123
FƏSİL 7. BANKLARIN QİYMƏTLİ KAĞIZLAR
BAZARINDA FƏALİYYƏT NÖVLƏRİ
7.1 Bankların qiymətli kağızlar bazarında əməliyyatları
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kom-
mersiya banklarının fond və inam əməliyyatları həyata keçirmək
hüququ var. Bu əməliyyatların obyekti qiymətli kağızlardır.
Qiymətli kağızlar qiymətli kağız sahibinin emitent barəsində
əmlak hüquqlarını və ya borc münasibətlərini təsdiqləyən pul
sənədidir. Qiymətli kağızın emitenti dedikdə qiymətli kağızı
buraxan (emissiya edən) və qiymətli kağıza görə onların sahibləri
qarşısında öz adından məsuliyyət daşıyan hüquqi şəxs başa
düşülür. Emitent
kimi dövlət, yerli hakimiyyət orqanları, müəssisə
və təşkilatlar, respublika ərazisində qeydiyyata alınmış digər
hüquqi şəxslər, o cümlədən, birgə müəssisələr, xarici müəssisələr
çıxış edə bilər.
Qiymətli kağızlar kağızda çap edilmiş sertifikat blankları
şəklində və ya hesablardakı qeyd formasında ola bilər. Qiymətli
kağızların hesablardakı qeydlər formasında tədavülü zamanı
qiymətli kağızın sahibi emitent barəsində öz əmlak hüquqlarını
qiymətli
kağızların saxlanması, uçotu və hesablanması
əməliyyatlarını həyata keçirən ixtisaslaşmış təşkilatlar vasitəsilə
gerçəkləşdirə bilər.
Sahibliklə bağlı əmlak hüquqlarının gerçəkləşdirilməsi üzrə
qiymətli kağızlar təqdim edilən və adlı olur. Adlı qiymətli
kağızlar onlarda adı göstərilən investora, təqdim edilən qiymətli
kağız isə onu bilavasitə təqdim edənə sahibliklə bağlı əmlak
hüquqları var. Adlı qiymətli kağızın bir sahibdən başqasına
verilməsi qiymətli kağız blankının arxasındakı (indossament) və
uçotdakı qeydlərin dəyişdirilməsi vasitəsilə həyata keçirilir.
Hal-hazırda müxtəlif mənbələrdə “birja əməliyyatları” və
“birja əqdləri” anlayışları çox vaxt paralel işlənilir. Bu anlayışlar
124
oxşar olsa da fərqlidir. Daha doğrusu, “birja əməliyyatları”
anlayışı daha genişdir.
Ümumiyyətlə, əmtəə, yaxud fond birjasından asılı olma-
yaraq,
birja əməliyyatları dedikdə, birja əmtəəsi ilə (qiymətli
kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) birjada aparılan
müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əməliyyatları birja
əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və
fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi
(kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli
kağızların saxlanması və təqdim edilməsi kimi fəaliyyət növlərini
aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə
qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini
müəyyən edir.
Birja əqdləri – birja əmtəələrinə dair hüquq və öhdəliklərin
yaradılmasına, tərtib edilməsinə, xitam verilməsinə, yaxud
dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun
müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata
keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərin məcmusudur.
Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas növləri
kimi aşağıdakıları müəyyən etmişdir:
-
Əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olun-
maqla edilən əqdlər;
-
Fərdi
forvard əqdləri;
-
Vahid fyüçers (müddətli) əqdləri;
-
Opsion əqdləri.
Brija əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin
bağlanmasının qaydası birja tərəfindən müəyyən edilir. Birja
əqdləri üzrə qaydaların ümumi tələblərinə əqdin yazılı şəkildə
bağlanması tələbi aiddir.
Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi
tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, növü,
ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və
tərəflərinin məsuliyyəti əks olunur. Bununla belə, forvard
müqavilələri əmtəənin gələcəkdə təqdim edilməsinə dair fərdi
125
öhdəlikləri ilə seçilir. Bu cür birja əməliyyatı üzrə sifarişdə
əmtəənin (qiymətli kağızın) dəqiq adı, əqdin növü (alqı-satqı),
əqd üçün təklif olunan qiymətli kağızların miqdarı, əqdin
keçirilməli olduğu qiymət, əqdin müddəti (bu gün, həftənin,
yaxud ayın sonuna qədər) və növü göstərilməlidir.
Birja əməliyyatları bir sıra fərqləndirici xüsusiyyətlərə
malikdir. Onlar:
-
Xüsusi yerlərdə
keçirilir;
-
Brija əmtəələri üzrə standart kütlələrlə (partiyalar, lotlar,
dəstlər) keçirilir;
-
Əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir;
-
Daimi keçirilir;
-
Aşkar keçirilir;
-
Qiymətqoyma sərbəstdir;
-
Dövlət
tərəfindən birbaşa tənzimlənir;
-
Vasitəçilər
tərəfindən keçirilir;
-
Qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid
qaydalarla keçirilir;
-
Əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilir;
-
İxtisaslaşmaya malikdir.
Bununla birja əməliyyatlarının (fəaliyyətinin, işinin) keçiril-
məsinin aşağıdakı prinsipləri müəyyən olunur:
-
Vasitəçi (broker) ilə müştəri arasında etibarlılıq;
-
Aşkarlıq;
-
Daimilik;
-
Sərt qaydalar əsasında tənzimlənmə.
Birja əməliyyatlarının (ticarətinin) mühüm tərkib hissələrin-
dən (mərhələlərindən) biri listinqdir.
Listinq – qiymətli kağızların fond birjasının xüsusi qiy-
mətləndirmə siyahısına (listinə) daxil edilməsidir. Listə daxil
olunan qiymətli kağızlar satışa buraxılır. Hər bir emitent özünün
qiymətli kağızlarını fond aktivlərinin birja siyahısına daxil
edilməsinə meyl edir, çünki siyahıya daxil edilmiş qiymətli
kağızlara investorlar daha böyük maraq göstərir. Birja hesabatının