ki, elə bir ikinci elm sahəsi yoxdur ki, o da ekologiya elmi
kimi onunla belə sıx təmasda, sintezdə iştirak etmiş olsun.
Bu xüsusiyyət, ekologiyam digər elm sahələrindən fərqlən
dirən cəhətlərdən ən başlıcasıdır. Bu əsasdan da ekologiya
elmi canlı orqanizmlər arasında və onların yerləşdiyi coğrafi
mühitlə qarşılıqlı əlaqə haqqında mövcud olan müstəqil bir
elm sahəsinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə ekologiya el
minin ayrı-ayrı sahələrinin yaranma tarixi müxtəlifliyi ilə
seçilirlər.
Yaddan çıxarmaq lazım deyil ki, tədris prosesində eko
logiyanı antekologiya, populyasiya ekologiyası, ekosistetm
ekologiyası və biosfer haqqında təlim bölmələrinə də ayı
rırlar.
Ekologiyanın özünəməxsus tədqiqat obyekti vardır.
Həmin obyekt getdikcə genişlənir, tədqiqat mərkəzi kimi in
san ekologiyasının problemlərini ön plana çəkir. İnsan
ekologiyasının əsas məqsədi onun əhatəsində olan ətraf təbii
mühitin saxlanılması, onun keyfiyyətinin daha da yaxşılaş
dırılması və qorunması üsullarını tədqiq edib öyrənməkdən
ibarətdir.
Müasir mərhələdə ekologiyanın təkamül, riyazi, insan,
heyvanlar, bitgi, kosmos, səhiyyə və sair sahələri daha
sürətlə inkişaf edir. Burada, xüsusilə kosmos ekologiyası
kosmonavtların uzunmüddətli uçuşu zamanı mütləq nəzərə
almır. Belə ki, kosmos ekologiyası kosmik aparat daxilində
insanların əmək fəaliyyətinə dayaq olmaq üçün kiçik qapalı
sistem ekoloji şəraitini tədqiq edir.
Müasir dövrdə biosfer ehtiyatlarından, bizi yaşadan
planetimizin bütün təbii sərvətlərindən, kosmik fəzadan sə
mərəli, rentabelli istifadə olunması və onların bərpası pro
blemləri müharibə, sülh, ərzaq çatışmazlığı və sair pro
blemlərin həll olunmasından heç də az əhəmiyyət kəsb
12
etmir. Buna görə də ekologiya elmi bir növ elmlərin «şahı»
sayılmalıdır.
Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi sayə
sində ətraf mühitdən istifadə gündən-günə artaraq təbiətdə
mənfi, müsbət təsirlərin izləri qalmaqdadır. Əhalinin yaşayış
tərzinin yüksəlməsi müşahidə edilir, canlı aləmin müxtəlif
xəstəliklərə tutulmasının qarşısı alınır, insanların ömrü
uzanır, uşaq ölümlərinin sayı azalır və sair kimi müsbət
halların sayı çoxalır. Bir sözlə ETT-nin inkişafı ekologi
yanın insan həyatının hərtərəfli öyrənilməsində mühüm əhə
miyyət kəsb etməsinə səbəb olur. Ekologiya elmi öz xüsusiy
yətlərinə görə bütün sahələrdə təbii ehtiyatların qorunub
saxlanılmasında, insanların sağlamlığının ətraf mühitlə qar
şılıqlı əlaqəsinin möhkəmləndirilməsində əsas mənbəyə
çevrilir. Təbii ekosistemdə maddələrin və enerjinin əmələ
gəlməsini yaxşılaşdırmaq məqsədilə biosferdə yeyinti məh
sullarının keyfiyyətinin və miqdarının artırılması istiqa
mətində müxtəlif tədbirlərin işlənib hazırlanması ən vacib
məsələlərdəndir. Ekologiyanın təcrübi əhəmiyyətindən bir
daha söhbət açarkən onun sayəsində kənd təsərrüfatında,
eləcə də təbii sərvətlərdə olan ziyanvericilərə qarşı mübarizə
sistemini daha da təkmilləşdirməklə bioloji, aqrotexniki və
kimyəvi üsullardan istifadə etməklə biosenozda müəyyən
növlərin miqdarı artırılır.
Təbii bitginin və heyvanat aləminin artırılmasında eko
logiyanın müvafiq təcrübi tədbirlərinin hazırlanması böyük
əhəmiyyət kəsb edir. Balıqçılıq və ovçuluq təsərrüfatında
ekoloji qanunauyğunluqlardan düzgün istifadə öz müsbət
nəticələrini verməkdədir.
Kənd təsərrüfatının ətraf mühitlə qarşılıqlı əlaqəsinin
öyrənilməsində, təbii və mədəni landşaftın müasir üslubda
qurulmasında ekologiya bir elm kimi aparıcı rol oynayır.
Ekologiya daxili su hövzələrinin bioloji və hidrokim-
yəvi rejiminin pozulması nəticəsində əmələ gələn və gələ-
13
çəkdə insanlar üçün pis nəticə verə bilən bir çox məsələlərin
araşdırılmasında həlledici rol oynayır. Bununla yanaşı göy-
yaşıl planktonlarm inkişafında suyun keyfiyyətinin pisləş
məsini və qiymətli balıq növlərinin məhv olmasını müəyyən
edir.
