Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

 
 
 
 
80 
2.  Kommersiya  banklarının  artıq  ehtiyatlarının  həcminin 
zəruriliyi; 
 3.  Əmanətçilərin  onlara  nə  qədər  nağd  pul  lazım  olması 
qərarı; 
Bununla  əlaqadar  olaraq  pul  multiplikatoru  depozitdən 
azdır.  Belə  ki,  depozit  multiplikasiyası  prosesində,  depozitlər 
əmanətçilər  tərəfindən  nağd  pula  çevirdikləri  üçün,  depozitin 
həmin  hissəsi  burada  iştirak  etmir.  Burada  bankların  kreditləşmə 
üçün istifadə etmədikləri artıq ehtiyatlar istifadə oluna bilməz.  
Əgər r, 
D
er
 və 
D
C
 böyüklüyü həcmi daimi, yaxud on-
ların  dəqiq  mənasını  təyin  etmək  mümkün  olsa  idi,  o  zaman 
multiplikatorun  pul  böyüklüyünün  (  həcminin)  hesabı  hər  bir 
zaman  üçün  çətinlik  yaratmazdı.  Mutiplikatorun  böyüklüyünü 
əvvəlcədən  müəyyən  etmək  mümkün  olsa  idi,  tədavüldə  pul 
kütləsinin  nəzarət  olunan  həcmini  saxlamaq  mümkün  olardı. 
Mərkəzi  Bank  eyni  zamanda  müvafiq  şərtlə  pul  bazasının 
böyüklüyünü proqnozlaşdıra bilərdi.  
Amma  pul  multiplikatorunun  formula  komponentlərindən 
ancaq  “r”  daimi  böyüklüyü  hər  hansı  bir  ölçüdə  ifadə  edir.  Bu 
zaman  mütləq  ehtiyat  norması  (həcmi)  Mərkəzi  Bank  tərəfindən 
çox  nadir  halda  dəyişdirilə  bilər.  Başqa  təşkil  olunan  formulalar 
dəyişən 
böyüklüyündədirlər, 
onların 
isə 
dinamikalarını 
proqnozlaşdırmaq  mürəkkəbdir.  Belə  ki,  bu  bütün  iqtisadi 
münasibətlər üzrə subyektlərin idarə olunmasından asılıdır. Buna 
görə  də  gələcək  dövrlər  üçün  pul  multiplikatorunun  mövqeyini 
dəqiq hesablamaq olmaz.  
Eyni  zamanda  pul  multiplikatorunun  həcmini  (böyük-
lüyünü)  keçmiş  vaxta  görə  təyin  etmək  olmaz.  Təcrübədə 
Mərkəzi  Banklar  pul  multiplikatorunun  hesablamalarını  yerinə 
yetirirlər,  yəni  ümumi  pul  kütləsinin  həcmini  cari  pul  kütləsinin 
həcminə  bölməklə  Mərkəzi  Bank  faktiki  pul  multiplikasiyasının 
dərəcəsini  təyin  edir. Bir sıra  hallarda  pul  kütləsi komponenti  ilə 
pul  bazası  arasındakı  qarşılıqlı  əlaqəni  müəyyən  etməyə  ehtiyac 


 
 
 
 
81 
yarandıqda,  bu  zaman  bir  neçə  pul  multiplikatorunun  növlərini 
hesablayırlar və bunlar aşağıdakılardır,  
1.  Faktiki  pul  multiplikatoru  ilə  birgə  pul  kütləsinin  pul 
bazasına nisbəti; 
2. M1 və ya M2 nisbətinin pul kütləsinə nisbəti;  
3. Birgə pul kütləsinin Mərkəzi Bankın real daxili kreditinə 
nisbəti.  
  
