Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
5
GİRİŞ 
 
Hər bir kəsin mənəvi ehtiyacları onu yetişdirən milli-mədəni 
mühütin xüsusiyyətləri ilə müəyyənləşir. Ona görə  də yetişməkdə 
olan gənc nəslə xalqımızın sosial-mənəvi mənşəyini, mədəniyyətini, 
mədəniyyət tarixini öyrətmədən onların mədəni təlabat meyllərini, 
estetik zövq oriyentasiyasını müəyyənləşdirmək mümkün deyildir. 
Onlar bu bilikləri qazanaraq dərk etməlidirlər ki, Azərbaycan xalqı 
elə bir mədəniyyətə malikdir ki, bu mədəniyyət müxtəlif zamanlarda 
həm müxtəlif sivilasiyaların nailiyyətlərindən faydalanmış, həm də 
onların bəzilərinin önündə getmiş elə mürəkkəb və  zəngin bir 
fenomendir ki, ona sadə şəkildə yanaşmaq olmaz. 
Azərbaycan qazandığı müstəqilliyə tamamilə yiyələnmək üçün 
xalqımız öz mənəvi və maddi mədəniyyətini dünya mədəniyyətinin 
təcrübəsi və nailləyyətlərindən faydalanmaqla, öz köklərindən 
ayrılmamaq şərtilə daha da inkişaf etdirməlidir. 
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq dərs vəsaitində 
mədəniyyətin tarixi inkişaf meyllərinin xarakterini, mərhələlərini, 
mədəniyyət və sivilizasiyasının daxili vəhdətini, qarşılıqlı  əlaqə  və 
fərqini, ona yanaşma metodlarını  əks etdirməyə çalışdıq. Mövzular 
bir neçə il öncə  tərtib etdiyimiz proqrama uyğun olaraq daxili 
bağlılıq, ünsiyyət və münasibət sistemi ilə  şərh edilmişdir. Belə 
münasibətin üstünlüyü ondadır ki, o tədris olunan mövzuları dolğun 
şəkildə qavramağa, seçim etməyə, tarixi keçidləri proses kimi 
mənimsəməyə imkan verir. 
Dərs vəsaitinin “mədəniyyət və dövlət” fəsli də bizcə, milli 
dövlətçiliyimizin tələbə  gənclərə öyrədilməsi baxımından uğurlu 
sayıla bilər. Belə ki, bu fəsildə  mədəniyyət-dövlətvətəndaş 
münasibətlərinin dialektikası, dövlət rəmzlərinin mənasının 
tədqiqatla bağlılığı, dövlət bayrağımızın ideloji ünsürləri, dövlət 
himnimizdəki mənəvi paklıq və ucalıq,  əzəmət öz əksini tapmışdır. 
Konstitusiyamızdakı     millilik    keyfiyyətlərinin     tamlığı     
bütövlüyü,  


 
6
milliliklə beynəlmiləlçiliyin  əlaqəsi dərs vəsaitini də geniş  şəkildə 
şərh olunur. 
Təqdim  olunan  dərs  vəsaitində  əsasən  beş  amilə üstünlük 
verilir; 
1)
 
təbii-coğrafi mühit 
2)
 
genetik kod. 
3)
 
sosial mühit. 
4)
 
tarixi şərait 
5)
 
mədəni mübadilə 
Göstərilən bu amillər mədəni tərəqqinin əsas istiqamətlərini və 
müasir dövrün mədəniyyətinin strukturunu müəyyənləşdirməyə 
imkan yaradır. 
Mədəniyyət ruhun qidasıdır. Hələ 1990-cı illərin  əvvələrində 
ali məktəblərdə etika, estetika, məntiq fənləri tədris olunurdu. 
Sonralar bu fənlər  əsaslandırılmadan tədris planından çıxarıldı. 
Həmin fənlərin mövzuları içərisində elələri var idi ki, onların 
gənclərə öyrədilməsi böyük  əhəmiyyət daşıyırdı. İndi yaşlı nəsil bü 
biliklərdən məhrum edilmiş  gənclərə milli zövqlərinin olmamasını, 
Avropaya daha çox meyl etmələrini irad tuturlar. Buradan belə bir 
sual meydana çıxır: 
- Biz onlara (gənclərə) bu istiqamətdə  nə öyrədirik? Yalnız 
“Azərbaycan tarixi”ni, “Konstitutsiya”nı öyrətməklə, tələbələrdə, 
gənc nəsldə milli xüsusiyyətlər formalaşdırmaq mümkündürmü? 
Bizcə, bu sualın ancaq bir cavabı var: - Xeyr! 
Ona görə də, qismən də olsa, bu boşluğu doldurmaq üçün dərs 
vəsaitində milli mədəniyyətdə mənəviyyatımıza olan bağlılığı, yaşarı 
və  əbədi olan insana inam, müstəqil dövlətçiliyimizin bu sahədəki 
uğurları haqqında məsələləri əks etdirdik. 
Dərs vəsaiti haqqında öz fikirlərini bildirən həmkarlarımıza 
əvvəlcədən təşəkkürümüzü bildiririk. 


 
7
 
I FƏSİL 
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ 
 
§ 1. MƏDƏNİYYƏTŞÜNASLIQ VƏ ONUN BİR 
ELM KİMİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 
 
Mədəniyyətin ümumbəşəri məna və  məzmununu tədqiq edən, 
onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən 
mədəniyyətşünaslıq ifadəsi “kulturologiya” sözünün tərcüməsidir. 
Latınca “culture”, yunanca “logos” (təlim, elm) sözlərinin 
birləşməsindən yaranan “Mədəniyyətşünaslıq” termini “mədəniyyət 
haqqında elm” mənasını ifadə edir. Elmi və publisistik ədəbiyyatda 
“mədəniyyət” termininin ilk dəfə kim tərəfindən işlənməsinə dair 
müxtəlif fikirlər vardır. Lakin “Kultur” termininin ilk dəfə  Qədim 
Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada qeyd etdiyimiz 
termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar 
isə Mark Tullis Sisseron (e.ə.3.1.106 Arpinum - e.ə. 7.12.43. Kayeta 
yaxınlığında, indiki Qasta) tərəfindən işlənmişdir, Maraqlıdır ki, 
M.T.Sisseron özünün 58 məhkəmə  və siyasi nitqində ritorikaya, 
fəlsəfəyə, siyasətə aid 19 traktatında, o cümlədən, 800 məktubunda 
bu termindən dəfələrlə istifadə etmişdir. Avropada “mədəniyyət” 
termini bəşər tarixinin keçdiyi üç dövrün - vəhşilik, barbarlıq, 
sivilizasiya - üçüncü mərhələsini bildirmək üçün qəbul olunmuşdur 
və onu bu mənada ilk dəfə 1767-ci ildə Şotland filosofu A.Fergüson 
işlətmişdir. Sonralar görkəmli Amerika etnoqrafı, arxeoloqu, ibtidai 
icma cəmiyyəti üzrə tarixçi Lüis Henri Morqan (21.11.1818. Orora, 
Nyu-York, -17.12.1881. Roçester, Nyu-York) bu bölgünü daha da 
əsaslandırmışdır. 
İslam  Şərqində “mədəni” termini ərəblərdən alınmış  və 
aşağıdakı mənaları ifadə etmişdir: 
l. şəhərli, qəsəbəli 
2. oturaq, yəni, köçəri olmayan 


 
8
3. mədəniyyətin yüksək səviyyəsində olan; elmli, oxumuş, 
4. mədəniyyətə mənsub olan. 
Müxtəlif dövrlərdə yuxarıda qeyd etdiyimiz alim və 
mütəfəkkirlər tərəfindən işlənməsinə baxmayaraq bu termin keçən 
əsrin əvvəllərində Amerika alimi Lesli Uayt (1900-1975) tərəfindən 
elm kimi tədqiq olunmağa başlanmışdır. Öz təlimini “kulturologiya” 
adlandıran alim bildirdi ki, bu termin həm insan cəmiyyətini, həm də 
onun mədəniyyətini əks etdirir. 
Deməli, “Mədəniyyətşünaslığ”ın predmetini mədəniyyət, 
cəmiyyətdə onun yeri və rolu, inkişaf istiqamətləri, hansı 
səviyyələrdə mövcudluğu və s. təşkil edir. 
Bəşər tarixində elə bir dövr olmamışdır ki, mədəniyyət 
məsələləri orada öz əksini tapmasın. Çünki, mədəniyyət kainatda 
insanın yaranması ilə bir zamanda meydana gəlmişdir. İbtidai insanın 
hər hansı yeni bir xüsusiyyət qazanması mədəniyyətə doğru irəliləyiş 
olmuşdur. Dəyişən hər bir əsr insanların  şüur və  fəaliyyətində 
dəyişikliklər yaratdıqca onların maddi həyat tərzi də  dəyişmiş, 
dünyagörüşləri, həyata baxışları dövrün tələbinə uyğun  şəkildə 
inkişaf etmişdir. Söz yox ki, insanların tarixi inkişafı ilə cəmiyyətdə 
yaranan dəyişikliklər mədəniyyətdə də öz ifadəsini tapmışdır. Hər bir 
tarixi dövr, cəmiyyətin hər bir özünəməxsus forması bu mənada 
özgün mədəniyyətə malik olmuşdur. 
Marksizmə görə  mədəniyyət ibtidai icma quruluşunun 
dağılması, sinifli cəmiyyətin və xüsusi mülkiyyətin təşəkkül tapması 
ilə meydana çıxmışdır. 
F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” 
əsərində  mədəniyyəti cəmiyyətin xüsusi inkişaf mərhələsi kimi 
göstərmişdir. 
Mədəniyyətin bir çox formaları vardır: bədii mədəniyyət, əxlaq 
mədəniyyəti, hüquq mədəniyyəti, istehsal mədəniyyəti, xidmət 
mədəniyyəti, siyasi mədəniyyət, nitq mədə- 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə