işıqlandırılmışdır. Lakin, onun 1986-cı ildə yazmış olduğu
«Ekologiya» böyük həcmli və 2 kitabdan ibarət olması on
dan tələbələrin dərslik kimi istifadəsini çətinləşdirir.
D.İ.Armandın (1966-cı ildə), Y.K.Fyodorovun (1972-ci
ildə), Y.A.İzrailin (1974-cü ildə), xarici tədqiqatçılardan
P.Dyuvinonun (1968-ci ildə), B.Kommoncrin (1971-ci ildə),
K.Uatın (1968-ci ildə) monoqrafiya və dərsliklərində ətraf
mühitin, təbii ekoloji durumun antropogen təsirə məruz qal
malarından ətraflı danışılır, həyəcan təbili çalınır. Əgər Yer
kürəsinin quru sahəsi 149 mln kv.km-dirsə mövcud buzlaq
sahələrini, dağların çılpaq və sıldırımlı yamaclarını da nəzərə
aldıqda onun antropogen təsirlərə məruz qalmayan sahəsi
cəmi vur-tut 97 mln kv.km-dən çox deyildir.
1999-cu ildə isə A.K.Brodskiy ali təhsil müəssisələrinin
ekologiya ixtisası alan tələbələri üçün «Ümumi ekologiyanın
qısa kursu» adlı dərs vəsaitini nəşr etdirmişdir.
1992-ci ildə Rio-de-Janeyroda Botanika bağlarının
Ümumdünya Şurasında «Bioekoloji müxtəlifiik»ə aid BMT
konvensiyasına əsasən «Yerin fauna və florasının genofon-
dunun saxlanılması və bitgilərin mühafizəsi» konfransında
ətraf mühitin ekoloji tarazlığının pozulmasının qarşısının
alınması məqsədi ilə proqramm qəbul olunmuşdur.
Əlbəttə, qlobal problem hesab edilən ekologiyanın
tədqiqi ilə bütün dövlətlər, onların tədqiqatçıları, alimləri
məşğul olduqları Azərbaycan Respublikası dövləti, onun
tədqiqatçıları, alimləri də əllərindən gələn xeyirxah işləri
əsirgəmirlər. Respublikada ətraf mühitin mühafizəsi, təbii
ekoloji durumun bu və ya digər məsələlərinə dair B.Bu-
daqov, U.Kazımov, T.Hüseynov, C.Mahmudov, M.Xəlilov,
M.Musayev, T.S.Məmmədov, İ.B.Xəlilov və bir çox başqa
ları çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların, dərs
liklərin müəllifləridir.
Azərbaycan Respublikasında ekologiya və təbiətin mü
zakirə sahələrində bir neçə qanunvericilik aktları qəbul
24
edilsə də təbiətə olan antropogen təsirlərin qarşısının
alınmasında həmin qanunvericilik aktları hələlik lazımi təsir
göstərə bilmir.
Müasir mərhələdə ekologiyanın inkişafı, canlı aləmin
sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməyi tələb
edir. Həm də təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin sə
mərəli formalarının əsaslandırılmasını bacarmaq çox gə
rəklidir. Belə olduqda ekoloji bilikləlrin sosial rolu da artmış
olur. Ekologiya sahəsində fundamental tədqiqatların apa
rılması xalq təsərrüfatının aşağıdakı problemlərinin həlli ilə
müəyyənləşdirilir. Belə ki, ətraf mühitin təbii vəziyyətini
saxlamaq şərti ilə istehsalı intensivləşdirmək, təbii resurs
lardan istifadənin iqtisadi effektliyini artırmaq çox gərək
lidir. Göstərilən problemlər yalnız bütün ölkələrin eko
loqlarının birgə səyi və gücü ilə yerinə yetirilə bilər. Odur ki,
qlobal ekologiya sahəsində Beynəlxalq əməkdaşlıq geniş
surətdə həyata keçirilməkdədir. Müasir dövrdə insanların
geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq
ekoloji böhranın təhlükəsizliyi, planetar sistemin qeyri-bə
rabər ölçüdə fəlakətli olması hamıya açıq-aydındır. Bu fəla
kətlərin qarşısının alınması mümkünlüyü, eləcə də ekoloji
biliklərin inkişafı və mənimsənilməsi əsasında tapılaraq həyata
keçirilə bilər. Belə biliklərin gücü təbii ehtiyatlardan sə
mərəli, rentabelli, düzgün yararlanmaq, populyasiyaların sa
yını nizamlamaq, sənaye istehsalı təşkilinin yeni üsul, prin
sip və amillərini tapmağa, kənd təsərrüfatı problemlərinin
yeni həllinə köməklik edər.
Müasir dövrdə elmi-texniki tərəqqinin (ETT) sürətli
inkişafı ekologiyanın insan həyatının hərtərəfli öyrənilmə
sində ölçüyəgəlməz dərəcədə əhəmiyyət kəsb etməsinə səbəb
olur. Çünki, ekologiya elmi öz xüsusiyyətlərinə görə həyatın
bütün sahələrində - təbii ehtiyatların qorunub saxlanıl
masında, insan sağlamlığının ətraf mühitlə qarşılıqlı əlaqə
25
lərinin daha da möhkəmləndirilməsində əsas mənbələrdən
biri hesab edilir.
Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif
ekoloji faktorlar güclü təsir göstərirlər. Canlı orqanizmlərə
bilavasitə və ya bilvasitə təsir edən hər hansı bir mühit
ekoloji faktor adlandırılır. Ekoloji faktorları üç kateqori
yaya bölürlər: 1) Cansız təbiət faktoru — abiotik faktor;
2) Canlı təbiət faktoru — biotik faktor; 3) İnsan fəaliyyəti
faktoru - antropogen faktor.
Orqanizmlərin bu və ya digər faktor təsirinə uyğunlaş
ması həmin təsirin (faktorun) dövrülüyündən asılı olur.
Birinci dövrü faktora yerin fırlanması, ilin fəsillərinin dəyiş
məsi, gündəlik işıq dəyişməsi və s. aid edilir. Bu faktorlar
hələ həyatın yaranması vaxtından əvvəl mövcud olmuşdur.
Yaranan orqanizmlər bu şəraitə uyğunlaşmaq məcburiyyə
tində qalaraq onlara uyğunlaşmışlar.
İkinci dövrü faktora, ətraf mühitin temperaturu,
nəmliyi, atmosfer çöküntüləri və s. aid edilir.
Dövrü olmayan faktorlara təbii fəlakətlər və texnogen
xarakterli faktorlar aid edilir.
Yer üzərindəki abiotik faktorlar:
- İşıq. İrəlidə göstərildiyi kimi günəşdən gələn şüanın
47%-ni görünən spektr təşkil edir. Bu spektrdə dalğaların
uzunluğu 380-750 nm-ə bərabərdir. 45% günəş şüası narıncı-
qırmızı şüalardır ki, bunlar fotosintez üçün böyük rol oyna
yır. Dalğasının uzunluğu 750 nm-dən çox olmayan infraqır-
mızı şüalar heyvan və bitkilər tərəfindən hiss olunmamasına
baxmayaraq əsas istilik enerji mənbəyi sayılır. Günəş enerji
sinin 7%-i ultrabənövşəyi şüaların hesabına düşür ki, bu
spektrda dalğanın uzunluğu 400 nm-dən çox olur.
- İonlaşdırıcı şüalar. Bu şüalar yüksək enerjiyə malikdir.
Onlar bir elementin atomundan onun elektronunu çıxarıb
başqa bir elementə birləşdirərək mənfi və müsbət ionlardan
ibarət cüt yaradırlar.
26
İonlaşdırıcı şüaların mənbəyi radioaktiv maddələr və
kosmik şüalardır. Günəş radiasiyasının atmosferin yuxarı
sərhəddindəki intensivliyi 1380 vt/m2 və ya 1,980 kal/ (də
qiqə. sm2) çatır. Yer üzərinə çatan günəş radiasiyası atmo
sferin yuxarı sərhəddinə nisbətən az olur.
Şüanın udulma dozası “ber” ilə ölçülür. Ber-rentgenin
bioloji ekvivalentidir. 1 ber 0,01 Coul/kq-a bərabərdir. İnsan
il ərzində orta hesabla 0,1 ber şüaya məruz qalır.
- Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mü
hitdə mövcud olan su məhdudlaşdırıcı fiziki faktordur. Su
heyvanat və bitki aləminin əsas kütləsini təşkil edir. Canlı
orqanizmlərin 50-80%-i sudan ibarətdir. Bəzi heyvanlarda
bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında nəmlik de
dikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan
həyatı üçün havadakı su buxarının miqdarı 40-60% normal
sayılır. Səhralarda bitkilər nəmliyin qənaətlə işlədilməsinə
adət edirlər. Onların kökləri uzun, yarpaqları isə xırda olur.
Səhra heyvanları su hövzəsinə çatmaq üçün uzun məsafəyə
sürətlə qaçmalı olurlar. Onlarda olan piy qatı daxili su
mənbəyi rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə
ondan 100 qr su ayrılır.
- Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kon-
densasiyası nəticəsində yaranır. Bu çöküntülər yer üzərində
suyun dövretməsində böyük rol oynayırlar. Çöküntülərin
miqdarından asılı olaraq yer üzərini iki zonaya bölürlər -
humid (nəm) və arid (quraqlıq) zonaları.
- Atmosfer havası. Canlı və cansız aləmin mövcudluğunu
təmin edən oksigen və karbon qazının havadakı miqdarı
müvafiq olaraq 21 və 0,3 % təşkil edir.
Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi
(atmosfer havası) nisbətən sabit qalır. Havaya oksigen yaşıl
bitkilərdən daxil olur. CO
2 günəş və yer üzərində gedən şüa
lanma proseslərindən yaranır. Atmosferin ozon qatı Yer kü
27
Dostları ilə paylaş: |