etməyə başlayır. Belçikanın paytaxtı Brüsseldə keçirilən III
Botanika konfransında - 1910-cu il bitki ekologiyası rəsmi
olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaş
maların ekologiyasına (sinekologiya) ayrıldıqdan sonra belə
bölgü heyvan və ümumi ekologiyaya da aid edilmişdir.
Ekologiya XIX-cu yüzilliyin sonu, XX-ci yüzilliyin
başlanğıcında müstəqil bir elm sahəsi kimi mənbələrdə öz
əksini tapmışdır. Amerikalı alim C.Adams (1913-cü il) ilk
dəfə olaraq heyvanların ekologiyası terminini elmə gətirmiş,
eləcə də ilk dəfə ekologiya üzrə məlumatları dərslik kimi
nəşr etdirmişdir. Eləcə də bu dövrdə bir çox tədqiqatçıların
ekoloji tədqiqatlarının nəticələri nəşr olunaraq işıq üzü gör
müşdür.
1913-1920-ci illərdə ekologiya elmi sahəsində bir çox
cəmiyyətlər yaradılmışdır. Eyni zamanda ekologiyaya dair
məcmuələrin əsası qoyulmaqla bir çox ali təhsil müəssisə
lərində ekologiya fənninin tədris olunmasına başlanılmışdır.
V.İ.Vernadskinin 1926-cı ildə məşhur «Biosfer» adlı kitabı
nəşr olunaraq, orada ilk dəfə canlı orqanizmlərin məcmusu
nun planetar rolu öz əksini tapmış olur.
S.A.Severtsov, S.S-Şvars, N.P.Naumov, Q.A.Viktorov
Rusiyada populyasiya ekologiyasının inkişafına yeniliklər
gətirməklə tanınmışlar. Göstərilən alimləlrin əsərləri bu elm
sahəsinin müasir vəziyyətini xeyli yüngülləşdirmişdir.
Bitkilərdə populyasiyaların tədqiqinin başlanğıcını
L.N.Sinski qoyaraq növlərin ekoloji və coğrafi polimorfiz-
minə aydınlıq gətirmişdir. Bitkilərin populyasiya ekologiyası
haqqında bir sıra məsələlərlə T.A.Rabotnov, A.A.Uranov
və onların davamçıları məşğul olmuşlar. V.N.Sukaçev bio
geosenozu elmə daxil etmiş, B.Plantefol isə (1930-cu ildə)
fiziologiya ilə ekologiyanın predmetlərini araşdırmışdır.
Yuxarıda şərh olunan fundamental işlərlə yanaşı
ekologiya və təkamül məsələlərini sıx əlaqələndirən səmərəli
«ekoloji sığınacaq» konsepsiyası da işlənib hazırlanmışdır.
20
Belə ki, bu sahədə Qərb alimlərindən C.Qrinmel, Ç.T.Elton,
R.M akartur və başqalarının xidmətlərini xüsusi qeyd etmək
gərəklidir.
M.S.Qilyarovun (1949-cu il) faunanın morfoloji və təka
mül ekologiyasının inkişafındakı rolunu göstərməsini xüsusi
qeyd etmək vacibdir.
1930-1940-cı illərdə ekologiyada təbii ekosistemlərin
tədqiqində prinsipcə yeni yanaşma mövcudlaşmışdır. 1935-ci
ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürməklə
xeyli qabağa getmişdir. Hal-hazırda «Ekosistem» anlayışı öz
çəkisini, rolunu və əhəmiyyətini saxlamaqdadır. Çünki, o,
maddələr dövranının miqdarını və enerji transformasiyasını
müəyyən etməyə imkan verir.
Tanınmış rus alimi V.İ.Vernadski (1863-1945-ci illər)
geoloji hadisələrdə və həmin hadisələrin inkişafında canlı or
qanizmlərin və onların həyat fəaliyyətinin, məhsullarının
böyük roluna fikir vermiş, biosfer anlayışının, onun möv
cudluğunun, qanunauyğunluqlarının möhkəmliyi və inkişafı
haqqında mövcud olan elm sahəsinin banisinə çevrilmişdir.
Bitki ekologiyasının əsasları üzrə K.A.Timiryazevin
ənənəsini unutmaq olmaz. Onun ənənəsini sonralar çox qiy
mətli yeniliklərlə N. A. Maksimov davam etdirmişdir.
XX əsrin 30-40-cı illərində heyvanların ekologiyası haq
qında K.Frideriksin (1930-cu ildə), F.Bodenqeymerin (1938-ci
ildə), D.N.Koşkarovun (1938-ci ildə) yeni məlumatları işıq
üzü görmüşdür.
Qlobal ekologiyanın inkişafında biosenozların tədqiqi
üzrə geobotaniki tədqiqatları İ.M.Lavrenko (1949-cu ildə)
yerinə yetirmiş və qiymətli məlumatlarla elm aləmini bəhrə-
ləndirmişdir.
A.A. Qriqoryev (1956-cı il) öz əsərlərində coğrafi
zonaların ayrılmasının təbiət proseslərinin qarşılıqlı təsirinin
nəticəsi olduğunu göstərmişdir.