Qeyd  etmək  lazımdır  ki,  bank  sistemini  artıq  ehtiyatının 
azalması zamanı bank depozitlərinin dəfələrlə çoxsaylı ixtisarı və 
yaxud azalması baş verir. Bank sisteminin artıq ehtiyatı aşacıdakı 
hallarda azala bilər: 
1.  Mərkəzi  Bankın  pul  kütləsinin  artmasına  yönəldilmiş 
məhdudiyyətləri zamanı; 
2. Məcburi ehtiyat normasının artması; 
3. Kommersiya banklarının kredit dövriyyəsinin azalması;  
4.  Kommersiya  banklarında  kredit  faizlərinin  və  kredit 
qoyuluşunun artması; 
5.  Kommersiya  banklarında  qiymətli  kağızlar  və  xarici 
valyutaların satışının artması;  
6. Kommersiya banklarının artıq ehtiyatları azala bilər, yəni 
müştərilər  hər  hansı  səbəbdən  öz  əmanətlərini  götürsünlər  və 
onarı nağd pula çevirsinlər.  
Nağdsız hesablaşmalar müəyyən olunmuş formalı hesabat 
sənədləri əsasında və müvafiq sənəd dövriyyəsinə riayət olunması 
ilə  aparılır.  Hesabat  sənədlərinin  növündən,  ödəniş  vasitəsindən 
və  bankda sənəd dövriyyəsinin təşkilindən asılı  olaraq  ödəyicilər 
və  vəsait  alanların  aşağıdakı  əsas  nağdsız  hesablaşma  formaları 
fərqləndirilir:  
1. ödəniş tapşırıqları ilə hesablaşma; 
2. planlı ödənişlər qaydasında hesablaşmalar
3. akkreditivlə hesablaşma; 
4. qəbzlə hesablaşma;  
5. ödəniş tələbləri – tapşırıqları ilə hesablaşma;  
6. qarşılıqlı tələblərlə hesablaşmalar


 
 
 
 
82 
7. aksept hesablaşması; 
8. banklararası hesablaşmalar.  
 
Ödəyici  və  vəsait  alan  arasında  hesablaşma  formaları 
müqavilə  əsasında  müəyyən  olunur.  Hər  bir  nağdsız  hesablaşma 
forması,  onun  müxtəlif  ölkələrdə  istifadə  xüsusiyyətlərinə  və  ya 
hər bir ölkənin müxtəlif tarixi inkişaf mərhələlərinə baxmayaraq, 
özünəməxsus  ümumi  xüsusiyyətlərə  malikdir  (sənəd  dövriyyəsi 
qaydası, hesablaşma sənədinin növü, ödəniş vasitəsi).  
 
Müqavilə  və  sazişlər  bağlanarkən  tətbiq  edilən  hesablaşma 
formalarının  müxtəlifliyi,  bu  və  ya  digər  hesablaşma  formasının 
seçilməsi prinsipləri ölkədəki konkret iqtisadi vəziyyətdən asılıdır 
və  təsərrüfat  sahəsində  islahatlar  edildikdə  mühüm  dəyişikliklərə 
uğrayır.  
 
Hesablaşma  formalarının  seçilməsi  əsasən  aşağıdakılarla 
müəyyən olunur: 

 
Kontragentlər  arasında  olan  təsərrüfat  əlaqələrinin 
xüsusiyyəti ilə; 

 
Tədarük  olunan  məhsulların  xüsusiyyəti  və  onların 
qəbul şərtlərilə; 

 
Müqavilə baglayanların olduğu yerlə; 

 
Yüklərin nəql edilmə vasitəsilə

 
Hüquqi şəxslərin maliyyə vəziyyəti ilə.  
Hesablaşma  formalarının  seçiminə  hesabat  işlərinin 
aparılmasının  müəyyənləşdirilmiş  qaydalarına  müvafiq  olaraq 
bank  tərəfindən  nəzarət  edilməlidir.  Bank  müştərilərinə 
hesablaşma formasını seçərkən onların maksimal dərəcədə sürətli 
olması  zərurətinə,  sənəd  dövriyyəsinin  sadələşdirilməsinə, 
kontragentlər 
arasında 
vəsaitlərin 
qarşılıqlı 
yenidən 
bölüşdürülməsinin  istisna  olunmasına  əməl  etməli  olduqlarını 
məsləhət görməlidir.  
Məsələn,  qəbul-təhvil  sənədləri  üzrə  qəbul  olunmuş  mal-
material  dəyərlilərinə  görə  eyni  və  başqa  şəhərin  hesablaşmaları 
və  ya  onların  həyata  keçirilməsi  bir  gündən  artıq  olarsa,  ödəniş 
tapşırıqları  və  ya  qəbz  kitabçalarının  qəbzləri  ilə  rəsmiləşdirilir. 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə