55
2. 5. Çobantoppuzu
Əhəmiyyəti. Çobantoppuzu yazda yüksək və keyfiyyətli yem
kütləsi verir. İlk yazda bütün bitkilərdən tez inkişafa başlayır ki,
bu da körpə quzuların və ana qoyunların otlaması üçün əlverişli
şərait yaradır. Bundan əlavə, çobantoppuzu Azərbaycan şəraitində
qış fəsli öz yaşıl hissəsini itirmir. Bu da qış otlaqlarında mal-
qaranın otarılması üçün böyük əhəmiyyət kəsb edir. Torpağın
strukturunu yaxşılaşdırır, münbitliyini bərpa edir (xüsusən çoxillik
paxlalı otlarla qarışıq əkdikdə), qışı sərt keçən dağlıq dəmyə
bölgələr və quraqlıq ərazilər üçün son dərəcə əhəmiyyətlidir.
Qışadavamlılığı nisbətən yüksək, quraqlığa davamlılığı isə zəifdir.
Qurudulmuş düzən bataqlı torpaqlarda, eləcə də gilli və gillicəli
torpaqlarda yaxşı bitir.
Naxçıvan Muxtar Respublikasının dəmyə torpaqlarında ço-
bantoppuzunun təmiz və qarışıq səpinlərinin
öyrənilməsi onun yay
otlaqlarının bitki örtüyünə də yaxşı təsir etdiyini göstərir. O,
yonca və xaşa ilə qarışıq halda səpildikdə bitki örtüyü zənginləşir
və məhsuldarlığı artır. Havalar quraq keçdikdə dəmyə şəraitdə
çobantoppuzunun yerüstü hissəsi quruyur, yağıntı olduqda və
torpaqda normal rütubət yarandıqda yenidən göyərib yaşıl kütlə
əmələ gətirir.
100 kq yaşıl kütləsində 23 yem vahidi, 1,5 kq asan həzm
olunan protein vardır. Hektardan 80-90 sen. quru ot, 7-8 sen.
toxum verə bilir. Orta quru ot məhsuldarlığı 40-45 s/ha, toxum
məhsuldarlığı isə 7-8 s/ha-dır.
Avropanın hər yerində və Asiyanın bəzi ərazilərində çoban-
toppuzunun 5 növü yayılmışdır. Çobantoppuzu Orta Asiyada,
Qafqazda, Ukraynada və Rusiyanın Qeyri-qaratorpaq bölgələrində
də yaxşı inkişaf edir. Azərbaycanda 3 növü vardır.
Botaniki quruluşu və bioloji xüsusiyyətləri. Çobantoppuzu
(
Dactylis glomerata L.) seyrəkkollu çoxillik ot bitkisidir. Saçaqlı
kök sistemi torpağın 100 sm dərinliyinə işləyir. Gövdəsi dikduran-
dır və hündürlüyü 150 sm-ə çatır. Hər gövdədə 4-8 buğum olur.
Uzun müddət biçilməmiş qaldıqda gövdəsi qabalaşır. Yarpaqları
56
enli (4-12 mm) və uzundur (60 sm -ə qədər). Yarpaqları silindrşə-
killidir, yeni əmələ gəldikdə uzununa ikiqat bükülür. Yarpaqların
rəngi əvvəl göyümtül-yaşıla, sonra isə sarımtıl-yaşıla çalır. Yarpa-
ğın dilçəsi uzun (3-8 mm) örtüklü, yuxarı hissədən itiləşmiş olur.
Çiçək qrupu sıx süpürgədir. Süpürgəsi çiçəkləməyə qədər yığ-
cam, çiçəkləmədən sonra dağınıq olur. Sünbülcüyü 2-3 çiçəkli, 6
-7 mm uzunluqda, uzunsov-yumurtavari, ağımtıl-yaşılımtıl, çox
vaxt isə bənövşəyi rəngli olur. Sünbülcüklər süpürgənin əsas oxu,
yaxud da yan budaqların üzərində yerləşir. Toxumu (meyvəsi)
yastı, pərdəli, üçkünc nisbətən uzunsov formalı və boz rənglidir.
Mütləq kütləsi 0,5-1,46 qramdır (şəkil 12).
Çobantoppuzu tez inkişaf edən və nəmlik sevən bitkidir.
Birinci ili 0,3-1,4 metr hündürlükdə, uzun yarpaqlı vegetativ göv-
dələr, ikinci və sonrakı illər isə vegetativ və generativ gövdələr
əmələ gətirir. İkinci ilin iyununda çiçəkləyir, toxumunun yetiş-
məsi isə iyulun əvvəlində başa çatır. Bir ton quru ot yaratmaq
üçün çobantoppuzu torpaqdan 21 kq azot, 11 kq fosfor və 33 kq
kalium elementi aparır. Azot gübrəsinə daha tələbkardır.
Becərilmə xüsusiyyətləri. Təmiz səpinlərdə səpin norması
hektara 14-15 kq (6-7mil.)-dır. Toxum məqsədilə gencərgəli sə-
pinlərdə isə norma 8-9 kq- a (3-4 mil.) bərabərdir. Tarla növbəli
əkinlərində qarışıq səpilərkən səpin norması 7-8 kq götürülür.
Toxumu tam yetişkənlik fazasında kombaynla yığırlar.
Həyat tərzi yoncaya uyğun olduğundan Azərbaycanın suva-
rılan bölgələrində xüsusən pambıqçılıq rayonlarında yonca ilə
qarışıq əkildikdə daha yaxşı nəticə verir.
Çobantoppuzu suvarıldıqda bol məhsul verir. O, işığa tələb-
kardır, lakin kolların, ağacların altında və meşələrdə də yaxşı inki-
şaf edir. Bu, çobantoppuzunun işıq və kölgəsevən bitki olduğunu
göstərir. Onun çoxillik paxlalılarla qarışıq əkini torpağın struktu-
runu yaxşılaşdırır.
Sortları: Ot əkinlərində, çəmənçilikdə
və otlaqlarda çoban-
toppuzunun 20-dən çox sortu istifadə edilir. Azərbaycanda (2010)
АзНИИКЛиП - 3 sortu (AzETYÇ və Oİ- da alınmışdır).1996-cı
ildən rayonlaşdırılmışdır.