21
XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər
olan dövr üçüncü mərhələni əhatə edir. Bu mərhələdə saf
ekologiyaya xüsusi bir tələbat yaranmışdır, ona görə ki,
ətraf mühitin kəskin çirkləndirilməsi və insanlarm-antropo-
gen varlığın təbiətə, təbii varlığa, ətraf təbii coğrafi mühitə
xoşagəlməz təsirlərinin gündən-günə artması müşahidə
olunmaqdadır. Rastlaşdığımız vəziyyətin nəticəsidir ki, hal-
hazırda ekologiya kompleks elm sahəsinə çevrilərək ətraf
mühitin qorunması sahəsini də özündə cəmləşdirməkdədir.
Ekologiya ciddi bioloji aləmdən biliklərin tsiklinə çev
rilərək özünə fundamental coğrafiya, geologiya, kimya, fi
zika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat və sair böl
mələri daxil etmişdir. Ekologiya mövcud «Qlobal prob
lemlər» sisteminə daxil olduğundan onun həlli nəinki ayrı-
ayrı elmlərin cəmini - fəaliyyətini tələb edir, habelə dünya
dövlətlərinin, Beynəlxalq təşkilatların, ayrı-ayrı birliklərin
birgə səylərinin məcmusnu tələb edir. Çünki, necə deyərlər
tək əldən səs çıxmaz.
XX əsrdə elmdə xüsusi fən olaraq ekologiyanın sosial
aspektləri üzrə tədqiqat işləri daha da geniş vüsət almağa
başlamışdır. Hələ keçən əsrdə D.P.Marş insanın təbiətdə
müxtəlif formada hərtərəfli dağıntılar törətməsini aşkar
edərək onu şərh etmişdir. Eləcə də fransız coğrafiyaşünası
P.Vidal, C.Brorm, E.Martonni təbiətin mühafizəsi sahə
sində müxtəlif əhəmiyyətli proqramların işlənib hazırlan
masında fəal iştirak etmişlər. Fransız alimləri D.Fevr,
M.Sor rus alimləri A.A.Qriqoryev, İ.P.Gerasimov coğrafiya
sahəsində apardıqları tədqiqatlarda sosial aləmdə insanların
ətraf mühitə təsirlərini təhlil edərək onları hərtərəfli
öyrənmişlər. Böyük rus alimi V.İ.Vernadski biosferin noo-
sferə çevrilməsinin - insanın sosial fəaliyyətinin geoloji in
kişafa təsirinin nəticəsi olduğunu göstərmişdir.
Bu mərhələdə biosferin təkamülünün qanunauyğun
luğu haqqında A.P.Vinoqradov (1967-ci ildə), K.K.Markov
22
(1960-cı ildə), A.İ.Oparin (1957-ci ildə) öz əsərlərində geniş
yer vermişlər.
Təbii mühitdə bütün canlılar bir çox ekoloji təsirlərə
məruz qalır. Bu ekoloji təsirlərin təsnifatında abiotik və bio-
tik qruplara ayrılır. Ekoloji təsirlərin təsnifatı ilə V.Pimental
(1958-ci ildə), V.P.Tişenko (1980-ci ildə), A.S.Monçadski
ekoloji faktorları 3 qrupa: birinci dövri, ikinci dövri, dövri
olmayan faktorlara ayırmışdır. Həmin ekoloji təsir bölgüsü
indi də əhəmiyyətli sayılır.
XX əsrin 20-30-cu illərində İtaliya tədqiqatçısı V.Vol-
ter və amerikan alimi A.Lotka ilk dəfə olaraq ayrı-ayrı
populyasiyaların dinamikasını, onların rəqabət və yırtıcılıq
əlamətlərinin riyazi inkişaf modelini müəyyənləşdirmişlər.
Əsrin 40-50-ci illərində isə rus botanikləri T.A.Roba-
nov, A.A.Uranov bitgilərin populyasiyalarını müəyyənləş
dirmişlər. Bir qədər sonra ingilis alimi C.Xarper də po-
pulyasiyaların analoji şərtlərini açıqlamışdır.
XX əsrin 50-ci illərində ilk dəfə olaraq ümumi ekolo
giya elmində hidrobiologiyanın inkişafı özünə geniş yer
tapmışdır.
XX əsrin 50-60-cı illərində antropogen fəaliyyətin ətraf
mühitə təsiri qlobal problem kimi müəyyən edilmişdir.
Q.F.Qauzenin apardığı elmi-tədqiqat işlərində mikroorqa-
nizmlərin ətraf mühitdə rəqabətləri müəyyən edilmişdir. 60-
70-ci illərdə bütün dünyada ekoloji tədqiqatlar daha da
genişlənməyə başlamışdır. Əsasən ekosistemin məhsuldar
lığı, ətraf mühitin mühafizəsi problemləri üzrə elmi araşdır
malar geniş vüsət almışdır. 1964-cü ildə ilk dəfə olaraq
Ümumdünya bioloji proqramı tərtib edilmişdir. Ekosistem
və Yer kürəsinin müxtəlif regionlarında «İnsanın biosferdə
fəaliyyəti» mövzusunda geniş müzakirələr aparılmaqdadır.
XX əsrin 68-75-ci illərində ABŞ-da dünya şöhrətli
alim-ekoloq Y.Odum bir çox monoqrafik əsərlərində mü
hitin ekoloji amillərdəki rolu əsas qəbul edilmiş və geniş
23
Dostları ilə paylaş: |