126
dövrü, kütləvi və işgüzar mətbuatda dərc olunması qiymətli kağız
məzənnələrinin və onların gəlirliliyinin dəyişməsi haqqında daha
yaxşı məlumatlandırmağa imkan verir, yeni alıcıları (investorları)
cəlb edir, siyahıdakı qiymətli kağızların likvidliyini artırır.
Qiymətli kağızların rəsmi vərəqə daxil edilməsinin müsbət
cəhətləri ilə yanaşı qeydiyyat və dövrü (qiymətli kağızların
siyahısının lazımi vəziyyətdə saxlanılması üzrə) rüsumların
ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, həmçinin, emitentin
durumu haqqında informasiyanın açıqlanması zərurəti kimi
məqamlar da mövcuddur.
Hər bir fond birjası qiymətli kağızların satışa buraxılmasının
ciddi qaydalarına malikdir və müştərilərə zəmanət verir. Siyahıya
daxil edilənlərin meyarları kimi emitentin xalis gəliri, aktivlərinin
qiyməti, qiymətli kağız buraxılışının həcmi çıxış edə bilər.
Məsələn, dünyanin ən böyük fond birjası olan Nyu-York fond
birjasının emitent şirkətlərə qarşı minimal tələbləri bunlardır:
-
Səhm sahiblərinin ümumi sayı – 2200, o cümlədən, 100 və
daha çox səhm sahibinin sayı – 2000;
-
Aktivlərin dəyəri - 18 mln.
ABŞ dollarI;
-
Şirkət son üç ildə mənfəətlə işləməlidir.
-
Son ilin balans mənfəətinin həcmi 2 mln. ABŞ dollarI;
-
Buraxılmış səhmlərin miqdarı – 1100 min olmalıdır.
-
Son 6 ayda şirkətin 100 min səhmi satılmalıdır.
Aydındır ki, Nyu-York fond birjası yalnız böyük və maliyyə
cəhətdən sabit emitentlərin qiymətli kağızları ilə işləyir. Burada
qeydə alınmış korporasiyaların aktivləri ABŞ-da dövr edən
kapitalın 80%-dən çoxunu təşkil edir.
Minimal göstəricilərlə yanaşı emitentin fəaliyyət göstərici-
ləri də nəzərə alınır. Bu zaman emitent şirkətdə dövlətin iştirakı,
şirkət məhsulunun bazarı, sabitliyi və sahədəki mövqeyi, şirkətin
və bütövlükdə sahənin inkişaf perspektivləri təhlil olunur. Nyu-
York fond birjası yeni, kiçik və orta müəssisələrin inkiçafını
daima həvəsləndirir. Bu cür şirkətlər üçün sabit artım
qısamüddətli mənfəətdən üstün olduğundan o, inkişaf etməkdə