60
Çiçək qrupu 35 sm-ə qədər uzunluqda süpürgədir. Yaşılımtıl-
ağ rəngli, gümüşü parıltılıdır. Sünbülcüyü iki çiçəklidir, iridir (7-9
mm). Yuxarı çiçəkləri ikicinsli aşağı çiçəklərində isə yalnız er-
kəkcik olur. Qılçıqları dirsəkşəkilli əyilmiş, 15-20 mm uzunluqda
olur. Çarpaz tozlanan bitkidir.
Meyvəsi iri, ensiz, uzun (8-10 mm),
açıq-yaşıl rəngli dən meyvədir. Meyvənin əsası tüklü olmaqla bir
qılçıqlı olur. 1000 ədəd dəninin kütləsi 2,3-2,8 qr-dır.
Soyuq, qarı az olan qışlarda hündürboylu qaramuq donur.
Quraqlığa davamlılığı yüksək deyildir. Qrunt sularının səthə ya-
xın olmasını və sahəni su basmasını sevmir. Qara torpaqlarda
yaxşı bitir. Örtüksüz əkinlərdə birinci ili yaxşı məhsul verir.
Təmiz əkinlərində adi cərgəvi üsulda hektara 3-4 milyon (15-
16 kq), gencərgəli əkinlərində 2-3 mil. (18-9 kq) toxum səpilir.
Quru ot üçün onu süpürgələmənin əvvəlində, toxum üçün isə
mum yetişmə dövründə hissə-hissə yığırlar.
Azərbaycanda (2010) hündürboylu qaramuxun
Qruzinskiy
sortu 1976 -cı ildən rayonlaşdırılmışdır. Gürcüstan ETƏİ-nin Mis-
xeti Seleksiya Stansiyasında yaradılmışdır.
2. 8. Çoxçalımlı qaramuq
Çoxçalımlı qaramuq (
Lolium multiflorum Lam.) tarla ot əkin-
lərində, otlaq və biçənəklərin yaxşılaşdırılmasında istifadə edilən
seyrəkkollu, üst mərtəbəli taxıl otudur. Qışadavamlılığının zəif
olması və quraqlığa az davamlı olması ilə seçilir. Ona görə də qışı
isti, yayı yağmurlu olan regionlarda becərilir. Tarla növbəli əkin-
lərində təkrar səpin üçün, paxlalı otların seyrəkliyini aradan qal-
dırmaq üçün, eləcə də birillik otların qarışığında istifadə edilə
bilər. O, yaxşı bitir və çox tez məhsul formalaşdırır.
Bu növün daxilində ikiillik qaramuqdan başqa həyatın bir il
davam etdirən növmüxtəliflikləri məsələn, vestervold qaramuğu
(L. multiflorum var. vestervoldicum E. Br.) da vardır (birillik taxıl
otları bölməsində bu bitki haqqında məlumat verilmişdir). Bu
növmüxtəlifliyi çoxillik otların örtüyünə səpmək
üçün əlverişli he-
sab olunur. Yemlik dəyəri yüksəkdir.