44
yetirilir) planlaşdırılır. Bu halda hər metrə 15- 30
toxum səpilməsi
tövsiyə edilir.
Şəkər çuğünduru səpinində aqreqatın hərəkət sürəti 4,5
km/saatı keçməməlidir.
Səpinlə birlikdə və ya bundan sonra dərhal torpaq vərdənə-
lənməlidir. Bu aqrotexniki tədbir torpağın üst qatını hamar-
lamaqla kipləşdirir və bunun hesabına nəmliyin toxuma keçməsi
üçün əlverişli şərait yaranmış olur.
Çuğundur əkinlərinə qulluq texnologiyası. Əkinlərə qulluq
üzrə texnoloji əməliyyatların məqsadi bunlardır: şəkər
çuğundurunun mütəşəkkil cücərtilərinin əmələ gəlməsi, bunların
bütün
vegetasiya ərzində yaxşı boy verib - inkişaf etməsi üçün
əlverişli şərait yaratmaq, hər hektarda lazımi miqdar bitki
sıxlığının formalaşdırılması, alaqların tam məhv edilməsi, bitkinin
xəstəlik və ziyanvericilərdən mühafizəsi. Bütün bu tələbatları
yerinə yetirmək üçün aqrotexniki sistemə aşağıdakılar daxil
edilmişdir: cücərtilər alınana kimi torpağın kipləşdirilməsi
(vərdənələrlə), başdan-başa yumşaldılması, cücərtilərin mexaniki
seyrəldilməsi (yeri gəldikdə buketlərin əllə düzəldilməsi),
cərgələrarası zolaqda və cərgənin özündə torpağın yumşaldılması,
insektisid və funqisidlərin alaq olduqda isə herbisidlərin tətbiqi.
Hər bir əməliyyatın vaxtında və keyfiyyətli yerinə yetirilməsi
mütləqdir. Bu zaman hər bir tarlanın konkret şəraitinə müvafiq
aqrotexnika tətbiq edilir. Çuğundurun becərilməsi üzrə olan
tədbirlərin ümumi istehsal texnologiyasının digər elementləri ilə
dəqiq əlaqələndirilməsi istehsalda əl əməyini tam aradan
qaldırmağa və ya minimuma endirməyə tam şərait yaradır, yüksək
məhsul əldə edilməsinə xeyli kömək etmiş olur.
Yüngül qranulometrik torpaqlarda çugundur toxumları səpil-
dikdən sonra sahə СКГ 2-1, СКГ-2 markalı susəpənli və ya
həlqəvi - dişli vərdənələrlə (ККН-2,8) vərdənələnir.
Cücərtilər torpaq səthinə çıxmamışdan əvvəl alaq otlarını ilk
in
kişaf fazasında məhv etmək, torpaq qaysağına qarşı etibarlı
aqrotexniki tədbirdir. Bu məcburi tədbir nəinki alaq otlarını 70-
45
80%-
ə qədər məhv edir, eyni zamanda torpaqda bioloji prosesi
fəallaşdırır, beləliklə də toxumun tarla cüçərmə faizini gözə
çarpacaq
dərəcədə artırır. Cücərtilər əmələ gələnə kimi sahədə
ЗБЗСС -1,0, ЗБП -0,6А, ЗОР-0,7 markalı yumşaldıcılarla həyata
keçirilən torpaq yumşaldılması - kökyeyən ziyanverici ilə müba-
rizədə ən etibarlı aqrotexniki tədbirdir.
Cücərti əmələ gələnə kimi malalama - bu
proses bir cüt
yarpaq əmələ gələn fazadakı malalama ilə əlaqələndirildikdə daha
yaxşı nəticə verir. Bununla yanaşı, qeyd edilməlidir ki, seyrək
səpinlərdə həmin əməliyyat əvəzinə rotasiya toxaları ilə becər-
məyə üstünlük verilməlidir. Belə ki, birinci halda cücərtilərin 10-
15%, bəzən də 25-30%-i malalama hesabına sıradan çıxır.
Şəkər çuğunduru sənaye texnologiyası ilə istehsal edildikdə
cüçərtilərin mexaniki seyrəltməsinin aşağıdakı qaydaları həyata
keçirilir: malalama, cərgə boyu seyrəltmə, köndələninə kultivasiya
(buketləmə) çəkmə. Bundan sonra lazımi miqdar bitki sıxlığı və
sıxlığın eyni səviyyədə saxlanılmasına nail olunsa, əl əməyi
aradan götürülər. Digər hallarda buketdəki artıq bitkilər əllə
seyrəldilir.
Şəkər çuğundurunun cavan bitkilərinin formalaşdırılmasının
əsas tələbatı: hər hektarda optimal bitki sıxlığına və bitkilərin
cərgələrdə eyni qaydada yerləş-dirilməsinə nail olmaqdan
ibarətdir. Başqa bitkilərdə olduğu kimi, hər hektarda saxlanılan
bitki miqdarı - sıxlığı torpağın münbitliyindən, tarlanın su təchiza-
tından və bir də əkilən sortların (hibridlərin) bioloji xüsusiy-
yətlərindən asılıdır. Nəmliklə yaxşı təmin olunmuş sahələrdə
məhsul yığımı ərəfəsindəki faktiki bitki sıxlığı hər hektarda 95-
100 min ədəd bitki təşkil edir. Bundan başqa, həmin miqdar bitki
cərgələr boyunca eyni qaydada yerləşdirilməlidir. Nəmlik rejimi
daimi olmayan rayonlarda faktiki bitki sıxlığı 85-90 minə qədər
azaldılır. Ona görə də şəkər çuğunduru cücərtilərinin seyrəl-
dilməsi və formalaşdırılması müstəqil aqrotexniki tədbir kimi, çox
diqqətli aparılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, planlaş-
dırılmış bitki sıxlığına görə seyrəltmədən sonra, müxtəlif səbəb-
lərdən çuğundur bitkilərinin planlaşdırılıb saxlanılmış cücərtilə-