Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

 
103
Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət 
gerbi və Azərbaycan Respublikasının dövlət himnidir. 
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç 
üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı 
zolaq yaşıl rəngdədir və  qırmızı zolağın ortasında bayrağın hər iki 
üzündə  ağ  rəngli aypara və  səkkizguşəli ulduz təsvir edilmişdir. 
Bayrağın eninin uzununa nisbəti l:2-dir. 
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan 
Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası 
Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən 
edilir. 
Maddə 75. Dövlət rəmzlərinə hörmət. 
Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət 
rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.  
 
Azərbaycan Respublikasının Konstitusiyası. 
 
 
§4. MƏDƏNİYYƏTDƏ MİLLİLİK 
VƏ BEYNƏLMİLƏLÇİLİK 
 
Mədəniyyətin inkişafı  cəmiyyətin obyektiv qanunlarına 
əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi 
qanunlar  əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin 
müəyyən mərhələsində mövcud olan mədəniyyətdə,  xüsusi  qanunlar 
məzmun  baxımından  yaxın olan mədəniyyət tiplərində, ümumi 
qanunlar isə  bəşər mədəniyyətinin inkişafı prosesində  fəaliyyət 
göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə  vəhdət 
təşkil edir. Qanunların belə  vəhdəti müxtəlif tipli mədəniyyətlər 
arasında da əlaqəyə  səbəb olur. Nəticədə  mədəniyyətin inkişafında 
təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyi-
nəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl 
xarakterinin öyrənilməsi müəyyən mənada xü- 


 
104
susinin   ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və 
vəhdətindən asılıdır. 
Hər hansı milli mədəniyyət digərindən özünəməxsus 
xüsusiyyətlər və spesifık cəhətlərlə  fərqlənir. Lakin milli 
mədəniyyətlərin fərqlərinə baxmayaraq onların arasında ümumi 
qanunauyğun  əlaqə mövcuddur. Bu əlaqə müxtəlif dövrlərdə 
müxtəlif şəkildə üzə çıxır. 
Mədəniyyətin milli və beynəlmiləl xüsusiyyətlərinin izahına 
keçməzdən  əvvəl “millət”, “millilik”, “xalq” və “xəlqilik” 
anlayışlarının şərhi zəruridir. 
Məlumdur ki, insanların etnik birliyinin formalarına qəbilə, 
xalq və millət daxildir ki, bunlar həmin “birlikdə” müəyyən 
mərhələləri təşkil edir. Bütün ictimai-iqtisadi formasiyalarda bu 
“etnik birlik” müxtəlif səviyyələrdə mövcud olmuşdur. Dil, ərazi, 
şüur, iqtisadi əlaqə birliyi insanların müəyyən qruplarını ayrı-
ayrılıqda birləşdirir ki, bu birləşmələr tarixən qəbilə, xalq və millət 
anlayışları şəklində təkmilləşir. 
İnsanlar qəbilə birliyindən xalq, sonra isə millət birliyinə 
keçərkən xarakterik əlamətlər-ümumi dil, etnik ərazi, şüur itirilmir və 
davamlı xüsusiyyətlər kimi nəsillərdən-nəsillərə ötrülür. 
Millət müxtəlif insan qruplarının bəzi fərqləndirici  əlamətlərini 
özündə  əks etdirən  ən yüksək birlik formasıdır.  İnsanların etnik 
ümumilliyi o zaman millət halında formalaşır ki, buradakı  fərdlərin 
vəhdəti eyni dildə danışan  əhalinin mərkəzləşmiş bir dövlət 
çərçivəsindəki, həyatı və fəaliyyəti ilə şərtlənir. 
“Xalq” əslində millətdən əvvəlki mərhələdir. Müasir mənada isə 
“millət” anlayışından genişdir. Xalqın millət kimi formalaşmasında 
mühüm  əlamətlərdən sayılan milli xarakter, iqtisadi həyat birliyi 
müxtəlif ictimai-siyasi şəraitdən
 
asılı olaraq dəyişikliyə uğrayır. 


 
105
Elmi mənbələrdə  bəzən xəlqilik milliliyin sinonimi kimi 
işlədilir. Fəlsəfi  ədəbiyyatlarda da çox istifadə olunan bu ifadələrin 
mahiyyətcə bir-birinə yaxınlaşdığı  və uzaqlaşdığı  məqamlar 
diqqətdən yayınır. 
Millilik anlayışında ümumən millətə aid olan struktual cəhətlər 
öz əksini tapır. 
Xəlqilik isə ümumən xalq kütlələrinin mənafeyini, millətin bu 
çoxluq təşkil edən mütərəqqi hissəsinin  əhval-ruhiyyəsini özündə 
toplayır. 
Klassik  ədəbiyyatımızın  görkəmli  nümayəndələrinin 
əsərlərində millilikdən daha çox xəlqilik diqqəti cəlb edir. Əlbəttə, 
sənətdə  xəlqilik daha geniş anlayışdır. Lakin xalqın həyatını, onun 
çalarlarını əks etdirən hər bir əsəri xəlqi adlandırmaq olmaz. Xəlqilik 
sənətkarın xalqa, onun taleyinə münasibətindən, o cümlədən 
üslubundan asılıdır. Hakim siniflərdən,   saray  həyatından,   
cəngavərlərdən,  fatehlərdən bəhs edən  əsərlərdə  də  xəlqilik ifadə 
oluna bilər. Belə ki, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Xosrov və 
Şirin”, “Yeddi gözəl” əsərləri əsasən hökmdarların, hakim zümrənin 
mühitini  əks etdirsə  də, buradakı ümumxalq əhəmiyyətli 
problemlərin-ədalətli  şah, azad məhəbbət, qəhrəmanlıq-yüksək 
sənətkarlıqla, xalq təfəkkürünə əsaslanan bədii vasitələrlə əksi məhz 
xəlqilik prinsiplərindəndir. Müasir milli mədəniyyətin siması isə orta 
əsr Azərbaycan intibahının ən əlamətdar xüsusiyyətlərinin belə eyni 
deyil, bəlkə tarixən dəyişilə-dəyişilə, yeniləşə-yeniləşə gələn, əsasını 
o dövrlərdən götürən estetik təsəvvürlər sistemi ilə cilalanmış bir 
keyfiyyətdir. Buna görə də kökü xalq tarixinin dərin mənəvi qatlarına 
bağlı olan bir məfhumu itirmək, unutmaq doğru deyildir. Milli 
mədəniyyətlərdə unudulmuş, potensial hala keçmiş elə qiymətli 
demokratik meyllər də var ki, bunları araşdırıb meydana çıxarmaq 
lazımdır. 
Beynəlmiləlçilik milli zəmində yaranır, ona məxsus olan 
həmrəylik, əməkdaşlıq, bərabərlik, qarşılıqlı yardım, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə