xüsusiyyətlərindən biri də odur ki, J.La-
mark, eləcə də T.Maltus ilk dəfə olaraq canlıların təbiətə
vurduqları ziyan haqqında bəşəriyyəti məlumatlandırmışlar.
İlk təkamül nəzəriyyəsinin banisi sayılan Jan Batist Lamark
orqanizmlərin uyğunlaşma dəyişkənliyinin, eləcə də fauna
və flora dəyişkənliyinin ən mühüm səbəbini xarici mühitin
təsiri ilə izah edir.
Ekologiya haqqında bu dövrdə rus alimlərinin işləri
xüsusi qeyd olunmalıdır. Belə ki, A.Middendorfun,
S.Kraşennikovun əsərləri diqqətəlayiqdir. Onlar iqlim, bitgi
örtüyü və heyvanat aləminin Rusiyanın geniş ərazilərinin
müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməni göstərmişlər.
Fransız alimi L.Byuffonun, isveçli təbiətşünas alim
lərin, alman alimi Q.Vegerin əsərlərində ekoloji yanaşmanın
elementlərinə rast gəlmək mümkündür. Belə ki, L.Byuffona
görə bir növün digərinə çevrilməsinin əsas səbəbi havanın
temperaturu, qəbul edilən qidanın keyfiyyəti, habelə əhil-
ləşdirmə hesab edilir.
XIX əsrin əvvəllərində biocoğrafıyanın meydana gəl
məsi ekoloji təfəkkürün sonrakı inkişafının məhsulu sayılır.
Daha doğrusu 1807-ci ildə A.Humboltun əsərində bitgi coğ
rafiyası sahəsində yeni ekoloji istiqaməti açmışdır. Əsərdə
qeyd olunur ki, landşaftın fizionomiyasını bitgi örtüyünün
xarici görünüşü müəyyənləşdirir. Eləcə də zonal və şaquli
qurşaqlarda bitkilərin müxtəlif taksonomik qruplarına
bənzər «fizionomik» formalar, yəni, eyni görünüş yaranır,
16
habelə həmin formaların paylanması və nisbəti ilə təbii mü
hitin xüsusiyyətləri haqda mühakimə irəli sürmək müm
kündür.
1826-cı ildə danimarkalı T.Faberin əsərində şimalda
məskunlaşan quşların bioloji xüsusiyyətləri, 1833-cü ildə
alman alimi, zooloq Q.Qlogerin əsərində iqlimin təsiri ilə
quşların dəyişməsi, 1848-ci ildə K.Berqmanın əsərində bəzi
heyvanların kəmiyyət-keyfiyyət, eləcə də fizioloji dəyişmələ
rinin qanunauyğunluqları, 1855-ci ildə A.Dekandolun əsə
rində ətraf mühitin bitkilərə təsiri verilmiş və onların faunaya
nisbətən yüksək ekoloji nəcibliyinə diqqət yetirilmişdir.
1895-ci ildə danimarkalı alim, botanik İ.Varmanqan
tərəfindən bitkilərin ekologiyası və ya ekoloji coğrafiya ya
zılmış, alman alimi A.Simpera isə həmin əsəri 1898-ci ildə
nəşr etdirmişdir.
1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənli-
yini təsvir etmiş və onun əsasında demoqrafik konsepsi
yasını yaratmışdır.
Fransız həkimi V.Edvardsın (1824) «Fiziki faktorların
həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın
başlanğıcını qoymuş oldu. L. Libix (1840) isə məşhur «Mini
mum qanunmmu yaratmışdır ki, o da müasir ekologiyada
hələ öz əhəmiyyətini itirməmişdir.
İkinci mərhələ: XIX əsrin 60-cı, XX əsrin 50-ci illərinə
qədərki dövrü əhatə edərək ekologiyanın müstəqil bir elm
sahəsi kimi formalaşdığından xəbər verir. Belə ki, ilk dəfə
1856-cı ildə ekologiya terminini elmə Q.D.Toqo daxil et
mişdir. Lakin naməlum səbəblərdən onu müstəqil bir elm
sahəsi kimi tam açıqlamamışdır.
Bu mərhələdə ekologiya elminin formalaşmasında rus
alimlərinin rolu danılmazdır. Bunlardan K.Rulyeni (1814-
1858-ci illər), V.N.Şukaçovu, N.Severtsovu (1827-1885-ci
illər), V.V. Dokuçayevi (1846-1903-cü illər), Ç.Darvini
(1859-cu il) göstərmək olar. Onlar öz əsərlərində bir neçə
Azerbaycan Re$
0
lıb!lltMi Prezidentinin
İşlər idarəsi
PREZİDENT KİTABXANASI
ekoloji anlayışlar, prinsiplər verməklə tarixdə öz yerlərini
tutmuşlar. Həmin ekoloji anlayış və prinsiplər müasir
dövrdə də öz dəyərlərini saxlamışlar. 1859-cu ildə Ç.Darvi
nin «Növlərin əmələ gəlməsi» əsərində növarası və növdaxili
əlaqələr öz əksini tapmış, canlı orqanizmlərin yaşamaq uğ-
runda mübarizələrinin mexanizmi verilmişdir. Eyni zaman
da əsərdə orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi
fikir verilmişdir.
Yuxarıda göstərilən mənbələr, o cümlədən Ç.Darvinin
əsərləri ekologiya sahəsində bəzi kəmiyyət göstəricilərinin,
habelə nəzəriyyələrin toplanmasına şərait yaratmışdır. Müa
sir torpaqşünaslıq elminin yaradılmasında da V.V.Dokuça
yevin əməyi, əsərlərinin əhəmiyyəti danılmazdır. Çünki tor
paqşünaslıq elminə əsaslanaraq digər elmlərin sintezi nə
ticəsində yeni ekoloji sahələr-fənlər mövcudlaşmışdır ki,
bunlara da torpaq mikrobiologiyasını, torpaq zoologiyasını
göstərə bilərik. Yadda qalmalıdır ki, əməyinə görə
V.V.Dokuçayevi tanınmış amerikan ekoloqu Y.Odum eko
logiya elminin banilərindən biri kimi qiymətləndirmişdir.
Ekologiya elmi son vaxtlar o qədər sürətlə inkişaf et
mişdir ki, hətta biologiya ilə heç əlaqəsi olmayan arxitek
tura, habelə tikinti sahəsinin mütəxəssisləri belə bunula məş
ğul olmaqdadırlar. Nəticədə müstəqil mühəndis ekologiyası,
şəhərsalmanın ekologiyası elmi istiqamətləri də yaranmışdır.
XX əsrin əvvəllərində ekologiyada tolerantlıq məsələsi
meydana gəlmişdir. Bu məsələ ilə V.Şclford məşğul olaraq
tolerantlıq «qanunmmu yaratmışdır. 1910-cu ildən başlaya
raq «tolerantlığın ekologiyası»na aid fundamental tədqiqat
işləri aparılmağa başlanılmışdır.
1963-cü ildə N.P.Naumov ekoloji proseslərin baş ver
diyi mühit, təbii şərait haqqında araşdırmalar apararaq bir
növ mühitə tərif vermişdir.
Moskva Dövlət Universitetinin professoru K.F.Rulye
1841-1858-ci illərdə əməli olaraq ekologiyanın prinsipial
18
problemlərinin tam siyahısını vermiş olsa da, lakin bu elmi
adlandırmaq üçün ifadəli məzmun - termin işlədə bilmə
mişdir. Lakin o, ilk olaraq canlıların və mühitin qarşılıqlı
əlaqəsi prinsipini dəqiqliyi ilə müəyyən edə bilmişdir. Heç
bir canlı aləm öz-özünə yaşamır, hər biri onun üçün xarici
aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa uyğunlaşır.
Bu ünsiyyət qanunudur. Bu prinsipi K.F.Rulye inkişaf
etdirərək mühitlə qarşılıqlı əlaqəni fərdi yaşayış hadisəsi və
ümumi yaşayış hadisəsi kateqoriyalarına ayırmışdır. Bu eko
loji proseslərin müasir təsəvvürünə uyğun gəlir. K.F.Rulye
heyvanların geniş ekoloji tədqiqat sistemini işləyib ha
zırlamışdır. K.F.Rulyenin şagirdi sayılan N.A.Severtsov ilk
dəfə Rusiyada ayrıca bir regionun ekoloji tədqiqatı əsasında
qiymətli əsər yazmışdır.
A. Humbelton fızionomik istiqamətini davam etdi
rərək Danimarka botaniki A.N.Veketov (1825-1902-ci illər)
bitkilərin coğrafi yayılması ilə onların anatomik və morfo-
loji quruluşlarının xüsusiyyətləri arasında əlaqəni aşkar et
məklə yanaşı ekologiyada fizioloji tədqiqatların əhəmiy
yətini də göstərmişdir. A.F.Middendorf arktika faunasının
quruluşunu, ümumi xüsusiyyətlərini və həyatım öyrənərək
Humbolt təliminin zooloji obyektdə öyrənilməsinin əsasını
qoymuşdur.
Alman bioloqu, təkamülçü Ernst Hekkel (1834-1919-
cu illər) ilk dəfə ekologiya elmini biologiyanın müstəqil və
aparıcı sahəsi kimi ayırmış, ona ekologiya adını vermişdir.
V.V.Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən
davam etdirilərək «Meşə haqqında təlim» adlı əsərində me
şənin ekologiyasının əsasım qoymuşdur. Daha sonralar
Q.N.Visotskinin yazmış olduğu işlər meşələrin ekologiyası
elmini daha da zənginləşdirmişdir.
Beləliklə, XX əsrin əvvəllərində hidrobioloqlar, bota-
niklər və zooloqların ekoloji məktəbləri formalaşır, onların
hər birində ekologiya elminin müəyyən qanadları inkişaf
19
Dostları ilə paylaş: |