Ekologiyanın, təbiətin qorunmasında, nəsli kəsilməkdə
olan flora və faunanın bərpasında, ətraf mühitin çirklən
mələrdən, təbii fəlakətlərdən müdafiəsində, biosferdə ok
sigen balansının tənzimlənməsi və saxlanılmasında, meşə
lərin, milli parkların, qoruqların, yasaqlıqların yaradılma
sında, landşaftın planlaşdırılması sahəsində həyata keçirilən
təcrübələrin, təbii ekoloji tarazlığın qorunub saxlanılma
sında əhəmiyyətləri ölçüyə gəlməzdir.
Ekologiya elminin son tətbiqi nəticələri müasir və gə
ləcək nəsilləri sağlam təbii mühitlə təmin etmək üçün elmi
əsaslar hazırlamaq, təbii ehtiyatların mühafizəsi və tullan-
tısız texnologiyaların ekoloji əsaslarını müəyyən etmək, op
timal və etibarlı fəaliyyət göstərən antropogen ekosistemlər,
rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin
bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək
və s. məsələləri özündə birləşdirir.
Ekologiya termininin meydana gəlməsinin tarixi
kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin
həyatı, onların xarici mühitdən, yəni əhatə olunan üzvi və
qeyri-üzvi aləmdən asılı olması, fauna və flora aləminin ya
yılması xarakteri haqqında məlumatlara hələ eramızdan
əvvəlki dövrlərdə rast gəlinmişdir. Müxtəlif tarixi dövrlərdə
qədim Roma və Yunanıstanda ekoloji baxışlar təbiətşünas
filosofların əsərlərində öz əksini daha geniş tapmışdır.
Eramızdan əvvəl 384-322-ci illərdə Aristotelin, e.ə 79-
23-cü illərdə Böyük Plineyin, eləcə də 1627-1691-ci illərdə
Boykonun əsərlərində ətraf mühitin orqanizmlərin həya
tında əhəmiyyəti, eləcə də onların yaşayış məskənlərində
məskunlaşmaları məsələlərinə toxunulmuşdur. Aristotel öz
14
əsərlərində ona məlum olan 500-dən artıq heyvan növünü
şərh edərək onların davranışları haqqında dövrü kifayətlən-
dirən məlumatlar vermişdir. O da maraqlıdır ki, «botani
kanın atası» sayılan, eyni zamanda Aristotelin şagirdi olan
T.Ereziyski müxtəlif şəraitdə bitkilərin forma və xüsusiy
yətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumat
vermişdir.
Ekologiyanın bütöv bir sistem kimi təşəkkül tapması və
onun inkişaf tarixi XIX əsrin sonu - XX əsrin əvvəllərinə
təsadüf edir. 1913-cü ildə Ç.Edamsm «Heyvanların ekolo
giyasının öyrnəilməsinə dair» əsəri nəşr olunmuş, 1914-cü
ildə indi də fəaliyyətdə olan Britaniya Ekoloji Cəmiyyətinin
ilk toplantısı baş vermiş, 1916-cı ildə Amerika Ekoloji Cə
miyyəti yaradılmış, 920-ci ildən Amerika qitəsində «Eko
logiya» adlı elmi jurnal işıq üzü görmüşdür. O, müasir
dövrdə də çox çəkili jurnal hesab edilir.
Ayrı-ayrı tədqiqatların, alimlərin ekologiya sahəsində
görmüş olduqları işlərin kəmiyyət, keyfiyyət göstəricilərinin,
xüsusi çəkilərinin müxtəlifliyi əsasən 3 mərhələdə həyata
keçirilmişdir. Bunlar XIX əsrin 60-cı illərinə qədərki dövrü,
XIX əsrin 60-cı illərindən başlayaraq XX əsrin 50-ci illərinə
qədərki dövrü və habelə XX əsrin 50-ci illərindən
başlamaqla müasir dövrü əhatə edir. Həmin mərhələlərin
qısa şərhini vermək məqsədyönlü sayılır.
Məlumdur ki, ekologiyanın bir elm kimi yaranması, tə
şəkkülü, inkişafı tarixin xronoloji ardıcıllığı nəzərə alın
maqla birinci mərhələyə aid edilir. Burada canlı orqanizm
lərin məskunlaşdığı təbii mühitlə qarşılıqlı əlaqəsi haqqında
məlumatlar toplanmışdır. XVII-XVIII əsrlərdə ekoloji mə
lumatlar ayrı-ayrı canlılara həsr olunmaqla onların bioloji
aləminin şərhinə həsr edilmişdir. Hələ 1734-cü ildə
A.Rcomyurun, eləcə də 1744-cü ildə L.Tramblenin əsərləri
ayrı-ayrı həşəratlardan bəhs edirdi. Müxtəlif dövrlərdə ayrı-
ayrı filosoflar, o cümlədən K.Linneyin, Y.Barfonun,
15
Dostları ilə paylaş: |